Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2669/2022 08.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi X1 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X5, ev B, mənzil 14 olan Şəxs MMC (VÖEN: **********) Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 27 may 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC tərəfindən 20602.24 (iyirmi min altı yüz iki dollar iyirmi dörd sent) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə ərizəsinə əsasən "xxxx" MMC-də olan bank hesabından 22 may 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 20602.24 (iyirmi min altı yüz iki dollar iyirmi dörd sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi və ya vəsait hesabına xidmətlərin göstərilməsini, işlərin görülməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. SİX SİGMA İTHALAT İHRACAT VE DİŞ TİCARET LTD.STİ ilə Şəxs MMC arasında xx.xx.2019-cu il tarixli, xx-xx/2019 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən SİX SİGMA İTHALAT İHRACAT VE DİŞ TİCARET LTD.STİdən Azərbaycan Respublikası Ağdaş rayonu ərazisində Şəxs MMC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün inşa ediləcək istilkxananın mal və materiallarının alınmalı idi. Müqavilənin ümumi dəyəri 2 324 626.10 ABŞ dolları təşkil edir. Müqavilənin tələblərinə əsasən müqavilə dəyəri olan məbləğ hissə-hissə, yəni işlər görüldükcə qarşı tərəfə ödənilmişdir. Köçürülən pulların qarşılığında alınmalı olan bütün mal və materialları ölkəyə ixrac edilmişdir. Son olaraq xx.xx.2020-ci il tarixində 20602.24 ABŞ dolları pul vəsaiti həmin şirkətin hesabına köçürülmüşdür. Bu köçürmədə xx.xx.2019-cu il tarixli, xxxx/2019 saylı müqaviləyə əlavə müqavilə əsasında olmuşdur. Tikilən istilikxananın tam başa çatdırılması üçün son mal və materialların alınması üçün pul köçürsəkdə qarşı tərəf pandemiya ilə əlaqədar olaraq işlərinin axsaması və fəaliyyət göstərə bilməməsinə əsas gətirərək nə mal göndərmiş nə də pulu qaytarmışdır. Dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilir. İstər xx.xx.2020-ci il tarixli pritenziyalarına istərsədə xx.xx.2022-ci il tarixli xəbərdarlıqlarında məsələnin inzibati məsuliyyət tərəfi qarşı tərəfə izah edilişdir. Hal-hazırda mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün tərəfilarındən müvafiq işlər görülməkdədir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilən İnzibati xəta haqqında Protokol tamamilə əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3.1-ci maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur”. Məhkəmənin nəzərinə çatdırırıq ki, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin heç bir maddəsi pozulmamışdır. xx.xx.2019-cu il tarixli müqavilənin tam icra edilb başa çatdırılması üçün son lazım olan mal-materialların alınması üçün ödənilmiş 20602.24 ABŞ dolları onlar tərəfindən üzündən ölkə xaricinə çıxarılmamışdır. Ümumilikdə 2 324 626.10 ABŞ dolları dəyərində olan müqqavilənin son ödənişi olan bu məbləğin geri qaytarılması üçün yuxarıda da göstərdikləri kimi müvafiq addımlar atılmaqdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən “Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısmda bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır". İnzibati Xətalar Məcəlləsinin müəyyən etdiyi prinsiplər baxımmdan hüquqlarını müdafiə etdiyim Cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsinin hüquqi əsası yoxdur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsində deyilir “İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur”. Həmin Məcəllənin 14-cü maddəsində deyilir “İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur”. Göründüyü kimi inzibati xətanın törədilməsi qəsd və ya ehtiyatsılıqdan törədilən əməllərdir. İnzibati protokol tərtib edən inzibati orqan Şəxs MMC-nin əməlində hansı qəsdi və ya ehtiyatsızlığı müəyyən etmişdir? Təqdim edilən sənədlərdən də göründüyü kimi pul vəsaitini ölkə xarticinə çıxarılmasında heç bir qəsd və ya ehtiyatsızlıq yoxdur. İnşa edilməli olan istehsal müəssisəsinin avadanlıqlarının alınması üçün bağlanan müqavilənin başa çatdırılması üçün həmin müqaviləyə edilmiş əlavələr əsasında alınması nəzrədə tutulan mallara görə ödənilən pula görə Cəmiyyətin inzibati tənbehə məruz qalması qanuna ziddir. Həmin Məcəllənin 48-ci maddəsində deyilir “İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir”. İnzibati orqan işin hallarını aydınlaşdırmadan bir-başa protokol tərtib etmək yolunu seçmişdir. İstinad edilən maddənin pozulması, inzibati pozuntunun tərkib əlamətlərinin olub-olmaması aydınlaşdırılmamışdır. İnzibati pozuntu törətməkdə ittiham edilən Cəmiyyətin əməlinin subyektiv cəhəti nədə ifadə edilir? Kənd təsərrüfatı ilə məşğul olan bir Cəmiyyət nəyə görə öz vəsaitlərinin xaricdə qalmasında maraqlı olmalıdır? Bu sualların məntiqi cavabını tapmaq çətindir. Həmin Məcəllənin 430.4-cü maddəsində deyilir avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. xx.xx.2020-ci il tarixində göndərilən pul avans deyildi. xx.xx.2019-cu il tarixli müqavilənin davamı olaraq göndərilən puldur. Müqavilə üzrə ilk avans məbləği xx.xx.2019-cu il tarixində göndərilmişdir. Daha sonra müqavilənin dəyərinin qalan hissəsi müəyyən hissələrlə göndərilmiş və malllar ölkəyə idxal edilmişdir. Son tranş üzrə malların göndərilməməsi isə bizim təqsirimizdən baş verməmişdir. Bu hal İnzibati işin əsas məqamıdır. Təqsiri olmadan heç kəs məsuliyyətə cib edilə bilməz. Həmin Məcəllənin 53-cü maddəsində “İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar” sadalanır. Həmin Maddənin 53.1.2-ci bəndində deyilir “inzibati xəta tərkibi olmadıqda”. Cəmiyyətin ittiham edildiyi əməldə heç bir inzibati xətanın tərkib əlaməti yoxdur. Həmçinin bu əməldə İnzibati Xətalar Məcəlləsinin 430.4-ü maddəsinin tərkib əlamətləri olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Bütün yuxarıda göstərilənləri və İnzibati Xətalar Məcəlləsini rəhbər tutaraq EP № ******* saylı İnzibati xəta haqqında protokola əsasında başlanmış inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X5, ev B, mənzil 14-dür. (VÖEN: **********) İş materiallarında olan "xxxx" MMC-nin 22 may 2020-ci il tarixli xarici valyutada köçürmə ərizəsindən görünür ki, Şəxs MMC-nin bank hesabından “Six Sigma İTH İHR ve Dış Tic. LTD. ŞTİ” şirkətinin bank hesabına xx.xx.2019-cu il tarixli xx-xx/2019 nömrəli müqaviləyə və 24 aprel 2020-ci il tarixli Six**********023/**********019/25 nömrəli invoysa əsasən 20602.24 (iyirmi min altı yüz iki dollar iyirmi dörd sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti köçürülmüşdür. İş materiallarından görünür ki, Şəxs MMC ilə “Six Sigma İTH İHR ve Dış Tic. LTD. ŞTİ” şirkəti arasında xx-xx/2019 nömrəli müqavilə bağlanmışdır. 24 aprel 2020-ci il tarixli Six**********023/**********019/25 nömrəli invoysa əsasən malların ümumi dəyəri 20602.24 (iyirmi min altı yüz iki dollar iyirmi dörd sent) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Bununla yanaşı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə görə “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma hallarında hüququn analogiyasından və ya qanunun analogiyasında istifadə oluna bilməz”. Göründüyü kimi, əsasən preventiv xarakterli olduğu üçün inzibati xəta qanunvericiliyində analogiyadan, yəni genişləndirici təfsirdən istifadəni qadağan edir. Buradan da göründüyü kimi qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən "xxxx" MMC vasitəsi ilə “Six Sigma İTH İHR ve Dış Tic. LTD. ŞTİ” şirkətinin hesabına bağlanmış müqavilə əsasında 22 may 2020-ci il tarixdə 20602.24 (iyirmi min altı yüz iki dollar iyirmi dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti sifariş verilmiş malların dəyəri olaraq köçürülmüşdür. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 20602.24 (iyirmi min altı yüz iki dollar iyirmi dörd sent) ABŞ dolları dəyərində mallar “Six Sigma İTH İHR ve Dış Tic. LTD. ŞTİ” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikasına idxal edilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 20602.24 (iyirmi min altı yüz iki dollar iyirmi dörd sent) ABŞ dolları məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 4120.44 (dörd min bir yüz iyirmi dollar qırx dörd sent) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2669/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2669/2022
08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver