Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2581/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-ninAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairBakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxxxxxx 2020-ci il tarixli, AP seriyalı0175670 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrəbaxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki,Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “BMW” (minik) markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsindəAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X5 izahatında tərtib edilmiş protokolu müdAEiə edərək hüquqi şəxs barəsində tənbeh tədbirinin təyin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi Cəmiyyətin mülkiyyətində olan “BMW” (minik) markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Cəmiyyətin rəhbərliyinə ünvanlanmış sorğu xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmiş, qeyd olunan sorğuya qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilmişdir. Belə ki, o, özü şəxsən Cəmiyyətin rəhbərliyi tərəfindən verilmiş cavab məktubunu həmin tarixdə, yəni xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin DYPŞ-nə təqdim edilmiş, məktubun qəbulu isə DYPŞ-nin möhürü ilə təsdiqlənmişdir. Ruslan İsmayılov qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki,iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin ŞəxsMMCyəünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10:54də cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “BMW” (minik) markalı, **-AE-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir.Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxxxx 2020ci il tarixdə ŞəxsMMC-nin “İsmayılov” soyadlı məsul şəxsi tərəfindən imzalanmaqla qəbul edilmişdir. Xəbərnamə üzərində həmçinin “SS662904299AZ”nömrəli ştrix kodu qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndə imzanın ona məxsus olmasını təsdiq etmişdir. Məhkəmə tərəfindən “xxxxxxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli PƏŞ-2-11-1-17/4560 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən 122 saylı poçt şöbəsindən Şəxs MMCyə ünvanlanmış “SS662904299AZ” saylı ştrix kodlu sifarişli məktub xx.xx.2020-ci il tarixdə xidmət ərazisi üzrə 70 saylı PŞ-yə daxil olmuş, pandemiya ilə əlaqədar olaraq bəzi şirkətlər işləmədiyi üçün xx.xx.2020-ci il tarixdə 70 saylı poçt şöbəsində Şəxs MMC-nin hüquqşünası Ruslan İsmayılova təqdim edilmişdir. Məktubun xəbərnaməsi isə xx.xx.2020-ci il tarixində 122 poçt şöbəsi tərəfindən göndəriciyə, yəni Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmış və xəbərnamə ümumi şöbənin əməkdaşı Emin Seyidov tərəfindən təhvil alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ŞəxsMMC-nin mülkiyyətində (istifadəsində) olan “BMW” (minik) markalı, **-AE-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Cəmiyyətə sorğu göndərilmiş və həmin sorğu xx xxxxxx 2020-ci il tarixdə Cəmiyyətin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmiş və qeyd edilən sorğuya qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilmişdir. Belə ki, səlahiyyətli orqanın sorğusuna cavab Cəmiyyət tərəfindən rəsmi qaydada daxil olduğu tarixdən 2 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİnin DYPŞ-nə çatdırılmışdır. Bundan başqa Cəmiyyətin məhkəmə iclasında iştirak edən etibarnamə üzrə nümayəndəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli cavab məktubunun sorğu vermiş səlahiyyətli quruma çatdırılmasına dair sübutu məhkəməyə təqdim edilmişdir. Bununla da, məhkəmə tərəfindən müəyyən edildi ki, ŞəxsMMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvAEiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvAEiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə sənəd 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan və sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvAEiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində xx xxxxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2581/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2581/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver