Məhkəmə qərarları › İş №3(004)-262/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-262/2021

12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-262/2021 12.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinin əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayətinə baxaraq, m ü ə y y ə n e t d i m: X3 xx xxxx 2004-cü il təvəllüdlü azyaşlı qızı X4 barəsində Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinin əməkdaşı tərəfindən mənzili əsassız tərk etmə və karantin qaydalarını pozma barədə tərtib olunmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi və ona yazılmış cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, X2 şikayəti geri qaytarılmalıdır. Belə ki, X3 inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Halbuki, qanunvericiliyə əsasən, inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Digər tərəfdən, X3 inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinin əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayəti Azərbaycan Respublikası İXM-nin 128-ci və 129-cu maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə izah edir ki, gələcəkdə məhkəməyə müraciət ediləcəyi halda şikayətin formasına riayət edilməsi, şikayət edilən qərarın və digər sənədlərin işə əlavə olunması zəruridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinin əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar