Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-269/2025 12.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi Şükürov Rauf Azər oğlunun katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X4 Uşaq Bağçası” MMCnin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov 8 ünvanında yerləşən “X4 Uşaq Bağçası” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsi tərəfindən “X4 Uşaq Bağçası” MMC barəsində İXM-in 518.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, 07 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov 8 ünvanında yerləşən “X4 Uşaq Bağçası” MMC-yə məxsus bağçada keçirilmiş yanğıntexniki müayinə zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 məhkəmə iclasında protokola dair etiraz edərək məhkəməyə bildirmişdir ki, yoxlama gələn zaman lazım olan sənədləri təqdim edə bilən əməkdaş orada olmamışdır. Belə bir anlaşmazlıq olmuşdur. Həmin sənədlər icbari sığorta və başqaları hazırda təqdim edilir. Həmçinin yanğın təhlükəsizliyi üzrə sistemin testi də həyata keçirilmişdir. Kabellər hamısı inspeksiya olunmuşdur. Həmçinin komendant da orada olmamışdır ki, rəhbərliyə məlumat versin. Həmin sənədlər qaydasında olduğundan protola etiraz edirik və işə xitam verilməsini xahiş edirəm. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 2-ci ərazi X6 İdarəsinin 25 dekabr 2024-cü il tarixli 0030 nömrəli qərarından və yoxlama suallarının siyahısından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov 8 ünvanında yerləşən “X4 Uşaq Bağçası” MMC -yə məxsus “X4 Uşaq Bağçası” uşaq bağçasında 06 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır; -X6 Xidmətinin 2-ci ərazi X6 İdarəsinin əməkdaşı tərəfindən 07 yanvar 2025-ci il tarixdə tərtib edilmiş 0030 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov 8 ünvanında yerləşən “X4 Uşaq Bağçası” MMC-yə məxsus uşaq bağçasında həmin tarixdə keçirilən yoxlama zamanı aşağıda qeyd olunan qanun pozuntuları aşkar edilmişdir: 1. Obyektin icbari qaydada sığorta olunması ilə bağlı müvafiq sənəd təqdim olunmadı.( Yanğın Təhlükəsizliyi haqqında AR-nın Qanunun 23-cü maddəsi “İcbari Sığorta haqqında” AR-nın Qanununun 35.2-ci maddəsi. 2. Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində vəzifələri yerinə yetirməmişdir və bununla bağlı müvafiq sənədlər təqdim olunmadı. -Məhkəməyə təqdim edilmiş RPA********** saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, “FELS BAKU LİMİTED” müəssisəsi (sığorta ərazisi: Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov 8) icbari qaydada sığortalanmışdır. -Məhkəməyə “FELS BAKU LİMİTED” müəssisəsi tərəfindən təqdim edilmiş 25/FBL/Çeburaşka bağcası/01-001 saylı məktubundan görünür ki, həmin müəssisəyə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov 8 ünvanında yerləşən A və B tikililərin 1-ci mərtəbələrinin 2-ci səviyyələri “X4 Uşaq Bağçası” MMC tərəfindən icarəyə götürülmüşdür. İcarəyə götürülən sahə həmin əmlakın tərkib hissəsidir və müəssisəyə məxsus bütün risklərə qarşı həm icbari həm də könüllü sığortalanmışdır. -Məhkəməyə təqdim edilmiş WH-am/bm 3 saylı kirayə müqaviləsinin sürətindən görünür ki, “FELS BAKU LİMİTED” müəssisəsinə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov 8 ünvanında yerləşən A və B tikililərin 1-ci mərtəbələrinin 2-ci səviyyələri “X4 Uşaq Bağçası” MMC tərəfindən icarəyə götürülmüşdür. -Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli texniki xidmət aktının sürətindən görünür ki, Yasamal rayonu, Qurban Xəlilov 8 ünvanında yerləşən “Wellington Heights” yaşayış binalarında quraşdırılmış yanğın siqnalizasiya sisteminə "xxxx" MMC-nin mühəndis və texniki heyəti tərəfindən servis olundu və eləcə də detektorlar tozdan təmizlənib, naqillərin istismara yararlılığı yoxlanılıb, yanğın nəzarət cihazında problemlər aradan qaldırılıb və müştərinin iştirakı ilə test olunaraq tam işlək vəziyyətdə təhvil verilib. Tərtib olunmuş və təsdiqlənmiş təhvil-təslim aktından sonra “Sifarişçi” tərəfindən obyektdə keçirilən təmir və rekonstruksiya işləri zamanı quraşdırılmış yanğından mühafizə sisteminə müdaxilə olunarsa və ya elektrik enerjisinin artıb-azalması nəticəsində quraşdırılmış avadanlıq sıradan çıxarsa "xxxx" MMC tərəfindən cavabdehlik daşınmır. -Məhkəməyə təqdim edilmiş “X4 Uşaq Bağçası” MMC-nin 01 B saylı Əmrinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov 8 ünvanında yerləşən ümumi sahəsi 600 m2 təşkil edilən icarəyə götürdüyü obyektə yanğın təhlükəsizliyinə cavabdeh şəxs “X4 Uşaq Bağçası” MMC-nin “direktor köməkçisi” vəzifəsində çalışan X3 təyin edilmişdir. -Məhkəməyə təqdim edilmiş aktların, o cümlədən müqavilələrin şərtlərinə uyğun olaraq, “X4 Uşaq Bağçası” MMC icbari qaydada sığortalanmışdır, yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində vəzifələri yerinə yetirmişdir. Bununla bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, “X4 Uşaq Bağçası” MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməlin hüquqa zidd olması ilə bağlı qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə qeyd olunmalıdır ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin mənasına görə, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsi – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə tədqiqi zamanı isə aşağıdakı əsaslarla “X4 Uşaq Bağçası” MMC-nin əməlində həmin inzibati xətanın törədilməsi ilə müşayiət olunan inzibati xəta tərkibi müəyyən edilməmişdir. Belə ki, tərtib olunmuş inzibati xəta haqqında protokola görə, 07 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov 8 ünvanında yerləşən “X4 Uşaq Bağçası” MMC-yə məxsus uşaq bağçasında keçirilən yanğın-texniki müayinəsi zamanı YTQ 01- 2001 bənd 2.1-2.6, YTQ 01-2001 bənd 4.1-1.17, YTQ 01-2001 bənd 5.1-5.6, YTQ 01- 2001 bənd 6.1-6.10, YTQ 01-2001 bənd 9.1-9.12, YTQ 01-2001 bənd 10.1-10.4, “İcbari Sığorta Haqqında” qanunun 35.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Həmin pozuntuların isə aşağıdakılardan ibarət olması qeyd edilmişdir: Obyektin icbari qaydada sığorta olunması ilə bağlı müvafiq sənəd təqdim olunmadı.( Yanğın Təhlükəsizliyi haqqında AR-nın Qanunun 23-cü maddəsi “İcbari Sığorta haqqında” AR-nın Qanununun 35.2-ci maddəsi. 2. Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində vəzifələri yerinə yetirməmişdir və bununla bağlı müvafiq sənədlər təqdim olunmadı. Hansı ki, hüquqi şəxsin nümayəndələri tərəfindən təqdim olunan sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, yanğın-texniki müayinə aktında və inzibati xəta haqqında protokolda “X4 Uşaq Bağçası” MMC-nin nümayəndəsinin sənədlərin təqdim edilməsindən imtina etdiyi göstərilsə də, həmin səlahyyətli şəxs ümumiyyətlə orda olmamışdır, yoxlamadan xəbəri olmamışdır və ondan heç bir sənəd tələb edilməmişdir. Əks halda, hazırda məhkəməyə təqdim olunan sənədlər inzibati araşdırmanın predmeti olsa, hüquqi şəxsin inzibati qaydada məsuliyyətə cəlb olunması üçün əsaslar olmazdı. Baxmayaraq ki, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, bu sübutetmə bilavasitə inzibati orqanın üzərinə düşür, inzibati orqandan fərqli olaraq “X4 Uşaq Bağçası” MMC tərəfindən təqdim olunan sübutların tədqiqi ilə işin yuxarıda göstərilən faktiki halları ilə müəyyən edilmişdir ki, “X4 Uşaq Bağçası” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “X4 Uşaq Bağçası” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4 Uşaq Bağçası” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-269/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-269/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver