Məhkəmə qərarları › İş №3(004)-2646/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2646/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2646/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Seyidov Mirsadiq Misəttar oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhər Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhər Yasamal Rayon Polis İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsaslanaraq tərtib edilmiş inzibati material baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Şabanov X1 rayonu, Yuxarı Tala kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə nəqliyyat vasitəsinin idarə edən şəxsin qeydiyyatda olduğu yer üzrə baxılır. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokol və ya digər materiallara baxılması üçün aidiyyati üzrə göndərilməlidir. Elektron Məhkəmə portalından görünür ki, Şabanov X1 rayonu, Yuxarı Tala kəndində qeydiyyatdadır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyati üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.7 və 110.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyati üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar