Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-264/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X2, şikayətçi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mənzil fondunun istismarı və kommunal təsərrüfat sektorunun məsləhətçisi X3 iştirakları ilə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinin inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan şikayət vermiş, həmçinin məhkəməyə şikayət vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsini və xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətin icraata götürülməsini xahiş etmişdir. Şikayətçi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mənzil fondunun istismarı və kommunal təsərrüfat sektorunun məsləhətçisi X6 məhkəmə iclasında vəsatəti müdafiə edərək, izahatında göstərdi ki, barələrində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinin inzibati xəta haqqında iş üzrə xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı qəbul edilmişdir. Həmin qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardad qəbul edərək, iddianı mümkün saymamış və iddiaya baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə (ümumi məhkəməyə) müraciət edilməsi izah olunmuşdur. Bakı İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-1(112)-5383/2020 saylı qərarı xx.xx.2020-ci il tarixdə Mənzil İstismar Departamentinə daxil olmuşdur. Bundan sonra xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan məhkəməyə şikayət vermək məcburiyyətində qalmışdı və ondan asılı olmayan üzrlü səbəblərdən İXM-nin 130.1-ci maddəsində müəyyən edilmiş müddəti buraxmışdı. Əlavə olaraq qeyd etmişdir ki, xüsusi karantin rejimi ilə əlaqədar işçi sayında azaldıldığından şikayət vermək müddəti ötürülmüşdür. Bu səbəbdən həmin qərardan şikayət verərək, şikayət vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X4 ötürülmüş müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, ərizəni, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Belə ki, İXM-in 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarında olan müddətin bərpası barədə vəsatətdən də görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-5383/2020 saylı qərarı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə daxil olmuş, lakin departament tərəfindən heç bir üzürlü səbəb olmadan İXM-nin 126.1-ci maddəsində nəzərdə tutlmuş müddəti ötürərək Yasamal Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişlər. Vəsatət yalnız onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi onlar tərəfindən verilmiş şikayəti aidiyyəti üzrə ümumi məhkəməyə göndərmədiyindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məhkəməyə şikayət vermək məcburiyyətində qalıb ki, bu zaman məhkəməyə şikayət vermə müddəti buraxılıb. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən başqa heç bir üzürlü səbəb göstərilməmişdir. Beləliklə hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı üzürlü səbəblərlə əlaqədar deyildir, şikayətçinin öz mülahizəsinə əsasən birinci Bakı İnzibati Məhkəməsinə şikayət verdiyi üçün müddət buraxılmışdır. Bundan əlavə şikayətin Yasamal Rayon Məhkəməsinə göndərildiyi zərf üzərindəki “xxxx” MMC-yə məxsus möhürlərdən də müəyyən edilir ki, ilk möhür xx.xx.2021-ci il tarixə aiddir və şikayətçi tərəfindən şikayətin poçta təqdim edilməsi barədə qəbz də məhkəməyə təqdim edilməmişdir. Müddətin buraxılması üçün göstərilmiş səbəblərin üzürlü səbəb hesab edilməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edilir. Belə k, İXM-in 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinin inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayət vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-264/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-264/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver