Məhkəmə qərarları › İş №3(004)-2629/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2629/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2629/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi X1 Company LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi R.Yolçiyevin iştirakı ilə, X2 LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının vitse prezidenti Əli Həsənli tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: X2 LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının vitse prezidenti Əli Həsənli şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokolu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 Company LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi R.Yolçiyev ərizə ilə məhkəməyə müraciət edərək, “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin digər hakiminin icraatındadır. Hazırkı şikayət protokola etiraz kimi məhkəməyə təqdim edilmişdir. Ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə (vəsatət) təmin edilməli, şikayət vermə ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: X2 LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının vitse prezidenti Əli Həsənli şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar