Məhkəmə qərarları › İş №3(004)-2586/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2586/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2586/2023 11.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 339.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 29 aprel 2023-cü il tarixdə tərtib edilmiş İXP seriyalı ******* saylı protokola (Bakı şəhər DYPİ əməkdaşı X1 tərəfindən tərtib edilib) və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Bunlar aşağıdakılardan ibarət olmuşdur:

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 121-ci maddəsinə əsasən həmin Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Hazırkı iş üzrə İXM-nin 339.2-ci maddəsi üzrə inzibati xəta haqqında işlərdə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmasına qadağa qoyulmamışdır. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, izahatı alınmamışdır. Həmçinin protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməmiş, onun izahatı protokolda qeyd edilməmişdir. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, yaxud texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə-yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 29 aprel 2023-cü il tarixdə tərtib edilmiş İXP seriyalı ******* saylı protokolda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətlərdən törədilməsi ehtimal olunanı öz əksini tapmamışdır.

2. Protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanmayıb. Halbuki, İXM-in 100.4-cü maddəsinə əsasən protokolu onu tərtib etmiş şəxs imzalamalıdır. Bununla da qərardadda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən,

QƏRARA ALDİ:

X1 barəsində İXM-in 342.9 və 346.1-ci məddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar