Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2634/2022 01.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, X1 mübahisələndirdiyi Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı qərarından verilmiş şikayət ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir və hazırda icraatdadır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: X1 Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2634/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2634/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver