Məhkəmə qərarları › İş №3(004)-260/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-260/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-260/2023 27.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal Rayon İcra şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərinin nəzərə alınmasını və elektron kabinet vasitəsilə verilmiş vəsatətlərinin təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən tələbkar X3 bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2197/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vəqəsinə əsasən "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında ” müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban 76 ünvanında (hazırkı ünvanı ünvan 2 məsafədə yerləşən və tikintisi nəzərdə tutulan binada sahəsi 42 kv. metrdən az olmayaraq (oxdan oxa) layihəyə uyğun təmirli mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 350 (üç yüz əlli) manat olmaqla kirayə haqqının iddiaçılara ödənilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Göründüyü kimi Səbail Rayon Məhkəməsinin 2(009)-2197/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsində aydın formada göstərilmişdir ki, "xxxx" MMC bizi Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban 76 ünvanında (hazırkı ünvanı ünvan 3idir. Hal-hazırda tam olaraq qətnamədə göstərilən ünvanda bina tikilməkdə olsa da ona həmin binadan yox başqa binadan mənzil təklif olunur. Təklif olunan mənzil binanın 10-cu mərtəbəsində təklif olunur ki, bu oa demək olar ki binanın mansart hissəsidir. Halbuki, onun öz evi binanın ikinci mərtəbəsində yerləşirdi, mansartda yox. Təklıf olunan mənzilin sahəsi 38 kv.metrdir, qətnamədə isə 42 kv. metrdən az olmayaraq mənzil ilə təmin olunmağı qət edilmişdir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ona görə də cavabdeh "xxxx" MMC barəsində müvafiq tədbir görülməsini xahiş edir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəri barəsində tərtib olunmuş hazırkı protokolun baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz edir. "xxxx" MTK-nın sədri, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdən görünür ki, ünvan 4 xx.xx.2020-ci il tarixli icra sənədində göstərilmiş tələbin icra edilməməsi ilə bağlı Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola onun yaşayış yeri üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Belə ki o, hazırda Səbail rayonu X8 küçəsi 72 mənzil 13 ünvanında qeydiyyatdadır. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Yuxarıda qeyd edilmiş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddəsindən və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarından göründüyü kimi, barəsində inzibati protokol tərtib edilmiş şəxsin vəsatətinə əsasən – inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Yəni inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının iki əsas məkanını nəzərdə tutur:xətanın törədildiyi yer və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer. Məhkəmə hesab edir ki, hazırkı halda barəsində icraat aparılan şəxs qanunvericiliyin ona vermiş olduğu hüququndan istifadə etməsi halını nəzərə alaraq onun vəsatəti təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs vəsatətinin təmin edilməməsi onun proseual hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər ki, buda yol verilməzdir. Azərbaycan Respublikasının İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olduğundan inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110, 112 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri (vəzifəli şəxs) Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Yasamal Rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş 10 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar