Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2689/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Türkiyə Respublikasının vətəndaşı Seda Çalışkan iş icazəsi olmadan MMC-də layihə rəhbəri vəzifəsində 19.04.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək iş cəlb olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hüquqi şəxsin nümayəndəsinin dəvət edilməsinə və izahatının alınmasına ehtiyac yoxdur. Hüquqi şəxsə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə məlumat verilməmişdir. Hüquqi şəxs barəsində tərtib edilmiş protokolun surəti onun hüquqi ünvanına göndərilsədə bunu təsdiq edən hər hansı rəsmi sənədi məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Bunlar aşağıdakılardan ibarət olmuşdur: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məlumatlandırılmamış, o, dəvət edilməmiş, izahatı alınmamışdır. İXM-nin 31.1.2-ci maddəsinə əsasən izahat vermək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. İXM-nin 64.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. İXM-nin 64.3-cü maddəsinə əsasən Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır Buna görə də inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edildiyi təqdirdə, həmin protokol tərtib edilməzdən əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını almaq və işin məhkəməyə göndərilməsi barədə və işə məhkəmədə baxılacağı barədə onu məlumatlandırmaq protokol tərtib etmiş şəxs tərəfindən həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə protokol tərtib edilməzdən əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, protokolun surəti ona təqdim edilməmiş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etmək hüququ ona izah edilməmişdir. Bu səbəbdəndə Şəxs MMC barəsində İXM-in 578.1ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə geri qaytarılmalıdır. Bununla da qərardadda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs MMC barəsində İXM-in 578.1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2689/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2689/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver