Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2627/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1 Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 54991450 nömrəli vaqon ilə idxal edilmiş **********3936 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsilə Bakı Bas Gömrük idarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəvvən edilmişdir. Belə ki, BBGİ-nin “Gömrük prosedurları və ödənişləri” şöbəsindən daxil olmuş 34/020/010627 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından dəmir yolu nəqliyyatı ilə 54991450 nömrəli vaqonla Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə daxil olmuş “Taxta” yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da Şəxs MMC İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, 00100-01116/23 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, həqiqətəndə yaranmış texniki problemlərə görə onların şirkəti tərəfindən qısa idxal bəyannaməsi Qanunla nəzərdə tutulmuş vaxtda gömrük orqanlarına təqdim edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və bosaldılması"-na dair çıxarışdan görünür ki, 54991450 nömrəli vaqon ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 14:31 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İs üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 54991450 nömrəli vaqon ilə göndərilmiş mallara dair qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, 34/020/010627 nömrəli xx.xx.2023-cü il tarixli raport, Gömrük Xidmətinin "X1 sistemi” informasiya resursundan “Malın çatdırılması və bosaldılması”na dair çıxarış və “X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokol və isdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-2627/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2627/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver