Məhkəmə qərarları › İş №3(004)-258/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-258/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-258/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş satış üzrə baş köməkçi Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində müəssisənin sabiq işçisi X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı sağlamlığına az ağır zərərvurmaya aid xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X9 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan satış üzrə baş köməkçinin vəzifə öhdəliklərindən görünür ki, satış üzrə köməkçiləri daim diqqətdə saxlamaq, rəflərin və satış ərazisinin səliqəsinə və təmizliyinə, rəflərin düzgün və nizamlı yığılmasına nəzarət etməkdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı Şəhər İdarəsinin tərtib edilmiş baş vermiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, 4.1 "xxxx" MMC-nin rəhbərliyi ilə Z.Səbirə arasında bağlanmış xx.xx.2018-cü il tarixli əmək müqaviləsinin “İşçinin əmək funksiyası” bölməsinin 3.3-cü bəndinin (İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrini və bu müqavilədə müəyyən edilmiş əmək funksiyasını vaxtında, lazımı qaydada və keyfiyyətli yerinə yetirməlidir) tələblərinə və “Əməyin mühafizəsi” bölməsinin 4.11-ci bəndinin (İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün Əmək Məcəlləsi, digər normativ hüquqi aktlar və şirkətin qəbul etdiyi SƏTƏM üzrə standartlar, prosedurlar, təlimatlarda müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələblərinə riayət edilməməsi. 4.2 "xxxx" MMC-nin “Satış üzrə baş köməkçi”-sinin “Vəzifə öhdəliklərinin” 1-ci abzasının (....... rəflərin və satış ərazisinin səliqəsinə və təmizliyinə, rəflərin düzgün və nizamlı yığılmasına nəzarət etmək) tələblərinə riayət olunmaması. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən satıcı-kassir X3 ehtiyatsızlığını və 4.2-ci bəndinə əsasən isə "xxxx" MMC-nin satış üzrə baş köməkçisi Şəxs nəzarətsizliyini müəyyən etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin istehsalatda baş vermiş bədbəxt hadisə haqqında xx.xx.2024-cü il tarixli 06 nömrəli aktından görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli “Akt” a əsasən X5 xx.xx.2024-cü il tarixdə saat 11:35 radələrində marketin şəxsi gigiyena və kosmetika şöbəsi ərazisində istifadə müddəti az qalmış məhsulları qutu ilə depo ərazisinə aparmaq üçün satış ərazisindən keçərkən ehtiyyatsızlığından ayağının sürüşməsi və öz əlinin üzərinə yıxılması nəticəsində baş verdiyi, xx.xx.2024-cü il tarixli 0147 nömrəli məktubda X5 xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində iş vaxtında rəflərə mal yığdığı zaman qutuda bankadan axan xiyar turşusu döşəmədə qaldığı üçün ehtiyatsızlığdan ayağı sürüşdüyü və xx.xx.2024-cü il tarixli X2 “zibil” kimi bildirdiyi sözün anlayışında istifadə müddətinə az qalmış, dağılmış və ya satışa yararsız hala düşmüş məhsullar nəzərdə tutulduğu, müddətinə az qalmış, dağılmış və ya satışa yararsız hala düşmüş məhsulların aparılması işinin iş funksiyasına aid olduğu, satıcı-kassir vəzifəsində çalışan S.Zülfiqarova tərəfindən təmizlik işləri görülmədiyi qeyd edilmişdir. "xxxx" MMC müşayiət kamerasınının görüntülərini (sadəcə zərəçəkənin yıxıldığı an) təqdim etmişdir. 11.1. "xxxx" MMC-nin rəhbərliyi ilə Z.Səbirə arasında bağlanmış xx.xx.2018-cü il tarixli əmək müqaviləsinin “İşçinin əmək funksiyası” bölməsinin 3.3-cü bəndinin (İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrini və bu müqavilədə müəyyən edilmiş əmək funksiyasını vaxtında, lazımı qaydada və keyfiyyətli yerinə yetirməlidir) tələblərinə və “Əməyin mühafizəsi” bölməsinin 4.11-ci bəndinin (İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün Əmək Məcəlləsi, digər normativ hüquqi aktlar və şirkətin qəbul etdiyi SƏTƏM üzrə standartlar, prosedurlar, təlimatlarda müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələblərinə riayət edilməməsi. 11.2. "xxxx" MMC-nin “Satış üzrə baş köməkçi”-sinin “Vəzifə öhdəliklərinin” 1-ci abzasının (...... rəflərin və satış ərazisinin səliqəsinə və təmizliyinə, rəflərin düzgün və nizamlı yığılmasına nəzarət etmək) tələblərinə riayət olunmaması. X3 ehtiyatsızlığından və Şəxs nəzarətsizliyindən əmək qanunvericiliyi pozuntusuna yol verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X15 15 may 2024-cü il tarixli, 168 nömrəli rəyindən görünür ki, X4 adına tərtib olunmuş tibbi kitabçada qeyd olunan xəsarət – sol mil sümüyünün distal ucunun qapalı sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs "xxxx" MMC-də satış üzrə baş köməkçi vəzifəsində çalışır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-də texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş satış üzrə baş köməkçi Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində fiziki şəxs X1 uzun müdətə pozulmasına səbəb olan sağlamlığın “az ağır” zərər vurmaya aid xəsarət almışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən isə Şəxs əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar