Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2575/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, “xxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X4 Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: “xxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X4 Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsində ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş qərardan aydın olur ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarı ilə X2 çatacaq son haqq hesabın ödənilməsində qanun pozuntusuna yol verildiyi və “xxxxxxxxxx” MMC-nin direktoru X1 barəsində İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 800 (səkkiz yüz) manat tənbeh növünün tətbiq edilməsi müəyyən edilmişdir. “xxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X5 həmin qərardan şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə “xxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X4 Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti əsassız hesab edilərək, rədd edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, “xxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X4 Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddət üzrlü sayılmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: “xxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X4 Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarından şikayəti geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2575/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2575/2020
12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver