Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2677/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X7 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X14 İsarəsinin TP ******* nömrəli, 23.05.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, o, 24.03.2022-ci il tarixində səhər saat 08:00 radələrində idarə etdiyi **-VN-*** dövlət qeydiyyat nişanlı, “BMW X5” markalı avtomobillə hərəkət etdiyi vaxt yol polisi dayanmaq əmri verdi. Maşına yaxınlaşan polis nəfəri ilk olaraq ONA bildirdi ki, avtomobilinin nömrəsində problem var və maşından düşməyini tələb etdi. Onu bu cür aldadaraq avtomobilindən düşməyinə nail oldu, sonra ona sual verdi ki, içkili olub olmamağına görə və o, bildirdi ki, içkili deyil, səhər tezdən işə gedir. Lakin polis burnu ilə iyləyib dedi ki, o, içkilidir və ona problemlər yaratdı. Sonra güya ona kömək etmək məqsədi ilə ona lazım olan izahatı yazmağı onu aldadaraq nail oldu. Hesab edir ki, polisin qanunsuz hərəkətlərinə korrupsiya əməli var. Sonra onu apardılar məhkəməyə və məhkəmədə sənədlərin tərtibatında polis yol verdiyi səhvlərə görə iş geri qaytarıldı. Bundan sonra ona məlum olmayan səbəblərdən və onun iştirakı olmadan qərar qəbul edilib, cərimə yazılıb. Tərtib edilən qanunsuz protokol İXP4529229 və qanunsuz qəbul edilən qərar TP 5040766. Ən azından onun iştirakı olmadan qərar qəbul edilib. Polis tərəfindən protokol qanunsuz olaraq tərtib edilib və qərarda qanunsuz qəbul edilib. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhər DYPİ (və ya sizə protokol/qərar yazan polis idarəsini qeyd edin) tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X10 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X10 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq, Bakı Şəhər X14i İdarəsinin polis polkovniki X12 tərəfindən qəbul edilən 23 may 2022-ci il tarixli, TP ******* qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin X14 İsarəsinin TP ******* nömrəli, 23.05.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 24.03.2022-ci il tarixdə saat 08:35 radələrində “BMW X5” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, 24.03.2022-ci il tarixli protokol əsasında çıxarılmışdır. İş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istinfadə etmək haqqında” protokola əsasən 24.03.2022-ci il tarixdə, saat 08:37də “BMW X5” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 içki qəbul etməsini aşkar şəkildə biruzə verdiyindən AR İXM-in 96-cı maddəsinə əsasən, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN-642155 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsinə X2 içki qəbul etməsi müəyyən olunmuşdur. X6 özü həmin Protokolda qeyd verərək bildirmişdir ki, müayinə zamanı göstəricilərlə tanış oldu, bir daha spirtli içki qəbul edib avtomobil sürməyəcək, həkim müayinəsinə ehtiyac yoxdur. İş materiallarında olan şikayətçinin təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/9963 saylı, 24.03.2022-ci il tarixli akta münasibətdə məhkəmə qeyd edir ki, sərxoşluq faktı xüsusi texniki vasitə ilə saat 08:37-də yerində aşkar olunmuş, şikayətçinin özü də həmin faktı təsdiq edərək etirafedici izahat vermiş, sonra isə saat 10:30-da tibbi müayinədən keçmişdir ki, aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilər. Göründüyü kimi, işdə olan sənədlərlə X5 inzibati xətanı törətməsi öz təsdiqini tapır və şkayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, şikayətçi şiakyətində və məhkəməyə təqdim etdiyi çıxışında sərxoş vəziyyətdə avtomobili idarə etmədiyini, yəni spirtli içki içsə də, avtomobili idarə etmədiyini bildirsə, sükan arxasında oturmadığını, hərəkətsiz olduğunu qeyd etsə də, hadisənin baş verməsi zamanı tərtib edilən “sərxoşluq vəziyyətinin“ müəyyən etmək üçün xüsusi texniki vasitədən istinfadə etmək haqqında” protokolda, həmçinin inzibati xəta haqqında protokolda bu barədə heç bir qeyd verməmiş, əksinə sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə cihazın göstəriciləri ilə razılaşdığını özü təsdiq etmişdir. Bununla da görünür ki, protokol tərtib edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmışdır. Odur ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X10 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsinin X14 İsarəsinin TP ******* nömrəli, 23.05.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2677/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2677/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver