Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2621/2021 19.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 4 A, 533-cü məhəllə olan Şəxs QSC (VÖEN: **********) Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 12 oktyabr 2021-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs QSC 10331.42 (on min üç yüz otuz bir avro qırx iki sent) Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 03 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 10331.42 (on min üç yüz otuz bir avro qırx iki sent) Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs QSC ilə “Relonasia Holdings LTD” şirkəti arasında malların və ya xidmətlərin tədarükünə dair 25.07.2019-cu il tarixli R01/AZ-019 nömrəli müqavilə və 23.09.2019-cu il tarixli 043pf nömrəli proforma invoys bağlanmışdır. 02 oktyabr 2019-cu il tarixdə Şəxs QSC tərəfindən 10331.42 (on min üç yüz otuz bir avro qırx iki sent) Avro məbləğində pul vəsaiti “Relonasia Holdings LTD” şirkətinin hesabına ödənilmişdir. Bundan sonra “Relonasia Holdings LTD” şirkəti müflis elan olunduğundan tərəflər arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən sifariş verilmiş mallar “Dilotesia Holdings LTD” tərəfindən göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs QSC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs QSC-nin hüquqi ünvanı ünvan 2 iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. "xxxx" ASC-nin 02 oktyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə Şəxs QSC-nin bank hesabından “Relonasia Holdings LTD” şirkətinin hesabına 10331.42 (on min üç yüz otuz bir avro qırx iki sent) Avro məbləğində vəsait köçürülmüşdür. Şəxs QSC ilə “Relonasia Holdings LTD” şirkəti arasında malların və ya xidmətlərin tədarükünə dair 25.07.2019-cu il tarixli R01/AZ-019 nömrəli müqavilə bağlanmışdır. 23.09.2019-cu il tarixli 043pf nömrəli proforma invoysdan görünür ki, idxal ediləcək malların ümumi dəyəri 10331.42 (on min üç yüz otuz bir avro qırx iki sent) Avro təşkil edir. 15.02.2019-cu il tarixli borc köçürmə müqaviləsinə əsasən Şəxs QSC ilə “Relonasia Holdings LTD” şirkəti arasında bağlanmış 25.07.2019-cu il tarixli R01/AZ-019 nömrəli müqaviləsinə əsasən 48150.07 Avro dəyərindəki malların satıcısı kimi “Dilotesia Holdings LTD” hesab olunur və malların dəyəri “Relonasia Holdings LTD” tərəfindən “Dilotesia Holdings LTD”-yə ödənilməli olduğu qeyd edilir. 25.11.2020-ci il tarixli **********3227 nömrəli gömrük bəyannaməsinə əsasən 24454.29 Avro dəyərində mallar “Dilotesia Holdings LTD” tərəfindən ixrac edilmiş və bəyannamənin 20-ci qrafasında çatdırılma şərtləri 120 kodu ilə qeyd edilmişdir. 11.02.2021-ci il tarixli **********1837 nömrəli gömrük bəyannaməsinə əsasən 9597.60 Avro dəyərində mallar “Dilotesia Holdings LTD” tərəfindən ixrac edilmiş və bəyannamənin 20-ci qrafasında çatdırılma şərtləri 120 kodu ilə qeyd edilmişdir. 11.02.2021-ci il tarixli **********1841 nömrəli gömrük bəyannaməsinə əsasən 4949.28 Avro dəyərində mallar “Dilotesia Holdings LTD” tərəfindən ixrac edilmiş və bəyannamənin 20-ci qrafasında çatdırılma şərtləri 120 kodu ilə qeyd edilmişdir. 11.02.2021-ci il tarixli **********1843 nömrəli gömrük bəyannaməsinə əsasən 2040.56 Avro dəyərində mallar “Dilotesia Holdings LTD” tərəfindən ixrac edilmiş və bəyannamənin 20-ci qrafasında çatdırılma şərtləri 120 kodu ilə qeyd edilmişdir. 14.03.2021-ci il tarixli **********6815 nömrəli gömrük bəyannaməsinə əsasən 29884.21 Avro dəyərində mallar “Dilotesia Holdings LTD” tərəfindən ixrac edilmiş və bəyannamənin 20-ci qrafasında çatdırılma şərtləri 110 kodu ilə qeyd edilmişdir. 13.04.2021-ci il tarixli **********3353 nömrəli gömrük bəyannaməsinə əsasən 28233.25 Avro dəyərində mallar “Dilotesia Holdings LTD” tərəfindən ixrac edilmiş və bəyannamənin 20-ci qrafasında çatdırılma şərtləri 110 kodu ilə qeyd edilmişdir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs QSC 10331.42 (on min üç yüz otuz bir avro qırx iki sent) Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 03 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 10331.42 (on min üç yüz otuz bir avro qırx iki sent) Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Şəxs QSC tərəfindən təqdim edilmiş 25.11.2020-ci il tarixli **********3227 nömrəli, 11.02.2021-ci il tarixli **********1837 nömrəli, 11.02.2021-ci il tarixli **********1841 nömrəli, 11.02.2021-ci il tarixli **********1843 nömrəli, 14.03.2021-ci il tarixli **********6815 nömrəli və 13.04.2021-ci il tarixli **********3353 nömrəli gömrük bəyannamələrində ixracatçı kimi “Dilotesia Holdings LTD” şirkəti qeyd edilmiş, ilk dörd bəyannamənin çatdırılma şərtləri bölməsində isə 120 kodu göstərilmişdir ki, bu da müqavilə şərtlərinə və köçürmənin təyinatına uyğun deyildir. Yəni Şəxs QSC tərəfindən təqdim edilmiş bəyannamələrin 03 oktyabr 2019-cu il tarixdə köçürmüş 10331.42 Avro məbləğində vəsaitə aidiyyatı olduğu müəyyən edilmir. 20.02.2020-ci il tarixdə qəbul edilmiş və 28.02.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklərə əsasən Qaydaların 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” 4.3.10-cu yarımbənddə isə “qeyri-rezidentlər tərəfindən” sözlərindən sonra “və ya onların xeyrinə” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 10331.42 (on min üç yüz otuz bir avro qırx iki sent) Avro məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 2066.28 (iki min altmış altı avro iyirmi səkkiz sent) Avro məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2621/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2621/2021
19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver