Məhkəmə qərarları › İş №3(004)-261/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-261/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-261/2025 26.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhəri İdarəsinin nümayəndəsi Nümayəndə2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, vəkil Nümayəndə1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialla əsasən, Şahid1 2024-cü ilin mart ayından hal-hazırki tarixədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törəldilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şahid1 X3 Bakı Şəhər İdarəsinə müraciət edərək MD Servis barədə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2024 mart ayından hazırkı tarixədək mühafizəçi işinə cəlb edildiyini ifadə etmişdir. Həmin şəxs dəfələrlə onların qurumuna müraciət etmiş, həmçinin xidmətin rəisinin qəbulunda olmuşdur. Şəxsin müraciəti əsasında araşdırma aparılmış, əvvəlcə öz izahatı alınmışdır. Şəxs bildirmişdir ki, həmin müddətlərdə həqiqətən fəaliyyətə cəlb edilmişdir. Bunu da oradakı iş yoldaşları təsdiq edə bilərlər. ƏMAS sisteminə baxış zamanı şəxsin bildirişi olmadığı görsənmişdir. Bu da Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələblərinin pozulması deməkdir. Digər şəxsin izahatı da protokola əlavə edilmişdir. Həmçinin verilmiş digər ştat barədə cədvəldən də görünür ki, Şahid1 digər işçilərlə birgə MD Servisdə çalışmışdır. Digər işçilərin əmək müqaviləsi olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, vəkil Nümayəndə1 tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq göstərmişdir ki, araşdırma qərəzli aparılmışdır. Şahid1 ərizəsinə diqqət çəkmək istəyir. Əhlimanla birgə eyni məzmunlu ərizə verən bir neçə şəxs var ki, onlar həmin ərizədən məlumatlı olmadıqlarını bildirmişlər. Söhbət şəxsin müfəttişliyə ilkin ərizəsindən gedir. Orada guya ərizənin sonunda ad soyadlar göstərilib və imza çəkilib ki, Əhlimanın orada işləməsini təsdiq edirlər. İmzalar saxtalaşdırılıb. İsrafilov İdrak, Əzimov Rəşid, İmaməliyev İmaməli, İmaməliyev Valeh, Verdiyev Rəşad, Dadaşov Ramiq, Harunov Cavad bunlar göstərir ki, imzalar onlara aid deyil. Onların əksəriyyəti, həmçinin Əhliman FİP MMC-də işləyir. Bu sənədlər araşdırma zamanı da X4 təqdim olunmuşdur. Lakin müfəttişlik tərəfindən onların tərəflərindən təqdim edilmiş sənədlərə qiymət verilməmişdir. Onlar həmçinin təsdiq edir ki, Əhliman MD SERVİS MMC-də işləməyib. Onlar təsdiq edir ki, Əhliman FİP MMC-də işləmişdir. Qarşı tərəfin bildirdiyi sənəd – tabellə bağlı qeyd edir ki, tabel mənşəyi və mənbəyi olmayan, Excel proqramında yığılmış, hər hansı rəsmiyyəti olmayan bir kağız parçasıdır. İmza yox, möhür yox. Sonradan tərtib olunub. Tabeldə adı olan şəxslər, Yelena və digərləri MD Servisin əməkdaşları deyil. Sistemə baxılsa onların FİP MMC-in işçiləri olması görünər. FİP MMC-ni MTK kimi düşünmək olar. Amma mənzillər yox, fərdi yaşayış evləri olmuşdur. Orada FİP MMC mühafizəni, kommunal xidməti, bağ işlərini təşkil etmişdir. Şirkətin xidmətindən narazı olan sakinlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmış və bəzi xidmət sahələrinin təşkili üçün MD Servislə müqavilə bağlamışlar. Ərizədə adları çəkilən şəxslər MD servisdə çalışırlar. Əhliman isə çalışmamışdır. FİP MMC boşuna aldığı, xidmət göstərmədiyi halda əldə etdiyi kommunal ödənişləri əldən qaçırmamaq üçün köhnə işçisi Əhlimanı bu işə alət etmişdir və guya MD Servis onu qanunsuz işlətmişdir. Hazırda Əhliman şahid kimi də burdadır. Onu dindirən zaman görünəcək ki, fikrini aydın çatdıra bilmir. Aydır görünür ki, Əhliman bir o qədər ali savadlı və hüquqşünas bir insan olmasa da, sənədləri çox qaydasındadır. Çünki bu sənədlər FİP MMC-nin peşəkar hüquqşünası tərəfindən tərtib edilmişdir. Onların Əhliman adlı işçiləri olmamışdır. FİP MMC öz səriştəsizliyi ilə həmin ərazidə çirkli mühit yaratmış, xidməti olmayan bir bina nümayiş etdirmişdir. Yalnız boşuna kommunal pulları yığırdılar. Bu ərizənin mahiyyəti oldur ki, MD Servis sıxışdırılıb oradan çıxarılsın. Amma bunun bir əhəmiyyəti yoxdur. Çünki MD Servis olmasa, başqa hüquqi şəxslə müqavilə bağlanacaq. FİP MMC-nin xidmət göstərmək qabiliyyəti yoxdur. Bunlar hamısı qurulmuş oyunun bir parçasıdır. "xxxx" Əhlimanı işlətməyib. MD Servisdə işləməsi şəxsin iddiasıdır. Kim işləyibsə, onunla müqavilə bağlanılıb. Ona görə ki, həmin şəxs görüb FİP MMC ödəniş etmək qabiliyyətində deyil, pulunu MD Servisdən almaq istəyir. Məhkəmə iclasında iştirak edən Şahid1 məhkəməyə verdiyi ifadəsinə göstərmişdir ki, əvvəl FİP MMC-də rəsmi işləmişdir. İndi də oranın işçisidir. 2024-cü ilin mart ayında şirkətin rəhbəri rəhmətə gedib. Ondan sonra MD Servis işə əl qoyub. Orada işlərin başı İlqar adlı şəxs olmuşdur. Əvvəl-əvvəl vəziyyət pis deyildi. 14 saat işləsələr də, pullarını verirdilər. 30 ha ərazidə tək işləyirdi. Onun şikayəti İsrafilovdandır. 10 aydı orada işləyib. Ona maaşı sentyabr ayına kimi veriblər. Digər şəxs də izahatında onun orada necə işlədiyini bildirib. Bunlarla ona görə müqavilə bağlamayıb ki, bunlar 87 manatlıq kart açırdı. FİP MMC ilə müqaviləsi olub. Həmin müqaviləsi də durur. Oranın da işçisidir. MD Servislə müqaviləyə getməyib. Deyib onun bankı var. Bunlar onunla acığa düşüb ki, guya o, köhnə şirkətin müqaviləsini paylamışdır. İsrafilov İdrak MD Servisin işçisidir. Onların şikayətləri kollektiv olmuşdur: Əzimov Valeh, Yusubov Elgün və ozü. İdrak adlı şəxs onu hər gün şantaj edir. Bura gəlməməyini bildirir. Deyir ki, hara gedirsə getsin şikayət eləsin. FİP MMC özü qalıb çöldə. FİP MMC-in vaxtında pullarını alırdılar, hamının həm fəhlənin, həm xadimənin bütün işçillərin pulu çatırdı. Lakin sonradan problem yaşanmağa başlamışdır. Sonra MD Servis pulları yığmağı başlasa da, onların pullarını vermirdi. O, pul almadığına və əmək müqaviləsi bağlamadığına baxmayaraq orada işləyirdi. Məhkəmə iclasında iştirak edən Şahid2 məhkəməyə verdiyi ifadəsinə göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdən MD Servisdə işə qəbul olunmuşdur. Əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixinədək Şahid1la birgə işləmişdirlər. X13 yaşayış kompleksindən gedir. Orada Əhliman nəzarətçi işləyirdi. O, isə qapıda girişə baxırdı. Onu qeyri-rəsmi işlədirdilər, özü isə müqavilə əsasında işləmişdir. Məhkəmə iclasında iştirak edən X7 məhkəməyə verdiyi ifadəsinə göstərmişdir ki, o, MD Servisdə texniki icraçıdır. Şahid1ı tanıyır. İş fəaliyyəti ondan ibarətdir ki, Villa Badam ərazisində müqavilə əsasında xidmət göstərirlər. Ərazinin təmizliyi, müəyyən mənada təhlükəsizlik, nəzarət, giriş-çıxış və s. işlərlə məşğuldurlar. Şahid1ı ərazidən tanıyır. Ora gəldikdən sonra görmüşdür. Onlardan qabaq orada xidmət göstərən şirkət olmuşdur FİP MMC. Əhliman da onların işçisi olmuşdur. Əhliman əvvəl FİP-də işləmiş, hazırda onların qeyri-rəsmi işçisi yoxdur. Nağd ödəniş olmayıb. Əhliman ilə əməkdaşlıq etməmişlər. Özü oralarda fırlanırdı. Sakinlər də dedi ki, eybi yox, qoy fırlansın. Dəftərə qol çəkməklə maaş, pul vermək söhbəti olmayıb. Sakinlər özü hörmət əlaməti olaraq orada çalışan əməkdaşlara, işçilərə, həmçinin Əhlimana ara-sıra nağd pul veriblər. Sakinlər pulu ona verirdi ki, bunu Əhlimana versin. O da verirdi. Məhkəmə iclasında iştirak edən X1 məhkəməyə verdiyi ifadəsinə göstərmişdir ki, o, "xxxx" MMC-də işləyir. Şahid1 tanıyır. FİP MMC-də bir yerdə işləmişdirlər. O, 16 il orada işləmişdir. İndi MD Servisə keçmişdir. Şəxslə bir ədavəti yoxdur. Amma çox yaxında deyillər. Salam-sağollar var. FİP MMC ilə MD Servisin ərazisi eynidir. Bəli, ondan başqa da əməkdaşlar var ki, əvvələr FİP-də işləyirdi, sonra MD-Service onları işə götürdü. Hamını götürmədilər. Əhlimanı MD Servis işə götürməyib. Əhliman MD Servisdə işləməyib. Onların maaş ödənişləri kartla olurdu. Ancaq sakinlər hərdən nağd qaydada pul hörməti edirdilər. Məhkəmə iclasında iştirak edən X5 məhkəməyə verdiyi ifadəsinə göstərmişdir ki, o, fəhlədir. MD Servisdə işləyir. Şahid1 tanıyır. FİP MMC-də birgə işləyiblər. MD Servisdə işləməyib. Onunla birgə FİP MMC-də mühafizədə işləmişdirlər. MD Servisin niyə Əhlimanı işə götürmədiyini bilmirdi. Bəli, əvvəl FİP MMC-də işləmişdir. FİP MMC ilə MD Servisin xidmət göstərdiyi ərazi eynidir. FİP ləğv olundu, MD Servis dedi ki, sizi yeni yaranmış şirkətə işə götürürük. Həmişə rəsmi işləmişdir, qeyri-rəsmi işlədiyi dövr olmayıb. Maaş kart yolu ilə verilir. Nağd qaydada sakinlər verirdi. 400 manat maaş alırdı. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şahid1 2024-cü ilin mart ayından hal-hazırki tarixədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Şahid1 tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətlərdən və izahatlarda qeyd etmişdir ki, o, Şəxs MMC-də əmək müqaviləsi olmadan işləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən daxil olmuş hüquqi şəxs Şəxs MMC » MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC » MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, vətəndaş Şahid1 şikayəti əsasında müvafiq inzibati orqan tərəfindən araşdırma aparılmış və nəticədə Şəxs MMC-nin barəsində 26 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqan Şahid1 həqiqətən də "xxxx" MMC-də əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyini sübut edəcək heç bir sənəd məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən X8 Xidməti Bakı Şəhəri İdarəsinin nümayəndəsi araşdırmanın məhz vətəndaşın şikayəti əsasında başlanılmasını və onun izahatını əsas götürərək protokol tərtib edilməsini bildirmişdir. Məhkəmə araşdırması nəticəsində isə müəyyən edilmişdir ki, şikayətlə inzibati orqana müraciət edən şəxs Şahid1 əvvəllər "xxxx" MMC-də işləmiş, “FİP MMC” ilə "xxxx"in xidmət göstərdiyi ərazi isə eynidir. FİP MMC həmin ərazidə xidmətini dayandırdıqdan sonra "xxxx" MMC bəzi əməkdaşları rəsmi işə götürərək həmin ərazidə fəaliyyətini davam etdirmişdir. Şahid1 ilə hər hansı əmək müqaviləsi ümumiyyətlə bağlanmamışdır və sonuncunun pul almadığı və əmək müqaviləsi bağlanmadığı halda həmin müəssisədə hansı müddətdə, hansı qaydada, hansı əmək şəraitində işləməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, yalnız şifahi müraciət və şikayət əsasında hüquqi şəxs təqsirli bilinib tənbeh olunması məqsədə uyğun hesab oluna bilməz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində əsassız olaraq 26 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar