Məhkəmə qərarları › İş №3(004)-2693/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2693/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2693/2022 03.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 02.06.2022-ci il tarixdə saat 19:05 radələrində Ərəb səfirliyinin yaxınlığında Yasamal rayonu ərazisində yerləşən Ərəb səfirliyinin qarşısında avtomobilini saxladığı üçün polis əməkdaşları ona yaxınlaşaraq maşını orda saxlamamasını demişlər, o isə polis əməkdaşına kobud cavab vermiş, evinin qarşısı olduğunu bildirmiş, qızının qulaqcıqlarını axtardığını və getməyəcəyini bildirmişdir. Polis əməkdaşı yenidən xəbərdarlıq etsə də, o, tabesizlik göstərərək yenidən kobud ifadələrlə ona cavab vermiş, bundan sonra aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, bu zaman avtomobildə olan digər 2 nəfər avtomobildən düşərək qaçmış, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamış, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, ictimai qaydanı pozmuş, polislərin başına oyun açacağı ilə hədələmiş, DİN-nın DNM-nin MÜ ƏPT-nun NH-nin əməkdaşları Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-dən əməkdaşları köməklik göstərmələri üçün dəvət etmişlər, polis əmədaşları onu 26-cı PB-yə gətirmişlər. Bununla da Şəxs polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən 02.06.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs oğlu məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 02.06.2022-ci il tarixdə Ərəb səfirliyinin qarşısında maşını saxlayaraq qızı ilə maşında oturmuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq ondan həmin ərazidən uzaqlaşmasını istəmişlər, o, isə oranın evinin qarşısı olduğunu, qızının qulaqcıqlarını axtardığını və getməyəcəyini bildirmişdir. Polis əməkdaşlarına bildirmişdir ki, polislər 4 metr yuxarıda pullu dayanacaq təşkil ediblər, bundan sonra polis əməkdaşları ona böhtan atmışlar. Ona görə də işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN Diplomatik nümayəndələrin mühafizəsi üzrə X3 polis nəfəri X2 bildirdi ki, Şəxs 02.06.2022-ci il tarixdə saat 19:05 radələrində Ərəb səfirliyinin yaxınlığında Yasamal rayonu ərazisində yerləşən Ərəb səfirliyinin qarşısında avtomobilini saxladığı, səfirliyin əməkdaşları bundan narahat olmuş, səfir oradan çıxandan sonra, səfirliyin əməkdaşları ona bildirmişlər ki, səfirliyin qarşısında dayanmış avtomobilin oradan kənarda saxlaması üçün tədbir görməyi xahiş edibllər. O da bu səbəbdən avtomobilin sahibinə yaxınlaşaraq yaxınlaşaraq maşını orda saxlamamasını demişlər, avtomobilin sahibi Səbuhi isə polis ona kobud cavab vermiş, evinin qarşısı olduğunu bildirmiş, getməyəcəyini bildirmişdir. Polisə bildirib ki, burada saxlamaq qadağan deyil. Bu səbəbdən də o Səbuhiyə 5-6 metr aralıda saxlamağın qadağan olmasına dair işarə olduğunu göstərmək istəmiş, lakin buna məhəl qoymamışdır. Ona yenidən xəbərdarlıq etsə də, o, tabesizlik göstərərək yenidən kobud ifadələrlə ona cavab vermiş, bundan sonra aqressiv hərəkətlər nümayiş etdirərək onunla mübahisə etmiş, onun başına oyun açağacı ilə hədələmiş, yüksək vəzifəli şəxslərlə oturub durduğunu bildirmişdir. Konflikt vəziyyət yaratdığı üçün köməyə polis naryadı çağırmış və naryadın köməkliyi ilə ona polis bölməsinəə aparmışlar. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşı Fərman Orucov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs oğlu 02.06.2022-ci il tarixdə saat 19:05 radələrində Ərəb səfirliyinin yaxınlığında avtomobilini saxladığı üçün, səfirliyin əməkdaşları narahat oluruq polislərdən həmin avtomobilin oradan uzaqlaşdırmağı xahiş etmişlər. Polis əməkdaşları da Səbuhiyə yaxınlaşıb avtomobilini kənarda saxlamağı xahiş etmişlər. Lakin o polis əməkdaşına kobud cavab vermiş, evinin qarşısı olduğunu bildirmiş, qızının qulaqcıqlarını axtardığını və getməyəcəyini bildirmiş. Polis əməkdaşı yenidən xəbərdarlıq etsə də, o, tabesizlik göstərərək yenidən kobud ifadələrlə ona cavab vermiş, bundan sonra aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamış, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, ictimai qaydanı pozmuşdur. Buna görə də polis əməkdaşları köməyə naryad çağırmış, DİN-nın DNM-nin MÜ ƏPT-nun NH-nin əməkdaşları Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-dən əməkdaşları köməklik göstərmələri üçün dəvət etmişlər. Bununla da Şəxs polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinəaid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 13.13-cü bəndinə əsasən qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı YPX inspektorunun qanuni tələbini icra etməkdən imtina etdikdə, habelə əsassız iddialar və tələblər irəli sürməklə konfliktli vəziyyət yaratdıqda rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədi ilə YPX inspektoru növbətçi hissəyə və birbaşa rəisinə məlumat verir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan DİN Diplomatik nümayəndələrin mühafizəsi üzrə X3 polis nəfəri X2 və Rəşad Əliyevin tərtib etdiyi 02.06.2022-ci il tarixli Raportla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən Raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 02.06.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 20:30 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 02.06.2022-ci il tarixindən, saat 20:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar