Məhkəmə qərarları › İş №3(004)-2665/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2665/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2665/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, şikayətçi X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsi (DYPŞ) tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası Quba rayonu Yol Patrul Xidməti inspektoru X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, X4 xx.xx.2020-ci il tarixdə Quba rayon YPX-nin inspektoru X6 tərəfindən saxlanılmış və barəsində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. O, xəta ilə razılaşmayaraq tərtib edilmiş protokola müvafiq qeydlər etmişdir. Lakin buna baxmayaraq tərtib edilmiş həmin protokol əsasında Yasamal RPİ-nin DYPŞ-si tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərar qəbul edilərək barəsində 200 manat cərimə təyin edilmişdir. İş materiallarından göründüyü kimi, Quba rayonu YPX-nin və Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşları ona qarşı qərəzlilik nümayiş etdirərək onun xətanın törədilməsi ilə razılaşmamasına məhəl qoymadan, onun tərəfindən xətanın törədilməsinə dair sübut təqdim etmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar qəbul edilərkən o, dəvət edilərək izahatı alınmamış və düzgün ətraflı araşdırma aparılmamışdır. Göstərilən hallar nəzərə alınaraq X4 barəsində İXM-nin 211.1-ci maddəsi ilə Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Quba rayonu xüsusi karantin rejimi zonasına daxil edilməmişdir, habelə o, Bakı postundan keçərkən ona və digər ailə üzvlərinə heç bir cərimə tətbiq olunmamış, yalnız Quba rayonunda yerləşən postda saxlanılaraq barəsində protokol tərtib edilmişdir. X4 ərizəsində göstərilən halları nəzərə alaraq barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, onun daimi yaşayış yeri qeydiyyatda olduğu ünvan üzrə Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi ev 14 mənzil 23-dür. Bundan başqa onun xüsusi karantin rejimi dövründə Bakı şəhəri ərazisindən çıxışına dair qüvvədə olan icazəsi olmamışdır. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli və Quba rayonu Yol Patrul Xidməti inspektoru X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli qərardan müəyyən edilir ki, xx xxxx 1983-cü il təvəllüdlü X4 xx xxxxxx 2020-ci il tarixdə saat 15:24-də Bakı-Quba yolu 141.km ərazisində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X4 barəsində tərtib edilmiş protokol əsasında xətanın törədilməsində təqsirli bilinərək xx xxxxxxxx 2020-ci il tarixli qərarla 200 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. İş materiallarında olan şikayətçi X1 AZE seriyalı 09955462 nömrəli şəxsiyyət vəsiqəsindən və onun məhkəməyə ünvanlanmış ərizəsindəki məlumatlardan müəyyən edilir ki, o, Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi ev 14 mənzil 23 ünvanında qeydiyyatda olmaqla fakitiki olaraq yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nə x xxxx 2020-ci il tarixli 124-VİQD nömrəli Qanunla edilmiş dəyişikliklərə əsasən 211-ci maddənin mətni 211.1-ci maddə hesab edilmiş və maddənin məzmunda 211.2-ci və 211.3-cü maddələr əlavə edilmişdir. Məcəllənin 211.1-ci maddəsinin xx xxxx 2020-ci il tarixədək qüvvədə olan mətninə görə isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, hüquqi şəxslərin isə dörd min manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına əsasən ölkə ərazisində xüsusi karanti rejimi elan edilməklə ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən qaydalar çərçivəsində tətbiq edilmişdir. Xüsusi karantin rejimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il 359 nömrəli Qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılmışdır. Bundan başqa müxtəlif vaxtlarda mövcud vəziyyətdən asılı olaraq Nazirlər Kabinetinin müvafiq qərarları ilə xüsusi karantin rejimi qaydaları sərtləşdirilərək yumşaldılmışdır. Xüsusi kanatin rejimi dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli 323 nömrəli Qərarı qüvvəyə minənədək (qüvvəyə minmə tarixi xx xxxxxxxx 2020-ci il) ölkənin bəzi şəhər və rayonlarının ərazisinə giriş-çıxış müəyyən istisnalarla qadağan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 178 nömrəli Qərarına əsasən ölkənin bəzi şəhər və rayonları ərazisində yaşayış yerini tərk etməklə sərbəst hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılmaqla Qərarın 1.2-ci bəndinə əsasən yük daşımalar istisna olmaqla xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobilərin hərəkəti istisna olmaqla Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna girişçıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən yuxarıda qeyd edilən məhdudiyyət qüvvədə saxlanılmaqla Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinə və Abşeron rayonu ərazisində yenidən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydaları müəyyən edilmiş və xüsusi icazə əsasında sərbəst hərəkət məhdudiyyəti tətbiq edilmişdir. Qərarın 1.5.3-cü bəndinə əsasən yaxın qohumun dəfnində iştirakla əlaqədar, 1.11-ci bənddə göstərilən qaydada, yəni Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə alındıqdan sonra sərbəst hərəkətə, o cümlədən yuxarıda qeyd edilən şəhər və rayonların ərazisi hüdudlarına giriş və çıxışa yol verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 278 nömrəli Qərarına əsasən Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə müəyyən edilmiş yuxarıda qeyd edilən qaydanın Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mİngəçevir şəhərlərinin və Abşeron, Bərdə, Səlyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisi üzrə qüvvədə olma müddəti xx xxxxxx 2020-ci il tarixdək uzadılmışdır. Qeyd edildiyi kimi müəyyən edilmiş bu məhdudiyyət xx xxxxxxxx 2020-ci il tarixədək qüvvədə olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi ev 14 mənzil 23 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşamasına baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş qüvvədə olan xüsusi karantin rejimi qaydalarını pozaraq xüsusi icazəsi olmadan Bakı şəhəri ərazisi hüdudlarını tərk edərək Quba rayonuna getmişdir. Onun tərəfindən törədilmiş inzibati xəta Quba rayonu Yol Patrul Xidməti inspektoru X6 tərəfindən aşkar edilərək barəsində xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş, sonuncu protokoldan narazı olması səbəbi ilə həmin protokol aidiyyəti üzrə baxılması üçün, yəni yaşayış yeri üzrə Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Tərtib edilmiş protokola Yasamal RPİ-nin DYPŞ-sinin polis polkovniki X5 tərəfindən baxılmış və X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin təyin edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, X1 əməlinə Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilmiş və barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədikdə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin DYPŞ-nin polis polkovniki X5 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayəti əsassız olduğundan və onun əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından təmin edilməməlidir. Həmçinin qəbul edilmiş qərarla inzibati xəta törətmiş X2 müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri təyin edilmiş, inzibati tənbeh tədbirinin yüngülləşdirilməsi və ya qərarın dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu halı müəyyən edilmədi. Odur ki, barəsində şikayət verilmiş qərar qanuni olmaqla dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin polis polkovniki X5 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar