Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-269/2024 26.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Ləğv prosesində olan Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ləğv prosesində olan Şəxs ASC-nin İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materialları baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Ləğv prosesində olan Şəxs ASC-yə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Ləğv prosesində olan Şəxs ASC-nin əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına olan Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi DYPŞ-nin Ləğv prosesində olan Şəxs ASC-yə ünvanladığı sorğudan görünür ki, həmin ASC-dən mülkiyyətində olan “Mitsubishi Pajero” (minik) markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə, saat 14:36-da idarə edən sürücü barədə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında SX006945817AZ ştrix kodlu sifarişli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin sorğusu 16 oktyabr 2023-cü il tarixdə Qasımlı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından görünür ki, Ləğv prosesində olan Şəxs ASC-nin hüquqi ünvanı ünvan 2publikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Milli operatorunun 18 yanvar 2024-cü il tarixli 3-27- 109-2/113 nömrəli məktubundan görünür ki, bütün mümkün imkanlardan istifadə edərək sistem üzərindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Yasamal Rayon Yol Polisi tərəfindən Ləğv prosesində olan Şəxs ASC-yə göndərilən sözügedən məktub xx.xx.2023cü il tarixində 122 saylı poçt şöbəsində (PŞ) qəbul olunmuş, xx.xx.2023-cü il tarixində xidmət ərazisi üzrə 25 saylı PŞ-yə daxil olmuş və xx.xx.2023-cü il tarixində ünvanı üzrə çatdırılmışdır. Məktubun xəbərnaməsi isə, xx.xx.2023-cü il tarixində göndəriciyə qaytarılmışdır. https://kataloq.gomap.az saytında görünür ki, 25 saylı Poçt Şöbəsi Bakı Şəhəri, Xətai rayonunun ərazisində yerləşir. Beləliklə məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən sözügedən sorğu Ləğv prosesində olan Şəxs ASC-nin hüquqi ünvanı olan ünvan 3at verilməmişdir. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən göndərilən sorğunun Ləğv prosesində olan Şəxs ASC-nin tərəfindən alınmasını təsdiqləyəcək heç bir sübut iş materiallarında öz əksini tapmamışdır. Belə ki, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən göndərilmiş sorğunun Ləğv prosesində olan Şəxs ASC tərəfindən almasını təsdiqləyəcək xəbərnamə əsas götürülərək iş materiallarına əlavə edilsə də, müəyyən edilmişdir ki, sözügedən sorğu cəmiyyətin hüquqi ünvanına deyil, ünvan 5işdir. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan poçt xəbərnaməsinin Ləğv prosesində olan Şəxs ASC-nin nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Ləğv prosesində olan Şəxs ASC-nin əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib olunmuş 13 noyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Ləğv prosesində olan Şəxs ASC-nin əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib olunmuş 13 noyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Ləğv prosesində olan Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-269/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-269/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver