Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2580/2024 20.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 20 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 2(004)-3017/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 7000 manat məbləğində maddi ziyan və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 91 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X1 xeyrinə tutulması qət edilmiş, həmçinin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2019-cü il tarixli 2(010)-5286/2019 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 245 manat əsas, 20 manat cərimə, 20 manat dövlət rüsumu olmaqla cəmi 285 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 2(010)-10049/2017 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs Piqulu qızından 440 manat məbləğində əsas borc, 132 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 592 manat məbləğində borc kreditor “İRŞAD İ.R”” MMC-nin xeyrinə tutulması qət edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(010)-3704/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 3000 manat borc pul, əlavə olaraq 1000 manat borc pul və vurulmuş mənəvi zərərə görə 1000 manat pul, cəmi 5000 manat pul vəsaitinin tutulması qət edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli 2(010)11545/2016 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs 560 manat məbləğində borc, 554 manat məbləğində dəbbə borcu və 20 manat dövlət rüsumu tutularaq kreditor X4 ödənilməsi qət edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2015-ci il tarixli, 2(010)-1987/2015 saylı məhkəmə əmrinə əsasən Şəxs 1719 manat 09 qəpik əsas borc, 383 manat 87 qəpik faiz borcu, cəmi 2102 manat 96 qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun tutularaq kreditor "xxxx" ASC-ə ödənilməsi qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X7 öz izahatında borclunun icra məmurunun çağırışlarına gəlmədiyini, borclu barəsində axtarış işi açıldığını, icra şöbəsinə axtarışla gətirildiyini qeyd edərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında icra sənədinin icrasından yayınmadığını, imkanı olduqca müəyyən məbləğlərdə ödənişlər edəcəyini, işləmədiyini, heç bir gəlirinin olmadığını, hazırda məhkəmə iclasında tələbkara 300 manat ödəniş etdiyini bildirərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, Şəxs tərəfindən ona icra sənədinə əsasən 7091 manat pul vəsaiti ödənilməli olduğunu, həmin borcdan 300 manat pul vəsaitinin ödənildiyini, hazırda borclu Şəxs 6791 manat borcunun qaldığını bildirmişdir. O, öz haqqını tələb edir. Xahiş edir ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülsün. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 2(004)- 3017/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 7000 manat məbləğində maddi ziyan və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 91 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X1 xeyrinə tutulması qət edilmiş, həmçinin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2019-cü il tarixli 2(010)-5286/2019 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 245 manat əsas, 20 manat cərimə, 20 manat dövlət rüsumu olmaqla cəmi 285 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 2(010)-10049/2017 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs Piqulu qızından 440 manat məbləğində əsas borc, 132 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 592 manat məbləğində borc kreditor “İRŞAD İ.R”” MMC-nin xeyrinə tutulması qət edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(010)-3704/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 3000 manat borc pul, əlavə olaraq 1000 manat borc pul və vurulmuş mənəvi zərərə görə 1000 manat pul, cəmi 5000 manat pul vəsaitinin tutulması qət edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli 2(010)11545/2016 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs 560 manat məbləğində borc, 554 manat məbləğində dəbbə borcu və 20 manat dövlət rüsumu tutularaq kreditor X4 ödənilməsi qət edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2015-ci il tarixli, 2(010)-1987/2015 saylı məhkəmə əmrinə əsasən Şəxs 1719 manat 09 qəpik əsas borc, 383 manat 87 qəpik faiz borcu, cəmi 2102 manat 96 qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun tutularaq kreditor "xxxx" ASC-ə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 31 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3017/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən 12 dekabr 2023-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” 04 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5286/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən 12 dekabr 2023-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” 31 oktyabr 2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10049/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən 12 dekabr 2023-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” 12 avqust 2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3704/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən 12 dekabr 2023-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” 01 noyabr 2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11545/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən 18 yanvar 2024-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “Tələbin könüllü icrası barədə” 04 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş 12 dekabr 2023-cü il tarixdə Şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. “Tələbin könüllü icrası barədə” 31 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş 12 dekabr 2023-cü il tarixdə Şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbinin yönəldilə biləcəyi əmlakın olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” 05 fevral 2024-cü il tarixli aktdan görünür ki, hal şahidlərinin iştirakı ilə borclu Şəxs icra sənədi üzrə qeydiyyatda olduğu ünvanında olmuş və borclunun icra sənədində qeyd olunan ünvanda yaşamadığı müəyyən edilmişdir. “Borclunun axtarışı haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 20 may 2024-cü il tarixli izahatında o, icra sənədlərinin icrasından xəbərdar olduğunu qeyd etmişdir. Məhkəməyə təqdim edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 300 manat məbləğdə ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işləməməsi, eyni zamanda icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınmaması, 300 manat ödəniş edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin işləmədiyi, Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınmadığı və icra məmuru tərəfindən də bu istiqamətdə müvafiq tədbirlərin görülmədiyi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə iclasında verilmiş suallara cavab olaraq icra məmuru özü də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işləmədiyini təsdiq etmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun işsiz olması, başqa qazancının olmaması müəyyən olunmuşdur ki, belə olan halda icra sənədi üzrə ödənişlərin tam həyata keçirilməməsinin üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilməsi qeyrimümkündür. Borclu barəsində icra məmuru tərəfindən axtarış elan edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, “Borclunun axtarışı haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, borclu barəsində axtarış onun icra məmurunun çağırışlarına gəlməməsi səbəbindən deyil, yaşayış yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən verilmişdir. Məhkəmə onu da qeyd edir ki, 01 noyabr 2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11545/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında 5000 azn borcdan 4500 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi, digər məcburi icra tədbirlərinin həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işsiz olması, zərərçəkmiş şəxsin hesabına müəyyən məbləğlərdə ödənişlər edilməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2580/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2580/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver