Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2670/2022 17.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X7 iclas katibliyi ilə, Müdafiəçi: X3 X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X4 barəsində qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, ondan 4000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməsi barədə 06 may 2022-ci il tarixli, 99304/2022-27-23-004 saylı tələbin könüllü icrası haqqında bildirişi 25 may 2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Onun barəsində inzibati tənbeh vermə haqqında qərarın kim və hansı orqan tərəfindən nə vaxt tərtib edildiyini bilmədiyinə görə Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət edərək 26 may 2022-ci il tarixdə X18 Xidmətinin rəis müavini Orxan Hüseynov tərəfindən tərtib edilmiş 06 yanvar 2022-ci il tarixli MN ******* nömrəli qərarın surətini əldə etmişdir. Bundan sonra o, X14 müraciət edərək 31 may 2022-ci il tarixdə həmin qərarın surətini əmək müfəttişliyinin inzibati binasının girişində adını tanımadığı əməkdaş ona təqdim etdi. Həmin qərardan görünür ki, guya o, Bakı şəhəri Yasamal rayonu X21 küçəsi 232D ünvanında yerləşən “Gold” adlı lombardda X16 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Odur ki, o, özünü həmin inzibati xətanın törədilməsində təqsirli bilmir. AR İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məlumat üçün bildirmişdir ki, nə Bakı şəhəri, Yasamal rayon prokurorluğunun onun barəsində tərtib edilmiş 20 dekabr 2021-ci il tarixli 2699-xid-21 nömrəli prokurorun qərarından, nə də həmin qərar əsasında X18 Xidmətinin rəis müavini Orxan Hüseynov tərəfindən tərtib edilmiş 06 yanvar 2022-ci il tarixli MN ******* nönrəli qərardan məlumatı olmayıb. Həmin qərarların surəti ona təqdim edilməyib və hüquqları ona izah edilməyib. Hansı ki, İXM-nin 100.2-ci maddəsinə görə protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə isə barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir, inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 62.2 maddəsinə əsasən Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; hüquqi yardımdan istifadə etmək; iş üzrə qəbul edilmiş qərardan şikayət vermək. Lakin onun həmin hüquqlardan istifadə etməyi təmin edilməyərək məhdudlaşdırılmışdır. İXM-nin i 17.1. maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. 117.2. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Yuxarıda qeyd etdiyi kimi barəsində çıxarılan qərarın surəti ona təqdim olunmamışdır. O, yalnız 26 may 2022-ci il tarixdə müraciət edərək həmin qərarın surətini əldə etmişdir. Beləliklə, barəsində tərtib edilmiş inzibati tənbeh barədə qərarları vaxtında ala bilmədiyinə və bu qərarların qəbul edilməsindən xəbəri olmadığına görə qanunla müəyyən edilmiş qaydada həmin qərarlardan şikayət etmək hüququ məhdudlaşdırılmışdır. Barəsində qəbul edilmiş inzibati təbeh haqqında qərarın əsası kimi X13 “Gold” adlı lombardda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməyi qeyd olunmuşdur. Hansı ki, o, N.Həsənli ilə əmək müqaviləsi bağlanması barədə məlumatları xx.xx.2022-ci ildə mərkəzləşmiş elektron sistemə yerləşdirmiş və əmək müfəttişliyi bu barədə məlumatlı olubdur. Hesab edir ki, AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli deyil. AR İXM-nin 53.0.2-ci maddəsinin tələbinə əsasən əməlində inzibati xəta tərkibi olmaması əsası ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X1 məhkəmə iclasında şikayəti müdafiə edərək, həmçinin göstərdi ki, inzibati tənbehvermə haqqında qərar çıxarılarkən, inzibati məsuliyyətə cəlb etmə müddəti də ötürülmüşdür, 03 aydan sonra tənbeh verilmişdir. Ona görə də qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X6 bildirdi ki, həmin iş Yasamal rayon prokurorunun xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarı əsasında başlanmış və inzibati tənbeh verilmişdir. Ona görə də hadisənin törədilməsi ilə bağlı məsələ artıq qərarda öz əksini tapmışdır. Şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən X15 xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Gold” adlı lombardda X16 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmidiyinə görə İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas 2699-xid-21 saylı, xx.xx.2021-ci il tarixli “prokurorun qərarı” olmuşdur. İş materiallarında olan Yasamal rayon prokurorunun xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarına əsasən X15 tərəfindən X11 “Gold” adlı lombardda əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsi faktı ilə bağlı barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və onun inzibati məsuliyyətə cəlb etmə məsələsinin həlli üçün X18 Xidmətinə göndərilmişdir. Həmçinin iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Asəf Məmmədovun xx.xx.2021-ci il tarixli qərarı ilə icraatında olan ********* saylı cinayət işindən X13 ünvan 3 ünvanında fəaliyyət göstərən lombardda əmək müqaviləsi olmadan qeydiyyatçı menecer kimi işləməsinə görə lmbardın icarədarı X10 barəssində material ayrılmışdır və rayon prokuroruna göndərilmişdir. Şikayətçinin şikayətinin 2 əsası vardır. 1-ci əsas bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, o ümumiyyətlə belə bir inzibati xəta törətməmişdir. Şikayətçinin şikayətinin digər bir əsası isə bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti bitdikdən sonra tənbeh verilmişdir, lakin belə halda inzibati tənbeh tətbiq edilə bilməzdi. Şikayətçinin bu 2 əsasının hər biri ayrı-ayrılıqda götürüldükdə, hər bir əsas digər əsas olmadan da müstəqil olaraq inzibati iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinin əsasını təşkil edir. Buna görə də məhkəmə şikayətçinin birinci əsasını, yəni inzibati xətanın törədilməməsi əsası ilə bağlı qeyd edir ki, bu halın müəyyən edilməsi son nəticədə inzibati tənbehin düzgün verilib verilməməsini müəyyənləşdirmək üçündür. Ona görə də inzibati məsuliyyətə cəlb etmə müddətinin tətbiqi ilə bağlı məsələ üzrə qərarın qanuniliyinin yoxlanılması və şikayət üzrə qərarın qəbul edilməsi kifayət etdiyindən, məhkəmə şikayətin bu halına qiymət verir. Həmçinin məhkəmə bu qənaətə gəlməsi iş üzrə “prosessual qənaət” prinsipinə əməl etmək baxımında da əsaslıdır. Həmçinin məhkəmə nəzərə alır ki, ümumiyyətlə İXM-nin 38 və 53-cü maddələrinin tələbinə əsasən də inzibati xəta haqqında işlər üzrə icraatda ilk araşdırılası məsələ inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsini araşdırmaqdır. Çünki inzibati işlər üzrə icraat başlanana qədər müddət keçmişdirsə, onda ümumiyyətlə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Başlana bilmirsə, onda inzibati xəta hadisəsinin olub-olmamasını araşdırmağa ehtiyac qalmır. Buna görə də müddət keçməməlidir ki, icraat başlansın. Müddət keçməmişdirsə, icraat başlana bilir və icraat başlandıqdan sonra araşdırma aparıldığı ərəfədə müddət keçmişdirsə, onda başlanmış icraata xitam vrilir. Lakin hazırkı halda şikayətçi istinad edir ki, səlahiyyətli orqanda inzibati tənbeh verilənə qədər artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bununla bağlı məhkəmə aşağıdaeılları qeyd edir. Hazırkı inzibati xəta haqqında icraatın başlanması barədə Yasamal rayon prokurorunun xx.xx.2021-ci il tarixli qərarı, Yasamal RPİ-nin müstəntiqinin xx.xx.2021-ci il tarixli material ayrılması barədə qərarı əsasında başlanmışdır. Nə Yasamal rayon prokurorunun həmin qərarı, nə də Yasamal RPİ-nin müstəntiqinin həmin qərarı İXM-nin 38-ci maddəsində müəyyən edilmiş “inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başadığını” müəyyən edən qərarlar deyildir. Çünki İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarlar “inzibati məsuliyyətə cəlb etmə müddətinin” əvvəlini müəyyən edən qərarlardır. Belə olduğu halda iş materiallarında olan əmək müqaviləsi bildirişinə əsasən X13 əmək müqaviləsi xx.xx.2021-ci il tarixlə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Bununla da hətta X19 əvvəllər əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdirsə də belə, artıq onunla əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmış olduğundan, əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsi ilə bağlı inzibati xəta xx.xx.2021-ci il tarixə qədər uzanmışdır. xx.xx.2021-ci il tarixdən bu yana inzibati xəta törədilməmişdir. Həmin tarixdən hesablanmaqla 03 ay bitdikdən sonra artıq şəxs inzibati məsuliyyətə də cəlb edilə bilməz. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdən hesablanmaqla, barəsində şikayət verilmiş inzibati tənbehvermə barədə xx.xx.2022-ci il tarixli qərarın çıxarıldığı tarixdə artıq 03 aydan çox müddət keçmişdir. Halbuki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati tənbeh vermə xəta haqqında qərarda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati tənbeh tətbiq edilə bilməzdi. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X15 barəsində İXM-in 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2670/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2670/2022
17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver