Məhkəmə qərarları › İş №3(004)-2623/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2623/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2623/2021 12.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Müdafiəçi: X7 Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cənubi Nərimanov meydanı, ev 9, mənzil 2 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X8 Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Yasamal rayonunda yerləşən Royal Park ərzisində 2021-ci ilin avqust ayının sonuna kimi olmaqla 20 gün müddətində suvaq vurma işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən 15.10.2021-ci il tarixli, №1052572 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X17 bildirmişdir ki, vətəndaş X8 onun əmək haqqısının verilməməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. Administrasiyadan həmin müraciət baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Həmin müraciət araşdırılarkən təqdim edilmiş sənədlərə əsasən X4 2021-ci il avqust ayında Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən suvaq vurulması ilə bağlı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin fakt həm X.Mirzəyevin izahatı, həm də iş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən onun işlərin yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən Şəxs MMC-nin blankları, Şəxs MMC tərəfindən verilmiş təhlükəsizliklə bağlı təlimatlandlırma sənədləri, X.Mirzəyevin əmək haqqısının sonradan Şəxs MMC tərəfindən ödənilməsinə dair ərizə və digər yazılı sənədlərlə tam təsdiq edilmişdir. Buna görə də Şəxs MMC-dən əvvəlcə müvafiq səndlər təqdim etməsi 28.09.2021-ci il tarixli məktubla təklif edilmiş, sonradan barəsində inzibati iş üzrə icraat açılmış, Şəxs MMC araşdırmada iştirak etmək üçün 15.10.2021-ci il tarixə saat 11:00 dəqiqəyə X10 Xidməti Bakı Şəhər İdarəsinə dəvət edilmiş, bu barədə 04.10.2021-ci il tarixdə rəsmi məktub göndərilmişdir. Bundan sonra tərtib edilmiş protokolun surəti MMC-yə göndərilmiş, materiallar isə məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin müdafiəçisi X7 bildirdi ki, X8 Şəxs MMC tərəfindən hər hansı bir işin yerinə yetirilməsinə cəlb edilməmişdir. X1 Şəxs MMC-yə aid olan Yasamal rayonunda yerləşən Royal Park ərzisində 2021-ci ilin avqust ayı ərzində, avqustun sonuna kimi suvaq işi görmüşdür, lakin həmin işin görülməsinə o, Şəxs MMC tərfəindən cəlb edilməyib. Belə ki, Şəxs MMC ilə fiziki şəxs olan Famil İbişov adlı şəxslə müqavilə bağlanmışdır ki, F.İbişov həmin ərazidəki suvaq işlərini yerinə yetirəcəkdir, F.İbişov isə fiziki şəxs kimi ayrı-ayrı şəxslərlə, o cümlədən X8 ilə müqavilə bağlayıb, həmin şəxsləri orada suvaq işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Bu bu səbəbdən də X5 işlərin yerinə yetirilməsinə Şəxs MMC yox, X21 etmişdir. Lakin sonradan X.Mirzəyev əmək haqqısının verilməməsindən şikayətlər etdiyi üçün, Şəxs MMC tərəfindən ona ödənilməli olan əmək haqqı tam verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Şəxs MMC-yə aid sənədlərdə X.Mirzəyevin adının qeyd edilməsi, heç də onun Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsini təsdiq etmir. Bu səbəbddən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X14 izahatında müdafiəçi X3 məkəməyə bildirdiyi məlumatların doğruluğunu təsdiq edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında sorğu-sual zamanı X14 bildirmişdir ki, təlimatlandırma blanklarında adı qeyd edilmiş türk vətəndaşı olmuş İsmail Egri Şəxs MMC-nin Texniki Təhlükəsizlik üzrə meneceri vəzifəsində işləmişdir. Məhkəmə iclasında şahid kimi iştirak etmiş, Şəxs MMC tərəfindən dəvət edilmiş X9 izahatında göstərmişdir ki, Famil İbişov adlı şəxs onu və X13 rayonunda yerləşən Royal Park ərzisində 2021-ci ilin avqust ayı ərzində, həmin ayın sonuna kimi suvaq işi görməsinə cəlb etmişdir. Onları həmin işin yerinə yetirilməsinə Şəxs MMC yox, məhz Famil İbişov adlı şəxs tərəfindən cəlb edildiyi göstərmişdir. Məhkəmə iclasında sorğu-sual zamanı şahid X9 bildirmişdir onun özünün də Famil İbişovla müqaviləsi olmamışdır. X11 əvvəllər tanımamışdır. Tikinti sahəsində tanımışdır. Həmçinin özünün həmin yerdə işləyib-işməməsini təsdiq edəcək hər hansı bir sübutunun olmadığını bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, işin mübahisə edilməyən halı kimi (bütün tərəflər bunu təsdiq edirlər, həmçinin iş materiallarındakı sənədlərlə də öz təsdiqini tapır) müəyyən edilir ki, X8 Şəxs MMC-yə aid olan Yasamal rayonunda yerləşən Royal Park ərzisində 2021-ci ilin avqust ayının sonuna kimi suvaq işi yerinə yetirmişdir. Mübahisə doğuran məsələ, X4 həmin işlərin yerinə yetirməsinə Şəxs MMC tərəfindən cəlb edilib-edilməməsinin araşdırılmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Şəxs MMC-nin 30.07.2021-ci il tarixdə imzalanmış Təhlükəsizlik üzrə təlimə dair blanklarında, Şəxs MMC tərəfindən keçirilmiş təlimlərdə X8 da iştirak etmiş, həmin blankları digər şəxslərlə yanaşı X6 da imzalatmışlar. Təlimatları Şəxs MMC-nin Texniki Təhlükəsizlik üzrə meneceri vəzifəsində işləmiş İsmail Egri tərəfindən imzalanmışdır. Bundan əlavə iş materiallarında olan Xaliq Mirzəyevə verilmiş, onun fotoşəkli həkk edilmiş vəsiqədə, onun Şəxs MMC-də suvaqçı işlədiyi qeyd edilmişdir. həmin vəsiqədə onun təvəllüdü, qan qrupu da qeyd edilmişdir. Bundan əlavə iş materiallarında olan və Şəxs MMC-nin müdafiəçisi tərəfində\n məhkəməyə təqdim edilmiş X8 tərfəindən yazılmış və notariat qaydada təsdiq edilmiş 02.11.2021-ci il tarixli ərizədə X.Mizəyev qeyd etmişdir ki, “Məhkəmədə əmək müfətişinin şikayəti ilə bağlı olaraq bildirirəm ki, inzibati məsuliyyətə cəlb etmədən əvvəl mənim bütün əmək haqqımı və ödənişlərimi Şəxs MMC vermişdir. Hazırda Şəxs MMC-yə qarşı şikayət və tələbim yoxdur. Məhkəmədən xahiş edirəm ki, şikayətə inzibati cəza vermədən, onlara əmək müfəttişliyi tərəfindən göndərilən protokolu və qərarı ləğv edəsiniz.” Bu hal onu göstərir ki, əgər X.Mirzəyevi həmin işlərin yerinə yetirilməsinə Şəxs MMC cəlb etməmişdirsə, onda niyə onun əmək haqqısı Şəxs MMC tərfəindən ödənilir. Məhkəmə həmçinin qeyd edir ki, həmin sənədlərdə şahid kimi dindirilmiş İlham Cəfərovun adı da qeyd edilmişdir. İlham Cəfərov özünün də Famil İbişov tərəfindən orada işlərin yerinə yetirilməsini bildirsə də, bu barədə məkə müqaviləsi və ya hər hansı bir iş görməklə bağlı müqaviləni təqdim edə bilməmişdir. Məhkəmə qeyd edilənlərlə əlaqədar hesab edir ki, şahid İlham Cəfərovun, həmçinin müdafiəçi tərəfindən məhkəməyə bildirdikləri, yəni Şəxs MMC ilə fiziki şəxs olan Famil İbişov adlı şəxslə müqavilə bağlanması, F.İbişov həmin ərazidəki suvaq işlərini yerinə yetirəcəyi, buna görə də F.İbişov isə fiziki şəxs kimi ayrı-ayrı şəxslərlə, o cümlədən X8 ilə müqavilə bağlayıb, həmin şəxsləri orada işlətməsi barədə fikirləri təsdiq edən rəsmi sənədlər mövcud deyildir, həmin fikirlər Şəxs MMC-nin inzibati məsuliyyətdən azad olması xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, X.Mirzəyev əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə 2021-ci ilin avqust ayının sonuna kimi cəlb edildiyindən, inzibati məsuliyyətə cəlb etmə müddəti bitməmişdir. Çünki avqust ayında ən azı 20 gün işləmişdir. Belə olduqda hətta avqust ayının 20-sindən hesablandığı təqdirdə, 3 aylıq müddət 20 noyabrda bitəcəkdir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 21000 manat (iyirmi bir min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar