Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2638/2024 05.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 DİN Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:35-də Yasamal rayonu, M.Müşfiq küçəsi ilə Mətbuat pr-nin kəsişməsi olan dairəyə, idarə etdiyi 12BF310 Honda markalı avtomobili ilə yaxınlaşan zaman, sağdakı bitişik ərazidən dairəyə girmək istəyən 10SE092 Kia markalı avtomobili hərəkətdə olduğu 2-ci zolaqda anidən qarşısına çıxmış və sərt tormozlanma etməyinə baxmayaraq toqquşma baş vermişdir. Hadisə zamanı qarşı tərəfin sürücüsü günahını qəbul etməsə də xx.xx.2024-cü il səhər saatlarında Bakı şəhər Baş Yol polisi idarəsinin 7-ci otağında özünün günahkar olduğunu qeyd etmiş və getmişdir. Daha sonra həmin otaqda hadisə inspektoru ondan boş izahat şablonuna imza etməyini istəmiş, o etiraz edərək izahat yazmaq istədiyini bildirmiş, inspektor isə yazmağını qeyd edərək belə olduğu təqdirdə günahı da ona yazacağını demiş və nəticədə İXP6260321 nömrəli protokolu 327.1 maddə ilə onun avtomobilinə açmışdır. Odur ki, digər avtomobilin onun hərəkət etdiyi zolaqda olmadığını, belə olduğu təqdirdə günahın onda olmadığını bildirərək 16 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 16 may 2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X2 16 may 2024-cü il tarixdə, saat 10:35 radələrində M.Müşfiq küçəsində idarə etdiyi “HONDA CİVİC HİBRİD” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarını pozmuş və onun İXM-nin 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, “HONDA CİVİC HİBRİD” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü araməsafəsi qaydalarını pozaraq qarşıdakı avtomobili vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş videodiskdə olan görüntünü tədqiq edərək məhkəmə “HONDA CİVİC HİBRİD” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 araməsafəsi qaydalarını pozduğunu və onun həmin əməlinin də AR İXM-nin 327.1-ci maddəsi ilə əhatə olunduğunu nəzərə alaraq onun əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Belə ki, videodiskdə olan görüntüdən açıq aşkar görünür ki, “HONDA CİVİC HİBRİD” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü araməsafəsini gözləmədən Kia markalı 10SE092 dövlət qeydiyyat nişanlı markalı avtomobili vurmuşdur. Göstərilən bu hərəkəti ilə “HONDA CİVİC HİBRİD” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını pozmaqla yanaşı, yolda təhlükəsizliyin tələblərinin təmin edilməsinə dair tələblərə də riayət etməmişdir. Məhkəmə iclasında videodiskdəki görüntülərə baxaraq X2 yenə də günahın qarşı avtomobilin sürücüsündə olduğunu qeyd etsə də səlahiyyətli orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2638/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2638/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver