Məhkəmə qərarları › İş №3(004)-2572/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2572/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2572/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 544.2-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs barəsində İXM-in 544.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi A.M.Hacıyev bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, protokoldan görünür ki, ünvan 1 ünvanda olan xx.xx.2024-cü il, Şəxs MMC tərəfindən Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, AİBNDX/G-26/2024 nömrəli göstərişi ilə verilən tələb yerinə yetirilməmişdir. Bu fakt Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, AİBNDX/G-26/2024 nömrəli göstərişi və xx.xx.2024-cü il tarixli, 057077 nömrəli qəbzi ilə təsdiq edilir. Şəxs MMC-yə rəsmi qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Göstərişi daxil olmamış və MMC-nin belə Göstrişin verilməsindən məlumatı olmamışdır. Protokol tərtib edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti tərəfindən inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq inzibati xəta haqqında işə baxılması barədə “barəsində inzibati xəta haqqında icraatı aparılan şəxsə heç bir məlumat verilməmiş” və Dövlət Xidmətinə dəvət edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 057077 nömrəli qəbzdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Göstəriş ” qeyd olunan məktubunu “Cahangirova” adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul edilmişdir. İş materiallanna əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 059818 nömrəli qəbzdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs MMC-nin ünavnına göndərilmiş “protokola dəvət məktubu” xx.xx.2024-cü il tarixdə “Cahangirova” soyadlı adlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 059837 nömrəli qəbzdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs MMC-nin ünavnına göndərilmiş “Protokol barəsində məktub” Əhəd Əsgərov tərəfindən qəbul edilmişdir. Məlumat üçün bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin adına ünvanlanan xx.xx.2024-cü il tarixli “Fəaliyyət sahəsinin müvafiq qanunvericiliyin uyğunlaşdırılması barədə Göstərişi”və “protokola dəvət məktubu” Şəxs MMC-yə çatdırılmamışdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin adına ünvanlanan “protokola dəvət məktubu” qəbul edən şəxs X2 xx.xx.2023-cü il tarixdən Şəxs MMC-dən işdən ayrılmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2023-cü il tarixdən X8 Müavini vəzifəsində işləyir. Əlavə olaraq bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifazadə küç.73 ünvanında fəliyyət göstərir. Bundan əlavə həmin ünvanda «Elit EO» Məhdud Məsuliyyətinə məxsus mağazası, A- TECH” Məhdud Məsuliyyətli Cəmiyyəti və «GENTELMAN» geyim mağazası (işçiləri) fəliyyət göstərir. Göründüyü kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxsnə göndərilən məktublar Cəmiyyətin müvafiq vəzifəli şəxslərinə rəsmi qaydada təqdim edilməmişdir. Hesab edir ki, Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallara görə xitam verilməlidir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən inzibati xəta haqqında protokolda MMC-nin nümayəndəsinin iştirak etmədiyini bildirsə də, Şəxsnə inzibati xəta haqqında icraatın başlanması barədə lazimi qaydada məlumatlandırılmamış,MMC-nin səlahiyyətli nümayəndəsi inzibati xəta haqqında protokol tərtib edilərkən dəvət edilərək izahatı alınmamışdır. İş materillarına əlavə edilmiş yuxarıda qeyd olunan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X7 Dövlət Xidməti tərəfindən Şəxs MMC adına ünvanlanmış göstərişi, protokola dəvət məktubunu və protokol bardə məktubları qəbul edən Şəxs MMCnin əməkdaşları deyillər və həmin işçilərlə əmək müqavilələrinə xitam verilmiş və hazırda başqa şirkətlərdə əmək müqaviləsi əsasında işləyirlər.Qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Göründüyü kimi şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır, təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. X5 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Bundan əlavə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə vaxtında məlumat verilməmiş, işdə iştirakı təmin edilməmişdir. Həmçinin onun nümayəndəsi və ya müdafiəçisi dəvət olunaraq hüquq və vəzifələri barədə məlumat almaq, izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə vaxtında məlumat verilməmiş, işdə iştirakı təmin edilməmişdir. Həmçinin onun nümayəndəsi və ya müdafiəçisi dəvət olunaraq hüquq və vəzifələri barədə məlumat almaq, izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir. Yuxarıdakılara əsasən barəsidə inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilmədən, İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə inzibati xəta haqqında protkoi tərtib edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sənədlər üzrə heç bir araşdırma aparmadan, öz mülahizələrinə uyğun olaraq bu cür qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Buna görə də formal cəhətdən inzibati xəta tərkibinin əlamətini yaratsa da, işin yuxarıda qeyd edilən şəraiti onu deməyə əsas verir ki, bu cür vəziyyətdə MMC əməlində qəsd formasında təqsir mövcud deyildir. MMC-nin əməli inzibati xəta törətməyə yönəlməmişdir. Buna görə də qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Göstərilən halı nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 544.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, AİBNDX/G-26/2024 saylı göstəriş qeyd edilən müddətdə Şəxs tərəfindən icra edilməmişdir.Nəticədə Şəxs tərəfindən İXM-in 544.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-1/2-8064/2024 saylı məktubundan görünür ki, xidmət tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, AİBNDX/G- 26/2024 saylı göstərişin icra edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdarlıq edilmişdir. İXM-in 544.2-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs İXM-in 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 544.2-ci maddəsi ilə təqsirli bilinərək hüquqi şəxs qismində həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar