Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2670/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı Metropolitenində Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş, xx.xx.2022-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, protokol və qərar tərtib edilən zaman işin halları araşdırılmamış, əməldə inzibati xətanın tərkib əlamətlərinin olub-olmamsına qimət verilməmişdir. Məhkəməyə bildirmək istəyirəm ki, mən uzun müddətdir ki 1 nömrəli Respublika Dəri-Zöhrəvi Dispanserində infeksiyalaşmış sıznaq diaqnozu ilə ambulator müalicə alıram. Protokolun yazıldığı dövrdə də müalicə almaqda davam edirdim. Hazırda da müalicə kurslarım davam etməkdədir. Fərdi qoruyucu vasitə sintetik materialdan hazırlandığı üçün onu istifadə edən zaman dərimdə allergiya yaranır, qızartı və qaşınma məni hədsiz narahat edirdi. Digər tərəfdən də eynək taxdığım üçün maska istifadə edən zaman şüşələr tərləyir, ətraf gözümdə görünməz olurdu. Buna görə də qeyd etdiyim vəziyyətdə hətəkət etmək mənin üçün təhlükə yaradırdı. Barəmdə inzibati icraat aparılan zaman mənə heç bir məlumat verilmədiyi üçün həmin dövrdə əməldə inzibati xətanın tərkib hissəsini istisna edən halların mövcudluğu barədə dəlilləri və sənədləri təqdim etmək imkanım olmamışdır. Mənim əməlimdə inzibati xətanın subyektiv cəhəti olmadığı üçün inzibati xətanın tərkibi də möcvud olmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayətin təmin edilərək oğlunun tibbi maska taxmadığına görə tətbiq edilmiş cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Metropolitenində Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı qərarından görünür ki, X2 xx.xx.2022-ci il tarixli (saat 06:12), EXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri pozulmasına görə Azərbaycan Respublikası İXMnin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 barəsində tərtib olunmuş, xx.xx.2022-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etə də, həmin qərarlar iş materiallarına əlavə edilmədiyindən, məhkəmə mübahisələndirilən inzibati xəta haqqında iş üzrə həmin qərarların mövcudluğunu müəyyən edə bilməmişdir. Bakı Metropolitenində Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı qərarı ilə isə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı Metropolitenində Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı Metropolitenində Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2670/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2670/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver