Məhkəmə qərarları › İş №3(004)-2628/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2628/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2628/2022 27.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında 27.05.2022-ci il tarixli, MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olmuşdur, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmamamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o vurduğu ziyanı ödəmək istəyir, lakin bolis bölməsində zərərçəkəni tapa bilmədilər ki, ziyanı ödəsin və zərərçəkənlə barışsın. Hazırda da zərərçəkənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir ki, onunla barışıq əldə etsin. Ona görə də işə baxılmamasını və protokolun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru Nurlan Hacıyev bildirdi ki, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ziyanı tam ödəyb, zərərçəkənlə barışmaq istəyir. Həmçinin zərərçəkənin məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla da məhkəmədə müəyyən edildi ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəyib, barışıq əldə etmək istəyir. Lakin protokol tərtib etmiş səlahiyyətli orqan, zərərçəkmiş şəxsin iştirakını təmin etməmiş, bununla da inzibati xəta törətmiş şəxsin bu hüquqları pozulmuşdur. Bu hüququ təmin edildiyi təqdirdə, onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranır. Belə ki, İXM-nin 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar