Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2637/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələri X1 və X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 8 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs MMC tərəfindən X9 və digər 167 işçinin istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı DƏMX-in xx.xx.2025-ci il tarixli 3-17-5/2- 10869/2025 nömrəli göstərişinə əməl olunmaması göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələri X2 və X10 tərtib edilmiş protokola etiraz edərək bildirmişdirlər ki, xx.xx.2025-ci il tarixdə “Məhkəmə işləri” portalına baxış keçirilərkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən aparılan təhlillər zamanı əldə edilmiş məlumatlar əsasında Şəxs MMC (VÖEN: **********) tərəfindən əmək müqaviləsi bağlanılan bir sıra işçilərin qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin olunmaması müəyyən edilmişdir. Qeyd edilənlərdən əlavə həmin sistemdə olan məktublardan görünür ki, törədilmiş hüquqpozmanın aradan qaldırılması məqsədilə Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-10869/2025 nömrəli icrası məcburi göstəriş verilmiş, lakin göstərişdə nəzərdə tutulan müddət ərzində törədilmiş hüquqpozma aradan qaldırılmamışdır. Şəxs MMC-nin hüquqi ünvanı: ünvan 1lda, Cəmiyyətin ofisi, yəni faktiki ünvanı: ünvan 2, B bloku, 6-cı mərtəbə, ofis № 605 ünvanında yerləşir, odur ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 7 ünvanına gələn məktublar onlara çatmamışdır, bundan əlavə onun, yəni baş icraçı direktor X5 qeydiyyatda olduğu ünvanla faktiki yaşayış ünvanı fərqli olduğundan qeydiyyatda olduğu ünvana göndərilən məktublarda ona çatdırılmayıb. O faktiki, həmin ünvanda yaşamasa da həmin ünvanda daimi olaraq oğlu X12 yaşayır və bütün onun adına gələn poçt yazışma və bildirişləri olduğu halda Ə.Sadıqov tərəfindən qəbul edilərək ona çatdırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən belə bir məktub göndərilmiş olsaydı həmin məktubda, harada olmağından asılı olaraq ona çatdırılardı. Bundan əlavə qeyd etdiyi kimi, Cəmiyyətin ünvanı ünvan 3oku, 6-cı mərtəbə, ofis № 605 ünvanında yerləşməsi X8 Xidmətinə çox yaxşı bəllidir, belə ki, xx.xx.2023-cü il xx.xx.2024-cü il və xx.xx.2024- cü il tarixlərdə və bundan başqa da dəfələrlə onların Cəmiyyətinin qeyd edilən ünvanına məktublar gəlmiş, dəfələrlə ofisə zənglər vurularaq müxtəlif ərizə və şikayətlərlə maraqlanib sənədlər tələb etmişlər, nədənsə cərimə etmək istədikdə icrası məcburi olan göstəriş isə digər ünvana göndərilmişdir. Odur ki, icrası məcburi göstəriş icra edilməmişdir. Faktiki olaraq icrası məcburi göstəriş barədə xx.xx.2025-ci il tarixdə məlumat aldıqda, xx.xx.2025-ci il tarixdə tam şəkildə icra edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barələrində tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* və ******* saylı protokolların, eyni tarixli ******* nömrəli qərardadın ləğv edilməsi və inzibati xəta haqqında işin icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 8 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən X9 və digər 167 işçinin istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı DƏMX-in xx.xx.2025-ci il tarixli 3-17-5/2-10869/2025 nömrəli göstərişinə əməl olunmaması göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-10869/2025 nömrəli göstərişdən görünür ki, “əmək və məşğulluq” altsistemində işçilərlə qüvvədə olan əmək müqaviləsinin olmasına baxmayaraq, həmin işçilərdən bəzilərinin qanunvericiliklə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və pesə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi məqsədilə sığortaçı ilə icbari sığorta müqaviləsinin baalanılmaması halları aşkar edilmişdir. "xxxx" MMC-nin baş icracı direktoru X13 tərəfindən 20 (iyirmi) gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində pesə əmək gabilivvətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığortalanması təmin edilsin. “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, SS917622423AZ kodlu məktub xx.xx.2025-ci il tarixdə saat 11:57-də BETTA MMC-yə çatdırılmışdır. “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, SS917622410AZ kodlu məktub xx.xx.2025-ci il tarixdə saat 10:43-də X7 çatdırılmışdır. Azərbaycan Respublikası RİNN "xxxx" MMC-nin 2 saylı poçt filialının xx.xx.2025-ci il tarixli 3-27-109/1017/3-1-42/2025 nömrəli məktubundan görünür ki, 2 saylı Poçt Filialının 65 saylı poçt şöbəsinin xidmət ərazisinə aid olan ünvan 4 ünvanına daxil olmuş SS91762241OAZ ştrix kodlu məktub sistem üzərindən xx.xx.2025-ci il tarixdə səhvən çatdırılmaya vurulmuşdur. Lakin məktubun ünvanlandığı Şəxs MMC həmin ünvanda yerləşmədiyi üçün şöbənin poçtalyonu tərəfindən “ünvançı tapılmadı”, “natamam ünvan” səbəbiylə xx.xx.2025-ci il tarixdə (əlyazma ilə) geri qaytarılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 539.1-1-ci maddəsində əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli və hüquqi şəxslərin məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən X9 və digər 167 işçinin istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı DƏMX-in xx.xx.2025-ci il tarixli 3-17-5/2- 10869/2025 nömrəli göstərişinə əməl olunmamışdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində pesə əmək gabilivvətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığortalanmasının 20 (iyirmi) gün müddətində təmin edilməsi məqsədilə Şəxs MMC-nin hüquqi ünvanına, eləcə də "xxxx" MMC-nin baş icracı direktoru X13 qeydiyyat ünvanına inzibati orqan tərəfindən göstərişlər göndərilmişdir. İş materiallarında olan “poçt göndərişlərinin izlənməsinə” dair məlumatlardan da görünür ki, sözügedən məktublar həm MMC, həm də MMC-nin rəhbəri tərəfindən qəbul edilmişdir, yəni ünvana çatdırılmışdır. Buna baxmayaraq inzibati xəta haqqında protokolda qeyd olunan nöqsan Şəxs MMC tərəfindən aradan qaldırılmamışdır. Digər tərəfdən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin inzibati orqan tərəfindən göndərilən məktubların hüquqi şəxsə çatdırılmaması məzmununda olan Azərbaycan Respublikası RİNN "xxxx" MMC-nin 2 saylı poçt filialının müraciətə cavab məktubuna münasibətdə bildirir ki, həmin fakt “poçt göndərişlərinin izlənməsi” altsistemindən əldə edilmiş çıxarışlarla təkzib olunmuşdur. Belə ki, həmin çıxarışlarla müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən göndərilən məktublar müxtəlif vaxtlarda həm Şəxs MMC-yə, həm də hüquqi şəxsin baş icraçı direktoru X7 çatdırılmışdır. Belə olan halda məhkəmə “poçt göndərişlərinin izlənməsi” altsistemində olan məlumatları daha mötəbər hesab edir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Betta” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2637/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2637/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver