Məhkəmə qərarları › İş №3(004)-2635/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2635/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2635/2021 05.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 18.10.2021-ci il tarixli MN №0304454 saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin rəhbəri X6 bildirdi ki, reklam yerləşdirildiyi obyekt ona məxsus deyildir, orada fəaliyyət göstərmir. Səlahiyyətli orqan inzibati xəta haqqında protokol tərtib edilməzdən əəvəl onun izahatını almayıb, sübutlar təqdim etmək imkanından mərhum olub. Ona görə də protokolun geri qaytarılmasını xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X4 bildirdi ki, protokol Vergilər nazirliyinin internet saytından götürülmüş məlumat əsasında, həmçinin T.X1 Bakı Reklam İdarəsinə ünvanlandığı ərizəsi əsas götürülməklə X6 barəsində tərtib edilmişdir. Onlarda məlumat olmamışdır ki, həmin reklam X3 məxsus deyildir. Həmçinin protokol tərtib edilməzdən əvvəl T.Məmmədliyə məktub göndərilmişdir ki, yayım haqqı və rüsum ödənilsin, lakin ödənişlər həyata keçirilmədiyi üçün protokol tərtib edilmişdir. Bu səbəbdən də İXM-nin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilməzdən əvvəl T.Məmmədov əlavə olaraq rəsmi qaydada idarəyə dəvət edilməmiş, onun ünvanına bildiriş göndərilməmişdir. Bu səbəbdən də onun izahatı alınmadan protokol tərtib edilmişdir. Həmçinin bildirdi ki, onun dəvət edilməsinə ehtiyac duyulmamışdır. X9 Məcəlləsində şəxs barədə protokol tərtib edilməzdən əvvəl onun dəvət edilib, inzibati xəta barədə izahatının alınması müəyyən edilməmişdir, belə bir tələb İXM-də yoxdur. İnzibati xəta aşkar edilmişdir, əməkdaşlar nümayəndəni müəyyən etmək istəsələr də, obyektdə heç kim özünü təqdim etməmiş, bu səbəbdən də protokol inzibati xətanı aşkar edildiyi vaxtdan tərtib edilməli olduğundan, protokol tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası X5 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsinin bu fikirləri ilə razılaşmır və hesab edir ki İXM-nin aşağıdakı tələbləri pozulmuşdur. Həmçinin həmin tələblər inzibati xəta haqqında protokol tərtib edilənədək pozulmuşdur, onları hazırkı mərhələdə aradan qaldırmaq mümkün deyildir. Belə ki, işə məhkəmədə baxılarkən müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokol tərtib edilməzdən əvvəl Azərbaycan Respublikası X5 Bakı şəhəri Reklam İdarəsinə dəvət edilməmiş, onun izahatı alınmamış, bu barədə protokolda qeydiyyat aparılmamışdır. Bununla da 1) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, bu barədə ona bildiriş göndərilməmiş, bildiriş göndərilməsini təsdiq edən sənəd materiallara əlavə edilməmiş, hüquq və vəzifələri izah edilməmiş, 2) həmçinin o, və ya müdafiəçisi dəvət olunaraq hüquq və vəzifələri barədə məlumat almaq, izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir, o cümlədən işin icraatını rədd edən hallar mövcud olub-olmadığı araşdırılmamış, 3) protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və bunun səbəbləri barədə qeydiyyat aparılmamışdır. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXM-nin 100.2, 100.3, 100.4-cü maddələrindəki hüquqları fiziki şəxsə münasibətdə, yalnız həmin fiziki şəxsin özü həyata keçirə bilər. Fiziki şəxsdən fərqli olaraq, hüquqi şəxsə münasibətdə isə, həmin hüquqi şəxsin nümayəndəsi həyata keçirə bilər. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına, sübutların kifayət etməməsinə dəlalət edir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə geri qaytarılsın. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar