Məhkəmə qərarları › İş №3(004)-259/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-259/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-259/2024 29.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, X1, qərarından şikayət verilmiş – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) X8 Xidmətinin (DYMX) etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYNİ-nin rəisi İlqar Əsgərov tərəfindən qəbul edilmiş 06 mart 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYNİ-nin rəisi İlqar Əsgərov tərəfindən AR İXM-nin 518.1-ci maddəsi ilə qəbul edilmiş 06 mart 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, eyni zamanda həmin qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYMİ-nin rəisi İlqar Əsgərov tərəfindən qəbul edilmiş 06 mart 2023cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla AR İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Lakin barəsində qəbul edilmiş qərar ona rəsmi qaydada təqdim edilməmiş, qərar barədə yalnız xx.xx.2023-cü il tarixdə iş yerinə daxil olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdiri Rauf Orucovun imzaladığı 21 dekabr 2023-cü il tarixli məktubla tanış olduqdan sonra məlumatlı olmuşdur. Hesab edir ki, qeyd olunan qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdiri Rauf Orucovun imzaladığı xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx- 229769/38 məktubunda qeyd edildiyi kimi, o, Bakı Dövlət Universitetinin prorektoru olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYNİ-nin əməkdaşı Şahid tərəfindən universitetin əməkdaşlarının iştirakları olmadan birtərəfli qaydada ******* nömrəli saxta protokol tərtib edilmiş və icraya yönəldilmişdir. Bu sənədlər toplusu ilə xx.xx.2023-cü il tarixdə tanış olduğundan protokolu tərtib edən şəxslə əlaqə saxlamış və qərarın dəyişdirilməsini tələb etmişdir. Çünki, qərar FHN-nin müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin vəzifələri və onların təyinatına zidd olaraq tərtib edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 1.5-ci bəndinə uyğun olaraq əmrlə bu sahəyə cavabdeh şəxs Əməyin mühafizəsi üzrə mühəndisə həvalə olunur və müəssisə üzrə yanğın təhlükəsizliyinin təmin olunmasına həmin şəxs cavabdehlik daşıyır. Cavabdeh təyin olunan şəxs mütləq qaydada yanğıntexniki minimum üzrə təlim keçməlidir. Həmin qaydalara görə müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin olumadığı təqdirdə, yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə görə məsuliyyət həmin müəssisə və ya təşkilatın rəhbərinin üzərinə düşür. Artıq neçə dəfədir ki, Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYNİ-nin əməkdaşı Şahid tərəfindən vəzifəli şəxs olaraq onun barəsində protokol tərtib olunur və bu halın qərəzli olması barədə aidiyyəti üzrə FHN-nə müraciət edilmişdir. Göstərilənləri, işin faktiki hallarını və qanuni əsasları nəzərə alaraq, onun əməlində inzibati xətanın tərkib əlamətlərinin olması üçün ictimai münasibətlərə qəsd etməsi, hüquqazidd hərəkət etməsi, təqsirli sayılması və inzibati məsuliyyətə səbəb olması Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYMİ-nin 06 mart 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə sübuta yetirilmədiyindən, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X6 şikayətlə eyni zamanda həmin qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilərək buraxılmış müddət bərpa edilmiş və şikayətə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, hal-hazırda qüvvədə olan əmrə əsasən Bakı Dövlət Universitetində yanğın təhlükəsizlik qaydalarına görə cavabdeh özüdür. O, bu əmrin düzgün olmadığını hesab edərək, həmin əmrin ləğv edilməsi ilə bağlı universitetin rəhbərliyi qarşısında məsələ qaldırsa da, əmr ləğv edilməmiş və hazırda da qüvvədə saxlanılmışdır. O, dəfələrlə bununka bağlı rəhbərliyə rəsmi qaydada mürcaiətlər etsə də məsələ öz həllini tapmamışdır. Buna dair sübutlarını məhkəməyə təqdim etmişdir. Hesab edir ki, yanğından təhlükəsizlik qaydalarına görə kimin cavabdeh olmasını müəyyənləşdirmək və buna görə hər hansı bir cəzanı vermək FHN-nin səlahiyyətinə aid olan məsələ deyildir. Belə ki, yanğın təhlükəsizliyi texnikası qaydalarına görə maddi məsul vəzifəli şəxsin müəyyən edilməsi Bakı Dövlət Universitetinin səlahiyyətidir. Oxşar müəssisələrdə yanğından təhlükəsiz qaydalarına görə cavabdeh olan şöbələr yaradılmışdır, belə şöbə yaradılmayan müəssisələrdə isə yanğından təhlükəsiz qaydalarına görə müəssisə rəhbəri özü cavabdeh olmalıdır. O, isə mövcud problemlərlə bağlı müəssisə rəhbərinə xidməti məlumat vermişdir. Verilən suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, prorektoru olduğu Bakı Dövlət Universitetinin inzibati binasının hər qarışında nə mövcud olduğunu, eləcə də bəzi korpus binasında yanğın təhlükəsizliyi sahəsində ciddi problemlər olduğundan kifayət qədər məlumatlıdır. Bu problemlərin əsas səbəbi binanın və onun təmirinin köhnə olmasıdır, lakin bəzi korpuslarda problemlərin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Beləliklə, şikayətçi X6 göstərilənlərə əsasən törədilməsi ehtimal edilən xətaya görə onun təqsirinin olmadığını bildirərək 06 mart 2023cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və yanğın təhlükəsizliyi texnikası qaydalarına görə maddi məsul vəzifəli şəxs olmadığından barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 2-ci ərazi DYNİ-nin DYNŞ böyük inspektoru Şahid tərəfindən xx.xx.2023-cü il tarixdə BDU-nin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin təlimatçısı Oqtay Quliyevin iştirakı ilə ünvan 1 ünvanında yerləşən universitetin inzibati binasından müayinə keçirmişlər. Müayinə zamanı binada yanğın təhlükəsizlik qaydalarının bir sıra pozuntusu faktları aşkar edilərək akt tərtib edilmiş və fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, BDU-nin rektoru Elçin Babayev tərəfindən imzalanmış “Yanğın təhlükəsizliyinə cavabdehlik haqqında” R-17 saylı əmrə əsasən 2023-cü ilin fevral ayından yanğın təhlükəsizliyinə cavabdehlik bilavasitə prorektor (iqtisadi və təsərrüfat işləri üzrə) Nəbi Ramazanlıya həvalə edilmişdir. Bundan sonra qanunvericiliyin tələbinə əsasən yanğın təhlükəsizliyinə cavabdeh olan vəzifəli şəxs X6 barəsində İXM-nin 518.1-ci maddəsilə 21 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək icraata başlanılmışdır. İcraat zamanı barəsində icraat aparılan şəxsin iştirakının təmin edilməsi məqsədilə bildiriş göndərilmiş və digər zəruri tədbirlər görülmüşdür. Araşdırma ilə onun təqsirinin olması öz təsdiqini tapdığından 2-ci ərazi DYNİ-nin rəisi İlqar Əsgərov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərara əsasən X6 barəsində İXM-nin 518.1-ci maddəsilə təqsirli bilinərək barəsində 150 manat cərimə tənbeh tədbiri təyin edilmişdir. Göstərilənlərə əsasən şikayətin dəlilləri əsassız olduğundan verilmiş şikayətin rədd edilməsini və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şahid ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən Bakı Dövlət Universitetində aparılan yoxlama zamanı “Yanğın təhlükəsizlik qaydaları”na əməl olunmadığı aşkar edilmiş, tərəfindən xx.xx.2023-cü il tarixli müayinə aktı tərtib edilmiş, fotoşəkillər akta əlavə edilmiş, protokol tərtib edilərək təqrirlə idarə rəisinə təhvil verilmiş və zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYNİ-nin rəisi İlqar Əsgərov tərəfindən qəbul edilmiş 06 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYNİ-nin rəisi İlqar Əsgərov tərəfindən qəbul edilmiş 06 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, böyük inspektoru Şahid tərəfindən tərtib edilmiş 21 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında ünvan 1 ünvanında yerləşən BDU-də yanğından mühafizə qaydaları texnikası qaydalarına riayət edilməsi ilə bağlı müayinə keçirilərkən Yanğın təhlükəsizlik qaydaları”nın pozulması faktının aşkar edilməsinə görə vəzifəli şəxs X6 İXMnin 518.1-ci maddəsilə təqsirli bilinərək barəsində 150 manat məbləğində tənbeh tədbiri təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYNİ-nin X8 Şöbəsinin böyük inspektoru Şahid tərəfindən Bakı Dövlət Universitetinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin təlimatçısı Oqtay Quliyevin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Yanğın-texniki müayinə aktı”na əsasən müəyyən edilir ki, X2 aşağıda sadalanan tələblərinin pozulması aşkar olunmuşdur: binaların ətrafında şəxsi avtomobillərin park edilərək yanğın avtomobillərinin manevr etmələri çətinləşdirilməsi (YTQ 02.2002; bənd 2.1.2); binaların çöl tərəfindən fasad üzlüyündə yanar materiallar mövcud deyil; (YTQ 02.2002; bənd 4.2.2), binalarda ümumi 22 ədəd lift mövcuddur, zirzəmi mərtəbələrinə enmir; binaların çardaq mərtəbəsində istifadə olunan taxta materialların odadavamlı məhlulla hopdurulması barədə sənəd təqdim olunmadı (YTQ 06.2004; bənd 3.2); binalarda qəza enerji sistemi mövcud deyil, 1 ədəd generator mövcuddur yalnız əsas korpusa xidmət edir; binaların elektrik açarı mövcud olan yarımstansiya məntəqələrində yerləşir, yarımstansiya məntəqələri 2-ci korpus, əsas korpus, və 4-cü korpusda binaların 1-ci mərtəbəsində, digər 2 (iki) yarımstansiya isə ərazidə tikilidə yerləşir; binalarda ildırımötürücü mövcud deyil; binanın əsas korpusuna bitişik olan 2 (iki) mərtəbəli yeməkxana binasının mətbəxində 6 (altı) gözlü qaz plitəsindən istifadə olunur, mətbəxə 20 mm diametrlik qaz xətti daxil olur, bundan əlavə 4-cü korpusda 1-ci mərtəbədə yeməkxana sahəsi mövcud olsa da hal- hazırda həmin yeməkxana fəaliyyət göstərmir (YTQ 02.2002; bənd 7.8); binaların ərazisində həyətyanı sahədə 2 ədəd qazanxana mövcuddur, 1 qazanxana 2 ədəd qazanla təmin olunub, diametri 50 mm ölçüdə olan qaz xətti daxil olur, digər qazanxana 3 ədəd qazanla təmin olunub, 100 mm ölçüdə qaz xətti daxil olur, qazanxanalar müvafiq detektorlarla təmin olunmayıb (YTQ 01.2001; bənd 7.8); korpuslar və köməkçi otaqlar odsöndüren balonlarla tam təmin edilməyib; mövcud odsöndürən balonları bəzilərinin tərkibi yenilənməyib (YTQ 06.2004; bənd 11.1); binaların heç bir korpusu avtomatik yanğın xəberverici siqnalizasiya sistemi ilə təmin olunmayıb (YTQ 01.2001; bənd 9.1); əsas korpusun bir tərəfində yerləşən kitabxana 4 mərtəbə və yarım zirzəmi sahəsindən ibarətdir, kitabxana qazla söndürmə (FM 200) sistemi ilə təmin olunmayıb, kitabxanada taxta materiallardan ibarət olan rəflər mövcuddur və kitabxanada asılmış elektrik lampalarının üzəri qoruyucu örtüklə təmin edilməyib (YTQ 06.2004; bənd 5); binalarda daxili yanğın su kranlarının dik boru xətti mövcuddur, lakin tam kompleksləşdirilməyib (YTQ 06.2004; bənd 10.11); binanın daxili yanğın su kranlarının ümumi xətti ərazidə mövcud olanyeraltı nasosxanada yerləşən 2 ədəd nasosa birləşdirilib, 4-cü korpusun daxili yanğın su kranlarının qidalanması üçün həyətyanı sahədə mövcud yeraltı nasosxanada 2 ədəd nasos quraşdırılıb (YTQ 02.2002; bənd 3.7); Ərazidə 2 ədəd həcmi 200 m3-lik və 250 m3 yanğın su hovuzları mövcuddur, yanğın avtomobillərinin su götürməsi üçün şərait yaradılmayıb (YTQ 01.2001; bənd 8.7); ərazidə yanğın su hidrantları mövcud deyil; ərazidə 6 (altı) mərtəbəli BDU-ya məxsus "Yüksək Texnologiyalar Mərkəzi" binası inşa olunur, hal-hazırda tikinti işləri aparılır, daxili yanğın su kranlannın dik bom xətləri çəkilmişdir; bBinalann giriş hissəsində, foye sahələrində və müəyyən mərtəbələrdə bəzək məqsədilə divarlara taxta, alkapon və digər yanar materiallardan olan üzlüklər vurulmuşdur (YTQ 02.2002; bənd 4.2.2); binalarda 2 əsas akt zalı mövcuddur, 1 ədədi əsas korpusda 2-ci mərtəbədə yerləşir, 4 ədəd ehtiyyat çıxış qapısı mövcuddur, digər akt zalı isə 4-cü korpusda 1-ci mərtəbədə yerləşir, 2-ci ehtiyyat çıxış qapısı anderesol mərtəbədəndir və heç bir yanğın təhlükəsizliyi tədbirləri yerinə yetirilməmişdir (YTQ 06.2004; bənd 11,1, YTQ 01.2011 bənd 2.5); binalardan 2-ci, 3-cü və 4-cü mərtəbələrdən korpuslararası keçidlər mövcuddur; 4-cu korpusun zirzəmi sahəsində istifadə olunmayan parta, stol-strul və əlavə digər materiallar mövcuddur (YTQ 06.2004; bənd 3); Universitetin heç bir korpusları yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün təxliyyə planı ilə təmin edilməyib (YTQ 06.2004, bənd 4,5); Binanın elektrik təsərrüfatı EQQQ-nin tələblərinə cavab vermir (YTQ 06.2004, bənd 5) İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2005-ci il tarixli 11/111 saylı, xx.xx.2005-ci il tarixli 1/99 saylı və xx.xx.2011-ci il tarixli 11/397 saylı müvafiq əmrlərinin surətlərindən müəyyən edilir ki, əvvəllər BDU-nin baş mühəndis vəzifəsində işləmiş X6 xx.xx.2005-ci il tarixdən ümumi işlər üzrə, xx.xx.2011-ci il tarixdən isə İqtisadi və təsərrüfat işləri üzrə prorektor vəzifəsində işləyir. İş materiallarında olan BDU-nun rektoru Elçin Babayev tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli R-115 nömrəli Əmrdən müəyyən edilir ki, Azərbaycan Respublikası “Yanğın təhlükəsizliyi haqqında” Qanuna və Baş Dövlət Yanğın təhlükəsizliyi İdarəsinin “Təhsil müəssisələrinin bina və qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi” Qaydalarına əsasən yanğına qarşı texniki nəzarət komissiyası yaradılmış və xx.xx.2021-ci il tarixli R-135 nömrəli Əmrlə 2021-2022-ci illər üçün Bakı Dövlət Universitetinə yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs İqtisadi və təsərrüfat işləri üzrə prorektor X6 təyin edilmişdir. Həmçinin 2023-cü il üzrə imzalanmış R-17 saylı əmrlə X6 bir daha Bakı Dövlət Universitetinə yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs təyin edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasında X2 1.5-ci bəndinə əsasən ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. 1.6-cı bəndinə əsasən X2 tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar. Həmin Qaydaların 2.4-cü bəndinə görə hər bir müəssisənin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimat) yanğına qarşı rejim müəyyənləşdirilməlidir. Həmin əmrdə və ya təlimatda aşağıdakılar öz əksini tapmalıdır; -siqaret çəkmək üçün xüsusi yerin ayrılması və ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin olunması: -hazır məhsulların, yarımfabrikatların və xammalın saxlanılması üçün yerlər təyin olunmalı və malların otaqlarda eyni vaxt ərzində saxlana biləcək miqdarı nəzərə alınmalıdır; - yanar tullantıların və tozların təmizlənməsi, yağlı-xüsusi geyimlərin saxlanılması qaydaları müəyyən edilməlidir; - iş vaxtının sonunda və yanğın baş verən zaman elektrik avadanlıqları şəbəkədən ayrılmalıdır; - müvəqqəti odlu və digər yanğın təhlükəli işlərin görülməsi qaydaları nəzərə alınmalıdır; - iş vaxtının sonunda otaqlara baxışın keçirilməsi və bağlanması qaydaları göstərilməlidir; - yanğın hadisəsi zamanı işçilərin hərəkəti qaydaları qeydə alınmalıdır; - yanğın təhlükəsizliyi əsaslarına dair dərslərin və yanğına qarşı təlimatın keçirilmə vaxtı və bu tədbirin keçirilməsi qaydaları üçün cavabdeh şəxslərin ayrılması göstərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 135-ci maddəsinə əsasən - 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, hazırkı işin faktiki hallarından müəyyən edilir ki, 2-ci ərazi DYNİ-nin DYNŞ böyük inspektoru Şahid tərəfindən xx.xx.2023-cü il tarixdə BDU-nin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin təlimatçısı Oqtay Quliyevin iştirakı ilə ünvan 1 ünvanında yerləşən universitetin inzibati binasından müayinə keçirmişdir. Müayinə zamanı binada yanğın təhlükəsizlik qaydalarının bir sıra pozuntusu faktları aşkar edilərək akt tərtib edilmiş və fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, BDU-nin rektoru Elçin Babayev tərəfindən imzalanmış “Yanğın təhlükəsizliyinə cavabdehlik haqqında” müvafiq əmrlərə əsasən universitetin binasında yanğın təhlükəsizliyinə cavabdehlik bilavasitə prorektor (iqtisadi və təsərrüfat işləri üzrə) Nəbi Ramazanlıya həvalə edilmişdir. Bundan sonra qanunvericiliyin tələbinə əsasən yanğın təhlükəsizliyinə cavabdeh olan vəzifəli şəxs X6 barəsində İXM-nin 518.1-ci maddəsilə 21 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək icraata başlanılmışdır. Araşdırma ilə onun təqsirinin olması öz təsdiqini tapdığından 2-ci ərazi DYNİ-nin rəisi İlqar Əsgərov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərara əsasən X6 barəsində İXM-nin 518.1-ci maddəsilə təqsirli bilinərək barəsində 150 manat cərimə tənbeh tədbiri təyin edilmişdir. Qərardan müəyyən edilir ki, tənbeh tədbiri sanksiya həddində təyin edilmişdir. Məhkəmə X1 ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatları məsuliyyətdən yayınmaq məqsədilə özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, iş materiallarında olan foroşəkillərdən müəyyən edilir ki, BDU-nin binasına yanğın təhlükəsizlikyi qaydaları əhəmiyyətli dərəcədə pozulmuşdur və buna cavabdehlik isə əmrlə şikayətçiyə həvalə edilmişdir. Şikayətçinin əmrlə cavabdehliyin ona həvalə edilməsi ilə razılaşmaması onu məsuliyyətdən azad edən hal olaraq inzibati xətalar haqqlnda qanunvericilikdə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, Bakı Dövlət Universitetində yanğından təhlükəsizlik qaydalarına əməl olunmamışdır. Qüvvədə olan əmrə əsasən isə Bakı Dövlət Universitetinin yanğından təhlükəsizlik qaydalarına görə məsul şəxs X5r. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYNİ-nin rəisi İlqar Əsgərov tərəfindən qəbul edilmiş 06 mart 2023cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYNİ-nin rəisi İlqar Əsgərov tərəfindən qəbul edilmiş 06 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar