Məhkəmə qərarları › İş №3(004)-261/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-261/2021

13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-261/2021 13.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X2 cərimə növündə inzibati qaydada tənbeh olunmasına dair şikayəti ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək fərdi qoruyucu vasitə olan tibbi maskadan düzgün istifadə etmədiyinə görə barəsində İXM-nin 211.2-ci maddəsi ilə cərimə növündə tənbeh tədbiri təyin edilməsi haqqında Nəsimi RPİ-nin 20-ci PB-si tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir . Məhkəmə daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də, geri qaytarılmalıdır. Belə ki, hazırki şikayət ərizəsinin məzmunu qeyri-müəyyən olmaqla inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar qəbul edilib-edilməməsi, qəbul edilmişdirsə onun rekvizitləri göstərilməmiş və qəbul edilmiş qərar və inzibati xəta haqqında protokol iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin tələblərinə görə isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hazırda isə şikayətçi barəsində qəbul edilmiş qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin indiki halda şikayətdə inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi xahiş edilsədə, nə protokol, nədə ki, hər hansı bir qərar məhkəməyə təqdim edilməmişdir. Hətta ərizənin məzmununda göstərilmişdir ki, Nəsimi RPİ-nin 20-ci PB-nə rəsmi müraciət edildikdə oradan bildirilmişdir ki, iş üzrə qərar qəbul edilməmişdir. Göstərilən hal isə, yəni şikayət verilmiş qərarın surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A AL D İ: X2 xx xxxxxx 2021-ci l tarixli şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar