Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2630/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı Şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 16 aprel 2025-ci il tarixli qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərara əsasən hüquqi şəxs Şəxs MMC təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - rəhbəri X9 tərəfindən MMCnin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunun 4 və 5-ci maddələrinin tələblərinə əsasən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçməyən X6 Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən klinikasında alqoloq həkimi kimi xx.xx.2025-ci ıl tarixdə X10 hər iki diz oynaq daxilinə “Noltreks” adlı implant gel vurulması və hər iki diz oynaq ətrafına “Genikulyar blok” adlı prosedur icra edilməsi kimi tibbi fəaliyyətə buraxmış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xətasını törətmiş, bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs etibarnamə üzrə nümayəndəsi X15 izahatında göstərmişdir ki, yoxlama zamanı həqiqətən də klinikada göstərilən pozuntular olmuş, lakin hazırda həmin hallar aradan qaldırılmışdır. Xahiş edir ki, göstərilən hallar nəzərə alınmaqla MMC barəsində minimum həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - rəhbəri X9 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunun 4 və 5-ci maddələrinin tələblərinə əsasən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçməyən X6 Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən klinikasında alqoloq həkimi kimi xx.xx.2025-ci ıl tarixdə X10 hər iki diz oynaq daxilinə “Noltreks” adlı implant gel vurulması və hər iki diz oynaq ətrafına “Genikulyar blok” adlı prosedur icra edilməsi kimi tibbi fəaliyyətə buraxmış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xətasını törətmiş, bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Yasamal rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşunas Nümayəndə tərəfindən X11 alınmış izahatdan görünür ki, 76 yaşlı anası X17 diabet (şəkər) və parkinson xəstəliyindən əziyyət çəkdiyi üçün, hər iki ayağında ağrılar artdığı üçün televizor kanalında izlədiyi və reklam olunan Yasamal rayonunda yerləşən Uni-klinikada işləyən doktor Vüsal Eyvazov adlı həkimə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Həkimin qəbulunda olduğu zaman həkim anasının dizlərindən su çəkib və dəyərindən qat-qat ucuz olan 30-150 manat dəyəri olan sadə “Noltreks” adlı gel iynələrini (2 ədəd) 2000 manata dizlərinə vurmuş, əlavə olaraq 500 manat klinikanın hesabına köçürdərək müxtəlif analizlər edilmişdir. Lakin, əsas olan revmatizma analizi və MRT edilmədən, anası Rusudanın gözlərinin zəif görməsindən sui-istifadə edərək, tanış olmalı olduğu razılaşma müqaviləsinin məzmunu ilə tanış olmadan imzalatdırmaqla guya ki, bunun baş vermədiyi təqdirdə müayinələrin və prosedurların baş tutmayacağı ilə yalnış məlumatlandırmışdılar. Daha sonra klinikanın hesabına ödəniş edib qəbz vermək əvəzinə, proseduru klinika rəhbərindən gizli edərək 2000 manat məbləğində pulu köməkçisi Könül xanımın şəxsi kart hesabına köçürtməyi xahiş etmişdir (bununla da vergidən yayınıb). Nəticədə, 2 gün sonra anası X10 vəziyyəti ağırlaşmış və diz qapaqlarına irinli su yığışdığı üçün ayaqları tutulmuş, bel və böyrək ağrıları kəskinləşmişdir. Bu barədə həkimlə əlaqə saxlayıb əlac qılması üçün köməklik istəsələr də, doktor Vüsal Eyvazov müxtəlif bəhanələrlə onlardan yayınmışdır. İki dəfə ünvana gəlmiş təcili tibbi yardımın həkimlərinin yazdıqları müalicədən sonra anası X10 vəziyyətinin düzəlmədiyini görüb, xx.xx.2025-ci il tarixdə məcbur olub yenidən onu Vüsal Eyvazovun yanına aparmışlar. Həmin vaxt Vüsal Eyvazov anasını revmatizma analizi etmişdir. Halbuki həmin analizi əməliyyatdan öncə etməli idi. X24 anasıı revmatizma analizi və MRT edilmədən dizlərinə “gealeron” turşusu implant gelinin vurulması anasının ayaqlarında iltihablı prosesin yaranmasına gətirib çıxarıb. Orada müayinə zamanı xəstənin dizlərinə yığılmış iltihablı-irinli su çəkilmiş, bildirmişdir ki, revmatizma analizini etmədən xəstəyə müalicə yazmış, bu isə onun məsuliyyətsizliyinə dəlalət edir. Onu da qeyd etmişdir ki, ödənişlə bağlı Vüsal Eyvazov adlı şəxsdən pulun geri qaytarılması tələb edildikdə bildirmişdir ki, ödənişi Klinika rəhbərliyinə vermişdir, geri qaytarmayacaq. Bu barədə klinika rəhbərliyinə dedikdə isə onlar cavabında bu əməliyyatdan xəbərsiz olduqlarını, həmin həkimin klinikada icarədar otaqlar işlətdiyini və icarə pulundan başqa ödəniş etmədiyini bildirmişlər. Yasamal rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşunas Nümayəndə tərəfindən X4 alınmış izahatdan görünür ki, 2000-ci ilə ATU bitirmiş, 2000-2005-ci illərdə X3 və Aspirantura təhsili almış, sonra Azərbaycana qayıdaraq, burada anestesioloqreanimatoloq kimi çalışmışdır. 2017-ci il İzmir şəhərində Ege universitetində “Alqologiya” üzrə ixtisaslaşmış, 2022-ci il tarixdə Dünya ağrı mərkəzinin təşkil etdiyi FİPP sertifikatını qazanmışdır. Həmin sertifikatla dünyanın hər bir yerində çalışmağa imkan verir. 2014-ci ildən alqoluq kimi çalışır. 2024-cü ilin aprel ayından Yasamal rayonunda yerləşən “Uniklinika”-da “anastezilogiya” şöbəsinin müdürü, amma alqoloq kimi fəaliyyət göstərir. Həmin tarixədək “X25”-da işləmişdir. Şikayətçi olan xəstə Rusudan 2022-ci ildə ona diz oynaqlarında olan ağrı ve hərəkət məhdudiyyəti ilə bağlı müraciət etmişdir. Müayinədə xəstənin oynaqlarında qığırdaq zədələnməsi son həddə yəni “Grade4” olduğu üçün xəstəyə cərrahi əməliyyat, yəni hər iki diz oynağına endoprotez məsləhət görülmüşdür. 3 il sonra xəstə yenidən eyni şikayətlərlə ona müraciət etmiş ve müayinənin nəticəsi olaraq oynaqlarda olan zədələnmənin daha da artdığı bildirilmiş və xəstə Rusudana təkrar olaraq cərrahi əməliyyat məsləhət görülmüşdür. Buna baxmayaraq xəstə davamlı təkid ilə şans olaraq dizlərinə hər hansı müalicəvi ve ya ağrıkəsici prosedurun olunmasım xahiş etmişdir. Xəstənin istək ve təkidini nəzərə alaraq, olunacaq prosedurdan heç bir fayda görmədiyi halda mütləq şəkildə əməliyyat olunacağı barədə bildirilmiş və bu barədə razılıq imzası alındıqdan sonra hər iki diz oynaq daxilinə “Noltreks” adlı implant gel vurulmuş və hər iki diz oynaq ətrafına “Genikulyar blok” (dizin ağrı daşıyan sinirlərinin bloku) icra olunmuşdur. Xəstə ağrısız evə göndərilmiş və məlumatlandırılmışdır ki, 1 ay ərzində ağrılarda 30 -40% azalma olarsa hər iki diz oynaq ağrı daşıyan sinirlər radioirekansla ödənişsiz blokada olunacaq, əks halda mütləq şəkildə oynaq dəyişilməsi, yəni endoprotez əməliyyatı olunacaqdır. 1 ay sonra xəstə ilə əlaqə saxlanılmış və xəstə ağrılarının qısa müddətli azaldığını bildirmişdir ve təkrar müayinədən imtina etmişdir. Xəstənin hazırkı şikayəti əsassızdır, çünki qarşılaşa biləcək bütün hallar barədə xəstə məlumatlandırılmışdır. Xəstə Rusudan birinci dəfə xəstəxanaya gələrkən yanında bir qadınla gəlmişdir, məlumatladırılma kağızı ilə özü və yanında gələn şəxsdə tanış olmuş və sonra imza atmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, xəstə icra olunan prosedurun ödənişini nə nağd, nə də ki, kart vasitəsi ilə ödəyə bilmədiyi üçün yalnız xəstəxanın kart hesabına köçürülməsini xahiş etmiş və bu icra olunandan sonra xəstənin ödənişi xəstəxananın hesabına yatırılır, xəstəyə qəbz verilib-verilməməsindən xəbəri yoxdur, xəstənin Diz oynağında rentgen görüntüsünə uyğun 4-cü dərəcəli artroz təyin olunduğu halda və xəstənin şikayətləri və fiziki müayinəsi bunu təsdiqlədiyi halda xəstəyə MRT müayinənin icra olunması mütləq sayılmır, həmçinin revmatizma analizləri xəstənin anamezində və şikayətlərində revmatizma şübhəsi törətmirsə revmatoloji analizlərində icra olunması mütləq sayılmır, bu ancaq oynaq daxilinə müdaxilə olunan zaman aşırı dərəcədə artmış oynaq mayesi müşahidə olunarsa bu halda revmatrizma analizləri istənilə bilər, sonuncu dəfə 2015-ci il tarixdə sertifıkasiyadan keçmiş, xəstə Rusudanı müalicə edən zaman sertifıkasiya şəhadətnaməsi olmamış, 09 aprel 2025-ci il tarxidə anesteziologiya üzrə sertifıkasiya ilə bağlı imtahan verəcək, Alqologiya üzrə Azərbaycan Respublikasında sertifikasiya imtahanı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Yasamal rayon prokuroru Elman Süleymanova ünvanlanmış 15 fevral 2025-ci il tarixli, 3-28/2-1068/2025 nömrəli məktubdan görünür ki, X1 imtahanlarında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli, UNİQ-20/25 nömrəli əmrdən görünür ki, X7 xx.xx.2025-ci il tarixdən etibarən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə cəmiyyətə Direktor vəzifəsinə işə qəbul edilmişdir. 2WY11CA000902 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 adlı iş yerində əmək müqaviləsi üzrə anesteziologiya reanimatologiya şöbəsinin müdiri vəzifəsində olmaqla aylıq 2270 manat əmək haqqı almışdır. X20 koordinator yazısı olan vizit kartdan görünür ki, həmin vizit kartın üzərində (+994 50 701 66 88) saylı mobil nömrə, alqoloqdr.vusal istifadəçi adı olan instagram hesabı, drvusaleyvazov istifadəçi adı olan tik-tok hesabı, mailto:info@vusaleyvazov.azElektron ünvan istifadəçi adı olan mail ünvanı və s. qeyd edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, 14 yanvar 2025-ci il tarixdə 4127********9008 saylı kart nömrəsindən Konul M. 4127********4207 saylı kart nömrəsinə 2000 azn ödəniş edilmişdir. Whatsapp yazışmalarından görünür ki, Dinara X X26 adlı şəxslə xəstənin yaxını tərəfindən ödənilmiş məbləğ geri istənilmiş, əks halda aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən üquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 2.1-ci bəndində qeyd olunur ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, İmmunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiyareanimatologiya, Mama-ginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, həkim X12 və xəstə yaxını X14 Yasamal rayon prokurorluğunda vermiş olduqları izahatlar və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - rəhbəri X9 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunun 4 və 5-ci maddələrinin tələblərinə əsasən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçməyən X6 Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən klinikasında alqoloq həkimi kimi xx.xx.2025-ci ıl tarixdə X10 hər iki diz oynaq daxilinə “Noltreks” adlı implant gel vurulması və hər iki diz oynaq ətrafına “Genikulyar blok” adlı prosedur icra edilməsi kimi tibbi fəaliyyətə buraxmışdır. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6.000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2630/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2630/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver