Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2610/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) "xxxx" ASC-nin nümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs və vəkili X5 iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-226/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, borclu "xxxx" MMC-dən 750402.61 manat məbləğində pul vəsaitit tutularaq tələbkar "xxxx" X3 ASC-nin xeyrinə ödənilməlidir. Bununla bağlı "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs qismində icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon İcra şöbəsinin icra məmuru tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X7 bildirmişdir ki, "xxxx" MMC 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 750372.61 manat pulu "xxxx" bankdan götürərək uzun müddət keçdiyinə baxmayaraq həmin məbləği sonuncuya qaytarmamışdır. Şəxs hal hazırda inzibatçi kimi gecə smenində mühafizəçi işləyir. Onu tanışı aldadaraq şəxsiyyət vəsiqəsini aldadıb əldə edərək "xxxx" MMC-nin müdiri kimi qeydiyyata salmışdır. Ona yalandan 200 manat ayda məvacib verilməsini vəd edərək aldatmışdır. Oqtayın ümumiyyətlə nə borcdan, nə MMCnin fəaliyyətindən xəbəri olmamışdır. MMC-nin qanuni təmsilçisi kimi Şəxs yalnız xx.xx.2020-ci ildən rəsmi qeydiyyata alınıb, yəni Baki Apellyasiya Məhkəməsinin 2020-ci il tarixli qərarından sonra. Beləlikıə onun heç nədən xəbəri olmayıb. Dəfələrlə tanışı ilə əlaqə yaratmağa cəhd etsə də həmin adamı tapa bilməyib. Hazırda vəzifədən azad olunması üçün məhkəməyə də müraciət ediblər, lakin MMC-nin təsisçilərini tapa bilmirlər. MMC özü isə uzun müddətdir ki, fəaliyyət göstərmir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunmuş şəxs Şəxs izahatında bildirdi k, onu aldadıb sənədlərini götürərək, ayda 200 manat pul verilməsini vəd edərək MMC-nin müdiri kimi rəsmiləşdiriblər. Lakin o, heç bir ödəniş almayıb və bunu edən şəxsi da 2020-ci ildən sonra tapa bilmir. Hal hazırda o, "xxxx"ASC-də inzibatçı kimi qecə növbəsində çalışır. Pula ehtiyacı olduğundan o, təklifə razılaşmışdır. Onun heç bir kredit mübahisəsindən xəbəri olmamış, heç müdiri olan şirkətin dəqiq adını da bilmir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) "xxxx" ASC-nin nümayəndəsi X6 bildirmişdir ki, nümayəndəsi olduğu şirkət yalnız icra sənədinin icra edilməsində maraqlıdır, "xxxx" MMC tərəfindən icra sənədinin tam həcmdə icra olunmasını istəyirlər. Göstərilən halların nəzərə alınaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-226/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, borclu "xxxx" MMC-dən 750402.61 manat məbləğində pul vəsaitit tutularaq tələbkar "xxxx" X3 ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İN yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxsdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-226/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, borclu "xxxx" MMC-dən 750402.61 manat məbləğində pul vəsaitit tutularaq tələbkar "xxxx" X3 ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Lakin məhkəmə araşdırması zamanı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MC-nin rəhbəri Şəxs "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdən etibarən qanuni təmsilçisi kimi təyin olmuş və sonuncunun əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra vərəqəsinin icra olunmamasında Şəxs münasibəti qərəzli olamamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Neftepolihim” MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-2610/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2610/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver