Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2596/2021 02.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 44-də yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə 13.10.2021-ci il tarixdə, MN №0436445 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC 34859,19 avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən X6 "xxxx" ASC Bankda olan hesabından 23.07.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 34859,19 avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, X2 məhkəmə iclasında protokola qarşı etiraz təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında olan N 3(004)-2596 /2021 saylı inzibati iş üzrə materiallardan göründüyü kimi, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında tənbehin tətbiq edilməsi ilə bağlı iş aparılır. İş materiallarında olan MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs MMC tərəfindən 23.07.2019-cu il tarixində 34859,19 (otuz dörd min səkkiz yüz əlli doqquz avro 19 sent ) euro pul vəsaiti xaricə köçürülmüş, lakin vəsait hesabın alınan mallar ölkəyə idxal edilməmişdir. Bununla bağlı bildirmişdir ki, həmin köçürülümüş vəsaitin qarşılığında mallar 2019-cu ildə ölkəyə idxal edilmiş və Gömrük orqanına bəyan edilmişdir. Müəyyən səbəblərdən həmin malların ölkəyə gətirilməsini təsdiq edən X3 Prosesində Olan "xxxx" ASC-yə təqdim edilməmişdir. İşin məhkəmənin icraatında olduğu dövrdə həmin ödəniş üzrə malların ölkəyə idxal edilməsini təsdiq edən X3 Prosesində Olan "xxxx" ASC-yə təqdim edilmişdir. Bank tərəfindən həmin gömrük bəyannamələri 22.10.2021-ci il tarixində təsdiq edilmiş və 23.07.2019-cu il tarixində köçürülmüş 34859,19 (otuz dörd min səkkiz yüz əlli doqquz avro 19 sent) avro avans məbləğinin tam bəyan edilməsinə dair eyni tarixli məktub verilmişdir. İş materiallarında olan sənədlərlə təsdiq edilir ki, köçürülümüş 34859,19 (otuz dörd min səkkiz yüz əlli doqquz avro 19 sent) avro vəsaitin qarşılığında 2019-cu ildə mallar ölkəyə idxal edilmişdir. Nəticə etibarilə, əməldə inzibati xəta tərkibi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəməninin icraatında olan 3(004)-2596/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə 22.07.2019-cu il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 34859,19 Avro məbləğində valyuta 02.07.2019-cu il tarixli müqavilə əsasında “OPHRYS SYSTEMES” şirkətinə köçürülmüşdür. İş materiallarında olan X6 "xxxx" ASC-nin **********281 saylı, 02.11.2021-ci il tarixli məktubuna əsasən Şəxs LLC tərəfindən “OPHRYS SYSTEMES” şirkətinə 23.07.2019 tarixində 34.859,19 avro avans ödəniş icra edilmişdir. Həmin ödəniş üzrə **********5032, **********6358, **********1239 YGB-lər əsasında 34.859,19 avro avans tam bəyan edilmişdir. Həmçinin məktubda istinad edilən yük gömrük bəyənnamələrinin iş materiallarındakı tarixinə əsasən köçürmə sənədinin tarixindən 2 il keçməmiş mallar ölkəyə idxal edilmişdir. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2596/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2596/2021
02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver