Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2598/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Müslüm Fariz oğlunun katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis bölməsinin polis sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 və onun vəkilləri “Vəkil və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil və Bakı Şəhəri 8 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 may 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, X12 26 may 2022-ci il tarixdə Yasamal rayonu ərazisində içkili vəziyyətdə X21 əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, raport əsasında protokol tətib etdiyini bildirdi və X12 barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o hadisə yerində olmamış, X9 ilk dəfə polis bölməsində görmüşdür. 27-ci polis bölməsində olan zaman X12 polisin bütün qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 özünü təqsirli bilməyərək bildirmişdir ki, "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində çalışır. 25 aprel 2022-ci il tarixdə “Excelcior” oteldə idmandan çıxdıqdan sonra tədbirlərdən birinə qatılmış daha sonra isə 26 aprel 2021-ci il tarixdə gecə saatlarında “Nizami” metrosansiyası yaxınlığındakı “Qoç ət” restoranının altında yerləşən yeraltı qarajdan avtomobilini götürərək evə doğru yollanmışdır. Murtuza Muxtarov küçəsində hərəkətdə olarkən qarşıdan gələn avtomobilin işığının azaldılması üçün idarə etdiyi avtomobilin uzaq işıqlarından istifadə etmişdir. Bundan sonra yoluna davam edərək yaşadığı binanın qarşısında avtomobilini saxlamış avtomobildən enərək evinə tərəf yollanmaq istəmişdir. Bu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq sənədlərinin qaydasında olub-olmadığını soruşmuşdur. Elə həmin vaxt polis əməkdaşlarından biri onun kəmərindən tutaraq avtomobilə doğru aparmağa çalışmışdır. Ətrafdakı insanlardan kömək istəmiş, bu zaman hadisə yerinə PPX əməkdaşları dəvət edilmişdir. Onların iştirakı tibbi müayinəyə yollanmış və orada sərxoş olduğu müəyyənləşmiş lakin o spirtli içki qəbul etməmişdir. Polis əməkdaşlarının hər hansı qanuni tələblərinə tabesizlik göstərməmişdir. Yekun olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən vəkil “Vəkil və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil X7 əməlində inzibati xəta tərkibi olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən vəkil Bakı Şəhəri 8 saylı Vəkil bürosunun vəkili X1 Borzu Əsgər oğlunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, 26 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində xidmətdə olarkən X7 idarə etdiyi avtomobildə uzaq işıqlardan istifadə etməsi səbəbindən ona saxla işarə verilmiş lakin o hərəkətini davam etdirərək bir müddət sonra avtomobili saxlamışdır. Həmin sürücüyə yaxınlaşıb ondan sənədlərini təqdim etməsi xahiş edilmiş lakin bu zaman kəskin spirt iyi gəldiyindən ona alkoqollu içki qəbul edib-etməməsi soruşulmuşdur. Elə həmin vaxt X12 qaçmağa cəhd göstərmiş lakin digər polis əməkdaşı onun qarşısına keçərək onu saxlamışdır. Bu zaman X12 onları itələməyə, yüksək səslə səs-küy salmağa başlamışdır. Bundan sonra onlar tərəfindən PPX əməkdaşları çağırılmış və X12 tibbi müayinəyə aparılmışdır. Öncə tibbi müayinədən keçməkdən imtina etmiş sonra isə bununla razılaşmışdır. X7 qanuna zidd hərəkətləri və polisin qanuni tələbinə tabe olmaması oradada davam etmişdir. Bundan sonra X12 27-ci polis bölməsinə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 şahid X13 ilə eyni məzmunlu ifadə verərək özünə aid hissədə həmin ifadəni bir daha təsdiq etmişdir. İş materiallarında olan: Yasamal RPİ-nin DYPŞ-nin YPXİ-nin polis nəfərləri X13 və X10 tərəfindən 27-ci polis bölməsinin rəhbərliyinə ünvanlanmış 26 may 2022-ci il tarixli raportdan görünür ki, 26 may 2022-ci il tarixdə saat 02:27 radələrində C.Cabbarlı küçəsində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmətdə olarkən “Audi” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü uzaqvuran işıqdan istifadə etdiyi üçün saxlanılmışdır. Sürücüyə saxla işarəsi verib yaxınlaşdıqda kəskin spirt iyi gəlmiş tibbi müayinəyə dəvət etdikdə qaçaraq uzaqlaşmaq istəmişdir. Onlar həmin şəxsi saxladıqda müqavimət göstərərək yüksək səslə səs-küy salıb polisin qanuni tələbinə tabe olmamışdır. Onlar şəfəqdən polis naryadı çağırıb PPX-nin köməyi ilə həmin şəxsi 27-ci PB-nə gətirmişlər. Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Fərhadov Bəhruz və Tomtuyev Cümşüd tərəfindən 27-ci polis bölməsinin rəhbərliyinə ünvanlanmış 26 may 2022-ci il tarixli raportdan görünür ki, 26.05.2022-ci il tarixdə saat 02:35 radələrində Tbilisi prospektində xidmətdə olarkən “Şəfəq”in göstərişinə əsasən C.Cabbarlı küçəsində yol patrul xidməti əməkdaşlarına yaxınlaşaraq onalara köməklik göstərmişlər. Bir nəfər içkili şəxsi 27-ci PBnə gətirmişlər. Burada məlum olmuşdur ki, həmin şəxs X11r. İnzibati qaydada tutma haqqında 26 may 2022-ci il tarixli protokoldan görünür ki, X12 həmin tarixdə saat 03:00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, X7 İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, X7 xidməti vəzifəsini yerinə yetirən yol polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə X7 verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X7 hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X12 26 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə X7 hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X7 törətdiyi ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən X7 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X7 törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli həmin Məcəllənin 31.4- 1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X12 İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. X12 məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2598/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2598/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver