Məhkəmə qərarları › İş №3(004)-264/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-264/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-264/2022 15.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 departamentinin nümayəndəsi X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MTK-nin vəkili X2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında MN seriyalı ******* saylı 28 dekabr 2021-ci il tarixli protokoluna baxaraq müəyyən etdi: Şəxs MTK barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən İXM-nin 253.5.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında MN ******* saylı, 28 dekabr 2021-ci il tarixli protokolu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 2 ünvanında 10 ədəd ağacın məhv edilməsi (götürüldüyü) faktı aşkar olunmuşdur. Bununla da Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MTK-nin vəkili X3 məhkəmə iclasında çıxış edərək izahatında hüquqi şəxsin barəsində tərtib olunmuş protokola etiraz edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsində yerləşən Kristal-F MTK-nın tikinti sahəsində müxtəlif diametrli 1 ədəd yarı quru söyüd, 2 ədəd tam quru söyüd cinsindən və 1 ədəd ayland cinsindən olan ağaclar küləyin təsiri nəticəsində aşmışdır. Aşmış ağaclar tikinti meydançasında texnikaların və işçilərin hərəkətinə mane yaratdığına görə birliyin əməkdaşları tərəfindən doğranıb ərazidən götürülmüşdür. Ekologiya və təbii sərvətlər Nazirliyinin Dövlət ekoloji ekspertiza agentliyinin 13 sentyabr 2021-ci il tarixli rəyində də həmin ağaclar quru kimi göstərilmişdir. Bundan əlavə qeyd edir ki, protokol vəzifəli şəxs barəsində tərtib olunmalıdır. Çünki MMC tərəfindən heç bir xəta törədilməmişdir. İştirak etdiyi məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 departamentinin nümayəndəsi X8 çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 2 ünvanında “yeni TQDK”-nın yanında, “Qurd qapısı” restoranından aşağıda bina tikilməsi ilə əlaqədar ağacların kəsilməsi barədə vətəndaş X4 tərəfindən nazirliyin qaynar xətt xidmətinə ünvanlanmış müraciət əsasında araşdırılma aparılmış, araşdırılma nəticəsində həmin ərazinin icarə qaydasında yaşayış binalarının tikintisi məqsədi ilə Bakı şəhər İcra hakimiyyəti başçısının sərəncamı ilə Şəxs MTK-nın istifadəsinə verildiyi məlum oldu. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəyinin tələblərinə əsasən tikintiyə ayrılmış ərazinin sərhədləri daxilində olan və tikinti altına düşməyəcəyi müəyyən edilmiş yaşıllıqların tam mühafizəsinin təmin edilməsi tikinti şirkətinə tapşırılmışdır. Son olaraq göstərilənləri nəzərə alaraq Şəxs MTK-ni inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq hüquqi şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MTK tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin MN seriyalı ******* nömrəli 28 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 2 ünvanında 10 ədəd ağac məhv edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 22/318 nömrəli 13 sentyabr 2021-ci il tarixli rəyin tələblərindən görünür ki, ünvan 1 ünvanda tikintiyə ayrılmış ərazinin sərhədləri daxilində olan və tikinti altına düşməyəcəyi müəyyən edilmiş yaşıllıqların tam mühafizəsinin təmin edilməsi Şəxs MTK –ya tapşırılmışdır. İş materiallarına əlavə edilmiş hadisə yerinin fotoşəkillərində ünvan 1 “Kristal-F" MTK-nin inzibati binasının həyətində ağacların məhv edilməsi əks olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti X1nin 15 dekabr 2021-ci il tarixli Ç-DQ-362 saylı məktundan görünür ki, Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsində yerləşən Şəxs MTK-nın tikinti sahəsində 10.11.2021-ci il tarixdə qeyri-hava şəraiti ilə bağlı əsmiş külək nəticəsində müxtəlif diametrli 4 ədəd ağacın aşdığı müəyyən edilmiş, həmin ağaclar ərazidən götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3 və 253.3.1-ci maddələrinə əsasən eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 6.1-ci maddəsinə əsasən təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların aşağıdakı növləri vardır: 6.1.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); 6.1.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); 6.1.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar); 6.3-cü maddəsinə əsasən bu Qanunun 6.1-ci maddəsində göstərilən yaşıllıqların müfəssəl siyahısını, təyinatını və onlardan istifadə qaydasını (rejimini) müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Məhkəmə iclasında Şəxs MTK-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MTK tərəfindən İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından, ona həmin maddənin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərtib edilmiş inzibati protokolda Şəxs MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 2 ünvanında 10 ədəd ağacın məhv edilməsi (götürüldüyü) faktı aşkar olunsa da onlardan 4 ədəd müxtəlif diametrli ağacın bərk külək əsməsi nəticəsində aşdığı və MMC-nin müraciəti əsaında X1 tərəfindən doğranaraq ərazidən götürülmüşdür. Məhkəmə, həmçinin Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində tətbiq olunan inzibati cərimə tənbeh tədbirinin miqdarını müəyyən edərkən, onun tərəfindən qanunsuz götürülən ağaclarının sayının 6 ədəd olmasını, həmçinin İXM-in 25.4-cü maddəsinin tələblərini nəzərə almağı məqsədəmüvafiq hesab edir. Belə ki, hüquqi şəxsin məsuliyyətə cəlb olunduğu İXM-in 253.3.1-ci maddəsinin sanksiyasında götürülən hər bir ağaca görə otuz beş min manat miqdarda cərimə tətbiq edilməsini nəzərdə tutulsa da, həmin Məcəllənin 25.4-cü maddəsi manatla hesablanan və inzibati xətalara görə hüquqi şəxslərdən alınan inzibati cərimənin miqdarının əlli min manatdan artıq ola bilməməsini təsbit edir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MTK İnzibati Xətalar Məcəlləsinin 253.3.1-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 50000 (əlli min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar