Məhkəmə qərarları › İş №3(004)-2643/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2643/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2643/2022 20.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində barəsində guya epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə İXM-in 211.2-ci maddəsi ilə EXP ******* №li əsassız protokol tərtib edilmişdir. Halbuki, protokol əsassız tərtib edilib və o, hər zaman qaydaqanunlara riayət etmişdir. Hesab edir ki, həmin protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Belə ki, həmin tarixdə təhsil aldığı Bakı Dövlət Universitetinin yaxınlığında marketin çıxış qapısının ağzına çatdıqdan sonra çölə çıxan kimi maskanı aşağı salaraq ac olduğu üçün marketdən aldığı yeməyi yemək istəyərkən, özlərini təqdim etməyən, hansı polis idarəsinin əməkdaşı olduqlarını bildirməyən uniformalı 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq səs-küy salıb dərhal şəxsiyyət vəsiqəni tələb etdilər. O, onlara bildirdi ki, bura qapalı məkan deyil, o, marketdən çıxandan sonra maskanı aşağı salmış, özü universitetin Hüquq fakültəsinin tələbəsidir, dövlətin qoyduğu bütün qanunlara əməl etməyi özümə borc bilir və hər zamar qanunlara əməl edir, dinləmədilər, tələsik şəkildə planşetlərində protokol yazdılar və dedilər ki ödəyərsiz. Cərimə həmin gündən sonra uzun müddət ASAN pay kabinetində görsənmədiyi üçür (protokol görsənirdi, qərar və cərimə yox idi) həmin vaxt şikayət edə bilməmiş. Protokolu şəxsi kabinetdə xx.xx.2022-ci il tarixində görən kimi ASAN pay vasitəsilə şikayət ünvanlasa da heç bir cavab verilməmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixində Yasamal RPİ-nə, xx.xx.2022-ci i və xx.xx.2022-ci il tarixlərində elektron qaydada Daxili işlər Naziri cənab Vilayət Eyvazovr müraciət edərək məhkəmədə mübahisələndirmək üçün Qərarın surətinin ona göndərilməsini xahiş etsə də protokol və onun əsasında verilmiş qərar xx.xx.2022-ci il tarixində göndərilmişdir. Göndərilmiş sənədlərdən görsənir ki, protokolu Yasamal Rayon Polis idarəsinin 28-ci Polis bölməsinin sahə inspektoru X3 tərtib etmiş, onun əsasında qərarı isə xx.xx.2022ci il tarixində Yasamal Rayon Polis idarəsinin 28-ci Polis bölməsinin rəisi X5 vermişdir. O, tələbədir, məcburi köçkündür, atası və anası 2-ci qrup əlildirlər. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq şikayətçi S.F.Vəliyeva və Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* saylı protokoldan görünür ki, S.F.Vəliyeva xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Araz” marketin qarşısında olan zaman karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2022ci il tarixli, EPQ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, S.F.Vəliyeva Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, S.F.Vəliyeva xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Araz” marketin qarşısında olan zaman karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğu üçün barəsində EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qəbul edilərkən S.F.Vəliyevaya istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut araşdırılmamış, bundan əlavə hazırki işə məhkəmədə baxılarkən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş və S.F.Vəliyevaya istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs S.F.Vəliyeva isə ona istinad edilən inzibati xəta hadisəsini törətmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə S.F.Vəliyevaya istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, S.F.Vəliyevanın təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi S.F.Vəliyevanın əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PBnin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar