Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2576/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X1 Hüquqi şəxs olan Şəxs MMC barəsində tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqında protokola və iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs olan Şəxs MMC barəsində İXM-nin 428.5-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə, № İXP ******* saylı tərtib edilən inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, iş materiallarına əsasən (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytından çıxarış) hüquqi şəxs olan Şəxs MMCnin hüquqi ünvanı ünvan 1anın törədildiyi yer hüquqi şəxsin həmin hüquqi ünvanı hesab edilir. Yəni həmin inzibati xəta hərəkətsizliklə törədildiyindən, bu cür inzibati xəta hüquqi şəxsin hüquqi ünvanı üzrə törədilmiş olur. Buna görə də hazırkı protokola inzibati xətanın törədildiyi həmin yer üzrə rayon məhkəməsində baxılmalıdır. Belə ki, İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Lakin protokol hüquqi şəxs barəsində tərtib edildiyindən, hüquqi şəxsin yaşayış yeri olmur. Ona görə də hüquqi şəxsə münasibətdə bu cür vəsatət istisna edildiyindən, inzibati xəta haqqında işə yalnız inzibati xətanın törədildiyi yerdə baxılmalıdır. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1) həll etməlidir. İXM-in 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər həmin məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC barəsində İXM-nin 428.5-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2576/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2576/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver