Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2625/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin 2 nömrəli çörək zavodunun nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 aprel 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilir ki, Şəxs 18.10.2021-ci il tarixdən 19.10.2021-ci il tarixə keçən gecə ünvan 1 ünvanda fəaliyyət göstərən 2 nömrəli çörək zavodunun həyətindən 15 metr uzunluğunda dəyəri 35 manat təşkil edən elektrik naqilini və 60 manat dəyərində kombi aparatının elektrik tənzimləyicisini oğurlayaraq nəticədə 95 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 20 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşman olduğunu, vurulmuş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs 2 nömrəli çörək zavodunun nümayəndəsi Zərərçəkmiş şəxs izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində göstərdi ki, Şəxs qarşı şikayət və tələbi yoxdur. Onlara dəymiş ziyan ödənilmişdir və onlar barışmışlar. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 20.10.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur; 20 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı Tahir Əzizovun icraatında olan Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-2018 nömrə ilə qeydə alınmış material əsasında ünvan 2 ünvanda yerləşən 2 nömrəli çörək zavodunda 15 metr uzunluğunda dəyəri 35 manat təşkil edən elektrik naqilini və 60 manat dəyərində kombi aparatının elektrik tənzimləyicisini oğurlayaraq nəticədə 95 manat məbləğində malların oğurlanması nəticəsində ziyan az əhəmiyyətli olduğundan oğurluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlamətlərini yaratmadığından cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Şəxs tərəfindən marketə dəymiş ziyan ödənilmişdir və onlar barışmışlar. Ona qarşı şikayət və tələbi yoxdur. İXM-in: 39.2-ci maddəsinə əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1 və 53.1.10-cu maddələrinə əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd olunanlara əsasən və İXM-in 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakım: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2625/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2625/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver