Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-263/2022 25.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1nında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Enerji Resursları və X5 Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxıl olmuş 27.12.2021-ci il tarixli, 34/012/005127 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir kı, 22.12.2021-ci il tarixdə sifarişçi "xxxx" MMC-nin ünvanına göndərilən dəmirdən və ya aşkarlanmamış poladdan və ya digər örtuklu yastı prokat sınklənmış vərəq rulonlar ilə yüklü olan nəqliyyat vasitəsi ilə gələn yük “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. "xxxx" MMC tərəfindən gətirilən malların gömrük ərazisinə qətirilməzdən əvvəl mallar barəsində elektron formada verilməli olan qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməməsi, eləcə də MMC tərəfindən təqdim edilmiş **********0804 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında qısa idxal bəyannaməsinin vaxtında verilməməsi öz əksini tapmışdır. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 28.12.2021-ci il tarixli, №13000/0966 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin (hüquqi şəxsin) nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, malları Azərbaycana gətirən şirkət bu barədə onlara vaxtında məlumat verməmiş, birbaşa gömrük ərazisinə daxil olmuş, yalnız bundan sonra MMC-yə məlumat vermişdir. Buna görə də onlardan asılı olmayan səbəblərə görə bu inzibati xəta baş vermişdir. Ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, MMC-nin ünvanına gələn mallar üzrə qeyd edilən inzibati xəta törədildiyi üçün, bu barədə araşdırma aparılmış və nəticədə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə göndərilmişdir. İnzibati tənbeh qərarı çıxarılmasını xahiş etdi. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-263/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-263/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver