Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2640/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Müdafiəçi: X6 xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 83-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Bəxtiyar Babayev) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə 21.10.2021-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10638/2015 saylı, 10.12.2015-ci il tarixli icra sənədinə əsasən Cavabdehlər “New Europa" firmasından və Şəxs müştərək qaydada 02.10.2013-cü il tarixli, K0867 saylı kredit müqaviləsinə əsasən 95880.31 manat əsas borc, 5785.68 manat faiz borcu, 3658.38 manat cərimə olmaqla cəmi 105324.37 (bir yüz beş min üç yüz iyirmi dörd manat otuz yeddi qəpik) manat, 29.08.2014-cü il tarixli, K1204 saylı kredit müqaviləsinə əsasən 180000.00 manat əsas borc, 22925.00 manat faiz borcu, 2400.00 manat cərimə olmaqla cəmi 205325.00 (iki yüz beş min üç yüz iyirmi beş) manat, ümumilikdə 310649,37 (üç yüz on min altı yüz qrx doqquz manat otuz yeddi qəpik) manat məbləğində borc və 130 (bir yüz otuz) manat məhkəmə xərcləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın cavabdeh Şəxs mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə və ünvan 2nında yerləşən 16 saylı mənzilə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin ilkin satış qiyməti 160000 (bir yüz altmış min) manat, ünvan 2nında yerləşən 16 saylı mənzilin ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat müəyyən edilməklə həmin mənzillərin açıq hərracda satış yolu ilə reailizə edilməsi, satışda əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracda satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyana qaytarılması, iddia tələbinin “ipoteka predmetinin satışdan əldə olunan vəsait kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçının hesabına ödənilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin icra sənədi üzrə tutma yönəldilmiş, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə və ünvan 2nında yerləşən 16 saylı mənzil hərracdan satılmış, əldə olunan pul vəsaiti banka verilmiş, lakin ipoteka predmetinin satışından əldə edilmiş vəsait kredit öhdəliklərinin icrasına kifayət etməmiş, 34991 manat borc qalmışdır. Borclu Şəxs həmin 34991 manat borcu icra etmədiyindən, onun barəsində hazırkı inzibati xzəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs müdafiəçisi, vəkil X6 bildirdi ki, barəsində protokol tərtib edilmiş Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10638/2015 saylı, 10.12.2015-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilmiş hissəsinin icrası tələb edilir. Belə ki, qətnamə ilə Şəxs və “New Europa" firmasından müştərək qaydada 310649,37 manat borc və 130 manat məhkəmə xərci tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmin pul məbləği borclunun mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə və ünvan 2nında yerləşən 16 saylı mənzilə yönəldilmiş, həmin mənzillər açıq hərracdan satılmış və əldə edilən pul vəsaiti banka ödənilmişdir. Lakin əmlakların hərracdan satışı nəticəsində əldə edilmiş pul vəsaiti məhkəmə qətnaməsində göstərilmiş borcun tam ödənilməsi üçün kifayət etməmiş, hərracdan sonra 34991 manat borc qalmışdır. İcra məmuru borcludan həmin məbləğin də ödənilməsini tələb edir. Lakin icra məmurunun həmin tələbi qanunsuzdur. Çünki qeyd edilən qətnaməyə əsasən iddia tələbinin “ipoteka predmetinin satışdan əldə olunan vəsait kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçının hesabına ödənilməsi” hissəsi təmin edilməmişdir. Buna görə də icra məmuru borcludan iddianın təmin edilməmiş hissəsinin icrasını tələb edə bilməz. Bundan əlavə borclunun həmin məbləği ödəməyə hər hansı bir maddi imkanı da yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Borclu Şəxs müdafiəçisi X3 izahatı ilə razı olduğunu, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2 bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10638/2015 saylı, 10.12.2015-ci il tarixli icra sənədi uzun müddətdir ki, tam icra edilmir, ona görə də borclu barəsində tədbir görülməsini xahiş etdi. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10638/2015 saylı, 10.12.2015-ci il tarixli icra sənədinə əsasən cavabdehlər “New Europa” firmasından və Şəxs müştərək qaydada cəmi 310649,37 manat borc və 130 manat məhkəmə xərci "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir, həmçinin tutmanın borclunun mülkiyyətində olan ipoteka ilə yüklü dilmiş əmlaklara yönəldilməsi qət edilmişdir. İcra işi ilə əlaqədar ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə və ünvan 2nında yerləşən 16 saylı mənzilə yönəldilmiş, həmin mənzillər açıq hərracdan satılmış və əldə edilən pul vəsaiti banka ödənilmişdir. Lakin əmlakların hərracdan satışı nəticəsində əldə edilmiş pul vəsaiti məhkəmə qətnaməsində göstərilmiş borcun tam ödənilməsi üçün kifayət etməmiş, hərracdan sonra Banka 34991 manat borc qalmışdır. Həmin borcun ödənilməsi borcludan tələb edilsə də, uzun müddətdir ki, borc ödənilmir. Faktiki borcu 34991 manat təşkil edir. Borclu barəsində inzibati tənbeh qərarı çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İcra işi məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən öyrənilmişdir. Belə ki, hazırkı inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10638/2015 saylı, 10.12.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədardır. Belə ki, iş materiallarında olan Yasamal Rayon İcra Məmurunun borclular kimi “New Europa” firmasına və Şəxs ünvanlandığı 23.01.2017-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10638/2015 saylı, 10.12.2015-ci il tarixli icra sənədinə əsasən “New Europa” firmasından və Şəxs ümumilikdə 310649,37 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd edilən daşınmaz əmlaklar açıq hərracdan satıldıqdan sonra 34991,37 manat qalıq borc qalmışdır. Həmin borcun ödənilməsi üçün borclulara 10 günlük könüllü icra müddəti müəyyən edilmişdir. Beləliklə tərəflərin izahatından və icra işi materiallarına əsasən müəyyən edilir ki, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10638/2015 saylı, 10.12.2015-ci il tarixli icra sənədinə əsasən cavabdehlər “New Europa” firmasından və Şəxs müştərək qaydada cəmi 310649,37 manat borc və 130 manat məhkəmə xərci "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir, həmçinin tutmanın borclunun mülkiyyətində olan ipoteka ilə yüklü dilmiş ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə və ünvan 2nında yerləşən 16 saylı mənzilə yönəldilməsi qət edilmişdir. İcra işi ilə əlaqədar ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə və ünvan 2nında yerləşən 16 saylı mənzilə yönəldilmiş, həmin mənzillər açıq hərracdan satılmış və əldə edilən pul vəsaiti banka ödənilmişdir. Lakin əmlakların hərracdan satışı nəticəsində əldə edilmiş pul vəsaiti məhkəmə qətnaməsində göstərilmiş borcun tam ödənilməsi üçün kifayət etməmiş, hərracdan sonra Banka 34991 manat borc qalmışdır. Hazırda həmin borcun ödənilməsi borcludan tələb edilir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10638/2015 saylı, 10.12.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddia tələbinin “ipoteka predmetinin satışdan əldə olunan vəsait kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçının hesabına ödənilməsi” hissəsi təmin edilməmişdir. Belə olduğu təqdirdə hazırkı inzibati xəta haqqında iş üzrə borcludan, iddianın təmin edilməmiş hissəsinin icrası tələb edilir. Belə bir vəziyyətdə, icra məmurunun borcludan iddianın rədd edilmiş hissəsinin icrasının tələb edilməsi ilə bağlı tələbi qanuni tələb hesab edilmir. Bu səbəbdən də borclu iddianın rədd edilmiş hissəsinin icrasına məcbur edilə bilməz. Halbuki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun “qanuni tələblərinin yerinə yetirilməməsinə” və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Buna görə də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2640/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2640/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver