Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2671/2024 24.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 X7 tərəfindən Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 05 may 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 05 may 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş sənədlərə baxış zamanı məhkəmə tərəfindən X1 qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyü müəyyən olunmuş, lakin həmin müddətin üzrlü səbəbdən ötürüldüyü barədə hər hansı sənəd, o cümlədən müddətin bərpa edilməsinə dair vəsatəti şikayət ərizəsinə əlavə etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X7 tərəfindən Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 05 may 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X6 qaytarılmalı və şikayətçiyə Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 05 may 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin verilməsinə və qərarə qəbul etmiş səlahiyyətli orqana müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 05 may 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X6 qaytarılsın. X6 Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 05 may 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin verilməsi və qərar qəbul etmiş səlahiyyətli orqana müraciət etmək hüququnun olması izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2671/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2671/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver