Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2633/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 14 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 14 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025 tarixdə təxminən saat 09:50 radələrində onun mülkiyyətində olan "X3" markalı, dövlət qeydiyyat nişanı **-SH-*** olan nəqliyyat vasitəsi ilə İzmir küçəsindən Tbilisi prospektinə doğru hərəkətdə olarkən dairənin yaxınlığındakı ikinci nizamlayıcının yaşıl işığı yandıqda Tbilisi prospekti ilə yuxarıya doğru hərəkətdə olmuş, nizamlayıcıya çatdıqda hərəkətin iflic olduğunu görmüş və buna görə də manevr qaydalarına riayət etməklə yaşıl işıq yandıqdan sonra hərəkət istiqamətini dəyişərək A.Əliyev adına küçəyə (sağa) (keçmiş İnqilab prospektinə doğru) dönərək hərəkətə davam etmişdir, bu zaman xidmətdə olan DYP avtomobili (avtomobil nömrəsini xatırlamır) avtomobili saxlamağı barədə göstəriş vermiş və o, avtomobili hərəkətsiz vəziyyətə gətirərək mühərriki söndürmüşdür. Saxlama səbəbini, İXM-nin hansı maddəsinin tələblərini pozmağı barədə inspektordan məlumat aldıqda, o öz növbəsində ona telefondan istifadə etdiyini bildirmiş, təqsirsiz olduğunu sübuta yetirmək qanunvericiliklə inzibati məsuliyyətə cəlb olunan şəxsin vəzifəsi olmadığına görə o, polis əməkdaşına müşahidəsinin səhv olduğunu bildirmişdir, əgər belə bir hal mövcuddursa o halda pozuntunu təsdiq edən görüntünü təqdim etməyi tələb etmişdir, müvafiq görüntü olmadığına görə polis inspektoru onun sərxoş olduğunu müəyyən etmək məqsədilə ona alkotest təqdim etdi, etiraz etsə də, bunun üçün qanuni əsasın olmadığını, heç bir bir inzibati pozuntu törətmədiyini qeyd etsə də sərxoşluq testindən keçməyə etiraz etməmişdir, test cavabı da müsbət nəticələndiyinə və saxlama səbəbi tamamilə əsassız olduğuna görə polis inspektoru onun barəsində qərəzli protokol tərtib edərək, guya onun nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsini əsas gətirərək barəsində TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 14 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə video görüntü təqdim edərək şikayətin əsassız hesab edilib təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxsə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 14 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs Nahçivani Habib “X3 MİNİK” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 14 aprel 2025-ci il tarixdə, saat 09:58-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə İzmir küçəsi kəsişməsindən A.Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş bir ədəd diskə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Nahçivani Habib “X3 MİNİK” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 14 aprel 2025-ci il tarixdə, saat 09:58-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə İzmir küçəsi kəsişməsindən A.Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci bəndinin 2-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Həmin Qanununun 60-cı maddəsinin 1-ci bəndinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 14 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2633/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2633/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver