Məhkəmə qərarları › İş №3(004)-2636/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2636/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2636/2025 28.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs SC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 44 ünvanında yerləşən Şəxs SC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs SC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Bakı şəhəri, 2024-cü ilin (illik) 1-əmək, əmək üzrə hesabat mart ayının 15-dək təqdim edilməli olduğu halda aprel ayının 11-də 27 gün gecikmə ilə təqdim edilmişdir. Bununla həmin hüquqi şəxs tərəfindən İXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Bakı şəhər Statistika İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs SC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi Nümayəndə bildirdi ki, inzibati xətanın baş verməsini etiraf edir. Məlumatlar hər zaman vaxtında təqdim edilir, lakin hazırda statistik məlumatların verilməsi şirkət tərəfindən gecikdirilmişdir olur. Göstərilənləri nəzərə alaraq yüngül tənbeh verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-in 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi, yaxud hesabatların təhrif edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs SC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, hesabatın vaxtında təqdim edilməməsinə dair Statistika Komitəsinin Elektron İnformasiya sistemindən çıxarışla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs SC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar