Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2609/2024 28.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti inspektoru X5, Şikayət vermiş şəxs X1 vəkili Vəkil iştirakları ilə, X3 və onun vəkili Vəkil Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş 17 may 2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 və onun vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişlər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Yasamal rayon DYPŞ-nin əməkdaşı Kamran məmmədovun 17 may 2024-cü il tarixli qərarı ilə X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi 150 manat cərimə cəzası tətbiq edilmişdir. Hesab edir ki, Kamran Məmmədovun qərarı qanunsuz və əsassızdır. Bununla bağlı qeyd etmişdir ki, Seymura məxsus **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası BDYPİ tərəfindən verilən texniki pasportdan Brabusa yığıldığı görsənir. Əgər avtomobil Brabusa yığılıbsa və bundan orqanın xəbəri varsa, demək ki, avtomobildə quraşdırma işləri aparılmışdır. Buna görə də cərimə yazılmalı deyildir. Həmçinin texpasporta “Brabus” qeydi yazılarkən avtomobil texniki baxışdan keçirilmiş və səlahiyyətli dövlət orqanı tərəfindən avtomobildə baş verən dəyişikliklərlə bağlı akt tərtib olunmuşdur. Həmin aktda avtomobildə nələrin dəyişməsi, nələrin əlavə olunması barədə məlumatlar əks olunmuşdur. Ona görə də həmin aktın əldə olunması üçün sorğu verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti inspektoru X2 gedən nəqliyyat vasitəsinin onlar tərəfindən saxlanıldıqdan sonra səs-boğucu sisteminə vizual olaraq baxış keçirilmiş, baxış keçirdikdən sonra avtomobilin sahibi onlara texniki pasportda “Brabus” qeydi yazdırdığını bildirmişdir. Daha sonra onlar avtomobili texniki müayinə mərkəzinə təmin etmişlər. Orada avtomobil xüsusi cihaz və avadanlıqlarla yoxlanılaraq müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin arxa qazanı çıxarılıb, 4 katalizatordan sol nahiyyədən biri kəsilərək düz turba ilə əvəz edilib, daxili qazanların üzəri yarılaraq düz turba ilə əvəz edilib. Buna görə də şəxs barəsində İXM-nə müvafiq olaraq protokol tərtib edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, təqdim olunmuş sənəddən də avtomobilin “Brabusa” təchiz olunduğu və bununla bağlı müvafiq icazə qeyd olunmuşdur. Bu sənəd dövlət orqanı tərəfindən verilən rəsmi sənəddir. Əgər qeyd olunan məsələ həqiqətən də qadağandırsa, dövlət orqanı tərəfindən bununla bağlı icazə verilməzdi. Ona görə də bunun pozuntu olub-olmamasını bilmək vətəndaşın günahı deyildir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti inspektoru X6 “Yol hərəkəti haqqında” qanunun 30-cu maddəsinin 5-ci bəndində qeyd olunur ki, istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Qeyd olunan avtomobildə isə avadanlıqlar müdaxiləlidir və turba ilə təchiz olunub. Daxili İşlər Nazirliyinin texniki müayinə mərkəzi tərəfindən yoxlanış keçirilərək normativ tələblərə uygun olmadığı aşkar olunmuşdur. Həmçinin bildirmişdir ki, qarşı tərəf qeyd etsə də ki, avtomobilin “Brasbus”a yığılması barədə texpasportda qeydi var, lakin avtomobil ola bilsin ki, nə vaxtsa qanuni şəkildə “Brabus”a yığılıb sonradan isə əldən-ələ keçərək avtomobilə müdaxiləli qazan sistemi qoyublar, originalını isə satıb pul ediblər və onlar bunu bilə bilməzlər. Faktiki olaraq avtomobilin üzərində olan avadanlıqlar qeyri-qanunidir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 barəsində AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:. İnzibati təbheh vermə haqqında 17 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. 02 may 2024-cü il tarixli Nəqliyyatın texniki vəziyyətinin müayinə aktından görünür ki, “Mercedes Benz G500” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar ediımiş texniki nasazlıq - mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və dəyişdirilməsi olmuşdur. Yasamal Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 3(004)-2609/2024 nömrəli məktubuna cavab olaraq AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən göndərilmiş 19 iyun 2024-cü il tarixli, 3-13-16/2-94081/24 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası İstehsalat-Kommersiya fərdi şirkəti "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 02 nömrəli arayışı əsasında “MERCEDES BENZ G500” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BRABUS” tipli avtomobil kimi avadanlıqlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” qanunun 30-cu maddəsinin 5-ci bəndində qeyd olunur ki, istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir Göründüyü kimi, X1 idarə etdiyi Mercedes Benz-G500” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi işin mübahisəsiz halıdır. Şikayətçi tərəfindən mübahisələndirilən hal isə (AR BDYPİ tərəfindən verilən texniki pasportla avtomobilin BRABUSA yığılması və bundan orqanın xəbərinin olması) məhkəmə iclasında tam, hərtərəfli araşdırılmış və həmin dəlilə müvafiq hüquqi qiymət verilmişdir. Belə ki, X1 idarə etdiyi Mercedes Benz-G500” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin xarici görünüşü BRABUSA yığılması BDYPİ tərəfindən verilən texniki pasportla uyğun olsa da, lakin avtomobilin BDYPİ tərəfindən BRABUSA yığılmasına icazə verildikdən (icazə verilən zaman mülkiyyətçi başqası olmuşdur) təxminən 3 il vaxt keçmişdir ki, bu vaxt ərzində mülkiyyətçinin (idarə edən şəxsin) mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və dəyişdirilməsini istisna etmir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X1 İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2609/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2609/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver