Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2630/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin TP ******* nömrəli xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Bakı şəhər DYPİ-nin TP ******* nömrəli xx.xx.2022-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, idarə etdiyi "MERCEDES BENZ- 180" minik markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhər Yasamal rayon M.Müşfiq küçəsi ilə hərəkət edən zaman Bakı şəhər DYPİ-nin əməkdaşları nəqliyyat vasitəsini hərəkətdə olan zaman heçbir qayda pozuntusu etmədən saxlamışdır. Həmin an o, elə hiss etmişdir ki, nəqliyyat vasitəsinin tökülmüş krasqasına görə saxlatdırır. Avtomobilə yaxınlaşan Bakı şəhər DYPİ-nin əməkdaşı həqiqətəndə krasqanın töküldüyünü bildirmişdir. Daha sonra ona heç bir səbəb demədən DYPİ-nin avtomobilinə yaxınlaşmağını, avtomobilə yaxınlaşan zaman isə ona içkili avtomobil sürməyini və aparata üfürməsini demişdirlər. O, isə ilk öncə aparata inamadığını və test edilməsini israrla tələb etmişdir. Bakı şəhər DYPİ-nin əməkdaşı isə test edilməyəcəyini və aparatla yoxlanılacağını bildirdi. Aparatla yoxlanan zaman, az miqdarda içkili olduğunu, protokol tərtib etdiyini bildirdi. O, aparata inanmadığını, həkim müayinəsindən keçmək istədiyini bildirdi. Həmin an əməkdaş bunun sadəcə xəbərdarlıq protokolu olduğunu, imza atıb sonra gedib idarədə aydınlaşdırılmasını dedi. Polis əməkdaşı ilə idarəyə getdi və ona içkili olduğunu bildirərək protokola imza atmağını və cərimə olacağını bildirdilər. O, isə polis əməkdaşına bildirdi ki, həmin gün içki qəbul etməmişdir. Hadisədən bir gün qabaq saat 18:00-da içki qəbul etdiyini qeyd etmişdir. Həmin anda o, yenədə ayıq olduğunu və içkili olmadığını sübut etmək üçün müayinə olunaraq test edilməyini tələb etsə də nəticə olmadı. Hadisədən təxmini 40-50 dəqiqə sonra test müayinəsindən keçdi və nəticəsində ayıq olduğu müəyyən edildi. Həmin müayinə arayışında gətirib idarəyə təqdim etsədə protokolu ləğv etmədilər və əsassız olaraq barəsində əsası olamadan İXM-nin 333.1-ci və 327-1-ci maddəsi ilə xəta törətdiyini bildirdirərək xx.xx.2022-ci il tarixli TP ******* nömrəli X4 haqqında elektron Qərar çıxararaq onu 400 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq etmişlər. Bu zaman o, etiraz edərək xətanı törətmədiyini bildirsədə, polis əməkdaşı fikir vermədən protokolu tərtib edildiyini və narazı qalarsa şikayət etməyini bildirdilər. Bakı şəhər DYPİ-nin əməkdaşı saxlayan zaman onun İXM-nin həm 333.1-ci həmdə 327-1-ci maddəsi ilə xəta törətdiyini bildirməmişdir. Ümumiyyətlədə 327.1 -ci maddəsi ilə xəta barədə söbətdə olmamışdır. Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli X4 haqqında Qərar əsassızdır, ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, M.Müşfiq küçəsində “Mersedes Benz 180” minik markalı, Az 10DB132 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXMnin 333.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə xx.xx.2022-ci il tarixli (saat 13:58) aktdan görünür ki, müayinə zamanı X2 ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolu bir sıra hallara görə E.Hüseynov sərxoşluq vəziyyətini müəyyən edən sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin protokoldan görünür ki, müayinə xx.xx.2022-ci il tarixdə saat 13:58-də yəni ilkin sərxoşluq vəziyyətinin yoxlanılmasından xeyli vaxt keçdikdən sonra keçirilmişdir. İş materiuallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolun məzmunundan görünür ki, X1 vəziyyəti “ACE-Z” markalı İN-642155 saylı xüsusi texniki vasitədən istifadə edilməklə yoxlanılmışdır və onun sərxoş olduğu müəyyən edilmişdir. Həmin protokoldan görünür ki, X3 müayinə zamanı aşkar olunan 0,3pm göstərici ilə razıdır, bir daha spirtli içki qəbul edib avtomobil sürməyəcəyinə söz verməsi, həkim müayinəsinə ehtiyac olamamsını bildirir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib, tərəflərin izahatları ilə paralel qiymətləndirərək hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, X3 xx.xx.2022-ci il tarixdə saat 13:07 radələrində xüsusi texniki vasitə ilə müayinə olunarkən onun spirtli içki qəbul etməsi müəyyən olunmuş, X3 bu nəticə razı olduğunu bildirərək, spirtli içki içdiyini etiraf etmiş, həmin nəticəyə etiraz etmədiyindən tibbi müayinə olunmaq üçün müvafiq tibb mərkəzinə aparılmamışdır. Məhkəmə iclasında X3 “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”da edilən qeydin (hansı ki, spirtli içki qəbul etdiyini bildirir) özü tərəfindən yazıldığını bildirmişdir. Digər tərəfdən şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktda X2 ayıq vəziyyətdə olması qeyd edilsə də, müayinə sonuncu xüsusi texniki vasitə ilə müayinə edildikdən (saat 13:07) əlli dəqiqə sonra (13:58)-da həyata keçirilmişdir. Belə olan halda məhkəmə qeyd edilən bu sənədi şəxsin sərxoşluğunun həmin anda, yəni həkim müayinəsi aparılan anda olmaması kimi qəbul edir. Ona görə də bu sənəd inzibati xəta aşkar edilən zaman şəxsin sərxoş olub olmamasını təsdiq edən sübut növü kimi istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cu maddəsinin qeyd hissəsinin tələblərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2630/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2630/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver