Məhkəmə qərarları › İş №3(004)-259/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-259/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-259/2022 02.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X7 iclas katibliyi ilə, X1 AR ƏƏSMN yanında X11 Xidmətinin 16.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 AR ƏƏSMN yanında X11 Xidmətinin 16.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, X11 Xidməti onun barəsində 16.12.2021-ci il tarixli MN ******* №-li İnzibati tənbeh vermə haqqında Qərar qəbul edərək guya onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi səbəbindən 1500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsini qərara almışdır. Adıçəkilən qərar 16.12.2021-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi X6 təqdim edilmişdir. O, qəbul edilmiş qərarla razı deyil. Qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, İXM-nin 469.2-ci maddəsində qeyd olunan inzibati xətanı törətməmişdir. Adıçəkilən maddənin dispozisyasından görünür ki, hüquqi şəxslər o cümlədən vəzifəli şəxslər o halda inzibati xəta törətmiş hesab edilirlər ki, onlar tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış olsun. Ərizəyə qoşma olaraq təqdi etdiyi müqavilədən görünür ki, vəzifəli şəxsi olduğu "xxxx" MMC ilə "xxxx" Sığorta Şirkəti arasında İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsinə dair 03.04.2015-ci il tarixli, ATE15032567 nömrəli Müqavilə bağlanılmışdır. Bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən qeyd edilən müqavilə müddətsiz bağlanmışdır. Həmçinin ərizəyə əlavə edilmiş A31850093 №-li, 07.04.2021-ci il tarixli hesab/invoysdan görünür ki, 30.04.2021-ci il tarixə qədər 15 957.82 manat məbləğində Sığorta haqlarının ödənilməli olduğu qeyd edilmişdir. 06.05.2021-ci il tarixli Ödəniş tapşırığından görünür ki, 03.04.2015-ci il tarixli, ATE15032567 nömrəli Müqavilənin dəyəri olan və A31850093 №-li, 07.04.2021-ci il tarixli hesab/invoysda qeyd edilən 15957.82 manat məbləğdə pul vəsaiti sığorta edən şirkətə ödənilmişdir. Qeyd olunmalıdır ki, adıçəkilən sığorta müqaviləsinin Qərarı qəbul etmiş dövlət orqanına məxsus elektron informasiya sistemində hansısa səbəbdən aşkar edilməməsi onun inzibati xəta üzrə məsuliyyətə cəlb olunmağına əsas verə bilməz. Çünki sırf həmin məlumatların inzibati orqana məxsus informasiya sistemində əks olunmamasına görə və yaxud daxil edilməməsinə görə AR İXM-də hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. Aşağıda qeyd edəcəyi hüquqi əsaslara görə hesab edir ki, X11 Xidməti tərəfindən aparılmış icraat qanunsuz və əsassızdır. AR İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-cpidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin maddənin mənasından aydın olur ki, İnzibati Xətalar qanunvericiliyinin vəzifələri konkret olaraq Məcəllədə öz əksini tapmışdır. Bu məcəllənin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi inzibati məsuliyyətə o şəxs cəlb olunur ki, inzibati xətanın törədilməsində onun təqsiri olsun və yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xəta törədilsin. İXM-nin 8-ci maddsinə əsasən: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə görə Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddənin məzmunundan aydın olur ki, onun əməli bu Məcəllə ilə qorunan içtimai münasibətlərə qəsd olmalı, hüquqa zidd olmalı, qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir. İnzibati xatanın qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi anlayışları Məcəllnin 13 və 14- cii maddələrində əks olunmuşdur. Belə ki, İXMnin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin məcəllənin 14-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Yuxarıda sadaldığı işin hallarından aydın olur ki, hər iki hal (yəni əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi) baş verməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısım almaq məqsədi daşıyır. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Hesab edir ki, yuxarıda sadaladığı işin hallarına əsasən ona münasibətdə inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi yaranmamışdır. Bu əsasdan X11 Xidməti inzibati icraatı aparmamalı idi. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X11 Xidmətinin 16.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi şikayət X9 ərizənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən AR ƏƏSMN yanında X11 Xidmətinin nümayəndəsi X3 şikayətdə göstərilənlərlə razılaşmayaraq onun təmin edilməməsini və AR ƏƏSMN yanında X11 Xidmətinin 16.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının dəyişdirilmədən saxlanılmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X11 Xidmətinin 16.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X8 İXM-in 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş "xxxx" MMC-nin baş direktoru X8 tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Bu barədə 07.12.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR ƏƏSMN yanında X11 Xidmətinin 16.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar