Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2580/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Qranit” Mənzil Tikintisi Kooperativinin sədri Şəxs iştirakları ilə, xx xxxx 1954-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan “Qranit” Mənzil Tikintisi Kooperativinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsi tərəfindən verilmiş 03 iyun 2016-cı il tarixli 2(004)-325/2016 saylı, 31 mart 2022-ci il tarixli 2(004)-98/2022 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2019cu il tarixli 2(103)-9271/2019 saylı icra sənədlərinin icrası ilə bağlı borclu “Qranit” Mənzil Tikintisi Kooperativinin sədri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 3(004)- 2580/2023 saylı qərarı ilə “Qranit” Mənzil Tikintisi Kooperativinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 04 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan tələbkar Zərərçəkmiş şəxs şikayət verərək Yasamal rayon Məhkəməsinin №3(004)- 2580/2023 saylı iş üzrə 30 may 2023-ci il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri, Yasamal rayon icra şöbəsinin borclu “Qranit” Mənzil Tikintisi Kooperativinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi 04 may 2023-cü il tarixli MN seriyalı №1480307 inzibati xəta haqqında protokolun təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 3(103)-1469/2023 saylı qərarı ilə tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 3(004)-2058/2023 saylı qərarı ləğv edilərək, işdə olan natamamlıqların həll edilib aradan qaldırılması və inzibati xətaya dair material yenidən baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 04 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokola əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(004)-325/2016 saylı, 31 mart 2022-ci il tarixli 2(004)-98/2022 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli 2(103)-9271/2019 saylı icra sənədlərinin icrası ilə bağlı borclu “Qranit” Mənzil Tikintisi Kooperativinin sədri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək “Qranit” Mənzil Tikintisi Kooperativinin sədri Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qranit” Mənzil Tikintisi Kooperativinin sədri Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(004)-325/2016 saylı, 31 mart 2022-ci il tarixli 2(004)-98/2022 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli 2(103)-9271/2019 saylı qərarlarından məlumatlıdır. İki icra vərəqsi tam şəkildə icra edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(004)-98/2022 saylı icra vərəqəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4239/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Ona görə də Zərərçəkmiş şəxs tərəfindən irəli sürülən tələblər və icra məmuru tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Göstərilənlərin nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tikintinin keyfiyyət sertifikatı adlanan bir sənəd onda mövcüt deyil, lakin bunun əvəzinə tikintinin keyfiyyətini özündə əks etdirən istismara qəbul aktının surəti tələbkara verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Qranit” Mənzil Tikintisi Kooperativinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “Qranit” Mənzil Tikintisi Kooperativinin sədri Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə olduğu təqdirdə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsinin baş verdiyi (törədildiyi) xx.xx.2023-cü il tarixdən hazıradək dörd aydan artıq bir müddət keçmişdir. Halbu ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göründüyü kimi həmin maddəyə əsasən inzibati xətalar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti maksimum dörd ay müəyyən edilmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115 və 117 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Qranit” Mənzil Tikintisi Kooperativinin sədri Şəxs barəsində tərtib olunmuş 04 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-2580/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2580/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver