Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2602/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının qanuni təmsilçisi X1 iştirakı ilə Şəxs Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Dövlət X6 daxil olmuş İXP ******* nömrəli, 05 fevral 2025ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 10TG498 d.q.n-lı nəqliyyat vasitəsinin sahibi olan Şəxs Firması tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının qanuni təmsilçisi X2 bildirmişdir ki, Şəxs firması balansında olan avtonəqliyyat vasitələrini (avtonəqliyyat vasitələrinin siyahısı icarə müqaviləsində göstərilmişdir) 29 aprel 2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi №022/22 müqaviləyə əsasən istismar etmək üçün "xxxx" MMC-yə təhvil vermişdir. Həmin müqaviləyə əsasən bütün öhdəliklər "xxxx" MMC-yə aid olduğundan müqavilədə göstərilən avtonəqliyyat vasitələri ilə yaranan məsələlərin "xxxx" MMC-yə qanuna müvafiq olaraq yönləndirilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 20.00 AZN olan Şəxs Firmasının hüquqi ünvanı ünvan 1 il tarixdə dövlət qeydiyyatına alınmışdır. İnzibati xəta haqqında 05 fevral 2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, 10TG498 d.q.n-lı nəqliyyat vasitəsinin sahibi olan Şəxs Firması tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibranamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, “Daewoo BS090 avtobus markalı, 10TG498 dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. Zərfdən görünür ki, Şəxs Firmasının ünvanına göndərilmiş məktub zərflə birlikdə “bu ünvanda yaşamır” çatdırılmama səbəbi ilə geri qayıtmışdır. Şəxs Firması tərəfindən Bakı şəhəri Yasamal Rayon Dövlət X7 ünvanlanmış 13 iyul 2023-cü il tarixli, 06 nömrəli məktubdan görünür ki, məktubun məzmunu “Yazaraq Sizə bildirmək istəyirəm ki, Şəxs firması balansında olan avtonəqliyyat vasitələrini (avtonəqliyyat vasitələrinin siyahısı icarə müqaviləsində göstərilmişdir) 29 aprel 2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi №022/22 müqaviləyə əsasən istismar etmək üçün "xxxx" MMC-yə təhvil vermişdir. Həmin müqaviləyə əsasən bütün öhdəliklər "xxxx" MMC-yə aid olduğundan müqavilədə göstərilən avtonəqliyyat vasitələri ilə yaranan məsələlərin "xxxx" MMC-yə qanuna müvafiq olaraq yönləndirilməlidir. Xahiş edirəm nəzərə alasınız” şəklində olmuşdur. 29 aprel 2022-ci il tarixli Avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, “icarəyə verən” tərəfdən Şəxs Firması MMC-nin direktoru X2, “icarədar” tərəfdən "xxxx" MMC-nin direktoru X3 bu müqaviləni imzalamışlar. Müqavilənin predmeti İcarəyə verən mülkiyyət hüququ ilə ona məxsus olan **-TH-***, **-TH-***, **-TH-***, **-TH-***, **-TH-***, **-TH-***, **-TG-***, **-TG-***, **-TG-***, **-TF-***, **-TF-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS 090” markalı avtonəqliyyat vasitələrini icarədarın müvəqqəti istifadəsinə verir. İcarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği İcarəyə verənə ödəyir. Bu müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin 1.1-ci bəndində qeyd olunmuş nəqliyyat vasitələrinin sürücüləri tərəfindən törədilmiş inzibati xətalara, o cümlədən yol hərəkəti qaydaları əleyhinə olan xətalara görə icarədar məsuliyyət daşıyır. Tərəflər avtonəqliyyat vasitəsini bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Təhvil-.Təslim aktı” na əsasən bir birlərinə təhvil verib və qəbul edə edirlər. Bu müqavilə üzrə icarəyə verilən avtonəqliyyat vasitəsi tərəflərin razılığına əsasən aylıq 200 manat dəyərində qiymətləndirilir. Tərəflərin öhdəlikləri qismində “İcarəyə verənin öhdəlikləri”- Avtonəqliyyat vasitəsini müqavilənin imzalandığı gün icarədara təhvil verir, avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə və texniki müayinədən keçirdikdən sonra İcarədara təhvil verir, avtonəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan sənədləri ilə birlikdə İcarədara təhvil verir, icarədardan bu müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirilməsini tələb edir. İcarədarın öhdəlikləri avtonəqliyyat vasitəsini təyinatına uyğun istifadə edir və avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği vaxtında İcarəyə verənə ödəyir, avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə İcarəyə verən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır, hər ayın axırı maşının texniki müayinədən keçməsini öz üzərinə götürür, avtonəqliyyat vasitəsinin icarə müddəti-bitdiyi gün İcarəyə verənə “Təhvil-Təslim aktı”na əsasən qaytarır, avtonəqliyyat vasitəsi üçüncü şəxs tərəfindən idarə olunacaqsa, icarədar bu barədə dərhal İcarəyə verənə məlumat verməlidir və icarə verənin razılığını almalıdır, icarəyə verəndən bu Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsini d tələb edir, avtonəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş qaydada sığortalayır. Həmçinin müqavilə üzrə icarə müddəti 5 ildir. İcarədar avtonəqliyyat vasitəsinin istifadəsinin hər “1” ayı üçün 200 (iki yüz) manat ödəyir. İcarə haqqı İcarədar tərəfindən İcarəyə verənə nağd və köçürmə yolu ilə ödənilir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Beləliklə bütün sübutetmə yükü, işin bütünlüklə araşdırılması, sübutların toplanılması yükü məhkəmənin üzərinə atılaraq, səlahiyyətli orqan sadəcə protokol tərtib edib, işi məhkəməyə göndərməklə kifayətlənmişdir. Şəxs Firması tərəfindən inzibati xəta törədilib-törədilməməsini araşdırmamış, sübut toplanmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, Şəxs Firmasının qanuni təmsilçisi X2 tərəfindən təqdim edilmiş icarə müqaviləsinə əsasən, Şəxs Firması balansında olan nəqliyyat vasitələrini 29 aprel 2022-ci il tarixdən icarə müqaviləsi əsasında "xxxx" MMC-yə təhvil vermiş, bununla da bütün öhdəliklər həmin müqaviləyə əsasən "xxxx" MMC-yə aid edilmişdir. Buna görə də həmin nəqliyyat vasitələri ilə bağlı yaranan məsələlərin həllinə cavabdehliyi "xxxx" MMC daşımalıdır. Məhkəmə Bakı şəhəri Yasamal Rayon Dövlət X6 daxil olmuş İXP ******* nömrəli, 05 fevral 2025-ci il tarixli protokolu, Şəxs Firmasının qanuni təmsilçisi X2 tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədləri və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, polis orqanı tərəfindən Şəxs Firması ünvanlanmış sorğu əslində "xxxx" MMC-yə ünvanlanmalı olduğundan, yəni protokol yalnış şəxs barəsində tərtib edildiyindən Şəxs Firmasına münasibətdə onun əməlində inzibati xəta tərkibinin olması istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş xəta mövcud olmadığı üçün əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda Şəxs Firması barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2602/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2602/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver