Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2593/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, «Azəraqrartikinti” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mərkəzi Aran regional şöbəsi Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə MN ******* nömrəli 19 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Mingəçevir X3nda xx.xx.2022-ci il tarixdən işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itrilməsi hallarından icbari sığorta olunmadığı müəyyən edilmişdir. Bununla da səlahiyyətli orqan tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, "xxxx" ASC-nin Mingəçevir X3 tərəfindən Mingəçevir X3nda xx.xx.2022-ci il tarixdən işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itrilməsi hallarından icbari sığortalanması təmin edilməməsi faktı dövlət orqanlarının elektron informasiya sistemlərinin təhlili nəticəsində əldə edilmiş məlumatlarla təsdiq edilmişdir. Göstərilənlərə əsasən protokolu müdafiə edərək, Şəxs ASC barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin səlahiyyətli nümayəndəsi X5 bildirmişdir ki, Mingəçevir Dəmir-Beton Məmulatları Şəxs ASC-nin filialı olsa da filialın rəisi Rafiq Paşayev işəgötürən qismində vəzifəli şəxs olaraq asan imzaya malikdir və o, müstəqil şəkildə işçilərlə əmək müqaviləsi bağlayaraq onu elektron informasiya sisteminə daxil edir. Beləliklə, sığortaçı ilə sığorta müqaviləsinin bağlanması Şəxs ASC-nin yox, Mingəçevir X3nın rəisi Rafiq Paşayevin vəzifəsidir. Göstərilənlərə əsasən, barələrində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Mingəçevir Dəmir-Beton Filialınn direktoru Rafiq Paşayev tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə ünvanlanmış xx.xx.2022ci il tarixli 3 saylı məktubdan görünür ki, Filial işçilərinin icbari sığortası üçün "xxxx" Sığorta Şirkəti ilə xx.xx.2021-ci il tarixli QAL-00029134 saylı müqavilə bağlanmışdır. Dəmir beton məmulatlarına sifarişlər olmadığına görə 2021-ci ilin oktyabr ayından filial öz istehsalat fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış və hal-hazıra kimi filialın işçiləri ödənişsiz məzuniyyətə göndərilmişdir. Müəssisə öz fəaliyyətini bərpa etdikdən sonra 2022-ci il üçün sığorta şirkəti ilə yeni müqaviləsi bağlanacaqdır. İş materiallarında olan Şəxs ASC-nin idarə heyətinin sədri Ramin Məmmədov tərəfindən məhkəməyə təqdim olunmuş məlumatda Mingəçevir Dəmir-Beton Filialının telefon ünvanı və asan imzası əks olunmuşdur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Mingəçevir Dəmir-Beton Filialı hüquqi şəxs kimi qeydiyyata alınmışdır və ********** saylı VÖEN-i vardır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs ASC hüquqi şəxs kimi qeydiyyata alınmışdır və ********** saylı VÖEN-i vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən qismində barəsində inzibati protokol tərtib edilən Şəxs ASC (VÖEN**********) deyil, vergi orqanlarında ayrıca qeydiyyatı olan Mingəçevir Dəmir-Beton Filialı (VÖEN **********) çıxış etmişdir və əvvəllər işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itrilməsi hallarından icbari sığortalanması müqaviləsi də onun tərəfindən bağlanılmışdır. Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsindən göründüyü kimi həmin maddə üzrə inzibati məsuliyyətə yalnız o şəxs cəlb edilə bilər ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş olsun. Digər tərəfdən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanununun 3-cü maddəsində qeyd edilir ki, hüquqi şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs ASC Mingəçevir Dəmir-Beton Filialı tərəfindən icbari sığorta müqaviləsinın bağlanmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Belə ki, iş materiallarından da görünür ki, əmək müqavilələri üzrə işəgötürən qismində Şəxs ASC deyil Mingəçevir Dəmir-Beton Filialı özü çıxış etmişdir. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2593/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2593/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver